Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə60/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   56   57   58   59   60   61   62   63   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Məsləhət görülən ədəbiyyat

  1. Əlizadə Ə., Əlizadə H. Pedaqoji psixologiya. Bakı: 2010.

  2. Həmzəyev M. Pedaqoji psixologiya. Bakı: Maarif, 1991.

  3. Həmzəyev M. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı: Adiloğlu, 2003.

  4. Sarıyev Ə. Tərbiyəçi-uşaq münasibəti haqqında. Bakı: Maarif, 1981.


Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasına təsir edən amillər

İnsan tərbiyəsinin ən başlıca yolu əqidədir, əqidəyə ancaq əqi­də yolu ilə təsir etmək olar”.




K.D.Uşinski

Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşması birdən-birə baş verən proses deyildir. Bu hər şeydən öncə Tərbiyəçilərin peşə fəaliyyətləri ilə daha yaxından və daha uzun müddət məşğul olmaları ilə sıx surətdə əlaqədardır. Təcrübə göstərir ki, ali peda­qoji bağçalərin yuxarı kurs tələbələri ümumtəhsil bağça­lərində pedaqoji təcrübə zamanı uşaqlərlə yaxından ünsiy­yətdə ola bilmirlər. Bəzən buna çalışsalar da, sanki ünsiyyətə girməkdən qorxurlar, çəkinirlər. Bu hal gənc Tərbiyəçilər ara­sın­da da özünü göstərir. Lakin vaxt gəldikcə belə bir gərginlik yavaş-yavaş aradan götürülür və Tərbiyəçi uşaqlərlə müəyyən ünsiyyət yarada bilir.


Müəyyən edilmişdir ki, stajlı Tərbiyəçilərin 74,6%-i üçün uşaqlarla, onların valideynləri və həmkarları ilə ünsiyyətdə, gənc Tərbiyəçilərin 65,5%-i dərsə hazırlaş­maqda, 7,6%-i uşaq­lərlə birgə fəaliyyət təşkil etməkdə, 45,5%-i isə uşaqların və kollektivin şəxsiyyətini öyrənməkdə çətinliklə qarşılaşırlar.
V.S.Qrexnev yazır: “Ünsiyyətin əsasında həmişə müəyyən motivlər: borc, tələbat, maraq, adət, tərslik, moda və s. kimi həm fərdi əhəmiyyətli, həm də sosial əhəmiyyət kəsb edən mo­­tivlər dayanır. Tərbiyəçinin peşə ünsiyyətində motivlər həmişə sosial əhəmiyyət kəsb edir”.
Bu fikir M.Ə.Həmzəyev tərəfindən də müdafiə olunur və o, hətta pedaqoji ünsiyyətin səmərəliliyinin motivlərdən asılı olduğu fikrini irəli sürür. M.Ə.Həmzəyev yazır: “Pedaqoji ün­siy­­yətin səmərəliliyi onun motivlərindən də asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması pedaqoji ünsiy­yətin gedişini şərtləndirir”.
Bu fikirlərdən göründüyü kimi pedaqoji ünsiyyət zamanı Tərbiyəçinin ünsiyyət üçün müəyyən motivlərdən çıxış etməsi və so­sial əhəmiyyətli motivlərə əsaslanması olduqca vacibdir. Pe­şə borcu, peşə məsuliyyəti, peşəsinə maraq kimi motivlər bura­da xüsusi əhəmiyyət kəsb edir.
Aparılmış bir sıra tədqiqatlar və müşahidələr göstərir ki, pedaqoji ünsiyyət bir neçə mərhələdən keçərək reallaşır. Yəni yuxarıda dediyimiz kimi birdən-birə deyil, müəyyən vaxt və mərhələlər üzrə həyata keçir. V.A.Kan-Kalik və N.D.Nikan­drov bunun aşağıdakılardan ibarət olduğunu göstərirlər:
1. Uşaqlarla bilavasitə fəaliyyətə hazırlıq prosesində qrup­lə, auditoriya ilə qarşıda duran ünsiyyəti Tərbiyəçinin model­ləş­dirməsi (proqnoz mərhə­ləsi).
2. Onlarla ilk qarşılıqlı təsir anında qruplə, auditoriya ilə ünsiyyətin bilavasitə təşkili (ünsiyyətin ibtidai mərhələsi).
3. İnkişafetdirici pedaqoji prosesdə ünsiyyətin idarə edil­məsi.
4. Qarşıda duran fəaliyyətdə modelləşdirilən ünsiyyət sis­teminin və həyata keçirilən ünsiyyət sisteminin təhlili.
Bu müddəaları təhlil etdikdə belə bir nəticəyə gəlmək olar ki, müəlimin uşaqlərlə ünsiyyəti o zaman səmərəli nəticələnə bilər ki, o düşünülmüş və müəyyən hazırlıqdan sonra yaranmış ünsiyyət olsun. Yəni Tərbiyəçi fəaliyyətə başlamazdan əvvəl ün­siy­yəti necə yaradacağını, qruplə ünsiyyətdə necə olacağını modelləşdirə (proqnozlaşdıra) bilsin, sonra onu təşkil etsin, yəni aparsın, daha sonra bu gedişi idarə edə bilsin, yəni nəza­rət­dən çıxarmasın və nəhayət, əvvəlcədən modelləşdirdiyi ün­siy­yətlə, həyata keçirilən ünsiyyəti müqayisəli təhlil edə bilsin, nəticəni ümumiləşdirsin. Fikrimizcə, ünsiyyətin belə təşkili və aparılması onun bir çox funksiyaları olan sistem kimi çıxış et­mə­sinə səbəb olur və o, həm məlumatverici, tənzimləyici, həm də inkişafetdirici funksiyaları yerinə yetirir.
Beləliklə də, Tərbiyəçi-uşaq ünsiyyəti Tərbiyəçinin pedaqoji ustalığından asılı olaraq müxtəlif funksiyaların yerinə yetiril­mə­sinə xidmət edir. Təbii ki, onun formalaşması bir sıra ob­yek­tiv və subyektiv amillərlə əlaqələnir və bunlardan asılı olur. Bu amilləri konkret olaraq aşağıdakı kimi quruplaşdırmaq olar:
1. Pedaqoji ünsiyyət üçün Tərbiyəçinin kifayət qədər nəzəri məlumata və biliyə malik olması. Tərbiyəçinin ali bağçadə psi­xo­logiyadan və pedaqoqikadan aldığı biliklər Tərbiyəçi-uşaq ünsiyyətinin əsasları, ünsiyyətin mahiyyəti, onun həyata keçi­ril­məsi mexanizmi, yolları, vasitələri, Tərbiyəçinin fəaliyyət mə­də­­niyyəti və s. məsələlər haqqında onların biliklərinin for­ma­laş­masına səbəb olur. Belə biliklərin yaranması, formalaş­ması isə gənc Tərbiyəçilərdə müəyyən əqidənin, inamın forma­laş­ma­sı­na gətirib çıxarır. Buna görə də Tərbiyəçinin ali təhsil müəs­si­sə­lərində bu sahədə aldığı biliklərə mühüm əhəmiyyət verilməli və onun müntəzəm olaraq artırılmasını, təkmilləşdi­ril­­məsini əsas məsələlərdən biri, bəlkə də birincisi kimi qiymət­lən­­dirmək lazımdır.
Bununla bağlı olaraq Tərbiyəçi-uşaq ünsiyyətinin pedaqoji fəaliyyət üçün necə böyük əhəmiyyət kəsb etdiyi tələbələrə dərk etdirilməli, onların bu sahədə şüurunun formalaşdırıl­ma­sına nail olunmalıdır.
2. Müasir psixologiyanın sübut etdiyi fəaliyyət nəzəriyyə­si­nə əsasən şəxsiyyətin formalaşması məhz fəaliyyət prosesin­də baş verir. Tərbiyəçinin ünsiyyət bacarıqları da belədir. Biliyin re­allaşdırılması üçün Tərbiyəçinin pedaqoji fəaliyyətdə olması bu prosesdə mühüm yer tutur. Bir çox pedaqoqların göstərdikləri və qeyd etdiyimiz kimi Tərbiyəçi-uşaq ünsiyyətinin forma­laş-ma­sı üçün pedaqoji fəaliyyət xüsusi yer tutur və əsl baza rolu oy­nayır. Buna görə də Tərbiyəçinin ünsiyyətin yara­dılması, isti­qa­mətləndirilməsi və tənzimlənməsi üzrə yiyə­ləndiyi bilik­lər­dən “istifadə edə bilməsi” bacarıqları bu prosesdə mühüm əhə­miy­yət kəsb edir. Bu da özünü təlim və qrupdən və bağça-dən­kənar tədbirlərin aparılmasında daha qabarıq şəkildə büruzə göstərir.
3. Pedaqoji prosesdə Tərbiyəçinin uşaqlərə qarşı ədalətli möv­qe tutması pedaqoji ünsiyyətin yaranmasında mühüm rol oynayır. Hətta Tərbiyəçinin uşaqi cəza­lan­dırması belə ədalətli, düzgün, obyektiv olduqda bu münasibət onun uşaqlərlə ünsiy­yə­tinə xələl gətirmir və ona mane olmur. Lakin bu prosesdə buraxılan səhvlər ünsiyyətin pozulmasına, hətta uşaqlər ara­sında olan ünsiyyətin korlanmasına gətirib çıxarır. Pedaqoji prosesdə baş verən belə bir “hadisə” bunu aydın sübut edir.
III qrupuşaqlərindən biri Tərbiyəçiəyə şikayət edərək qrupyoldaşı Lalənin onun kitabını özünə qaytarmadığını bildirdi. Tərbiyəçiə heç bir səbəb öyrənmədən qrupuşaqlarına Lalənin pis uşaq olduğunu, yoldaşının kitabını icazəsiz götürdüyünü və üstəlik ona qaytarmadığını bildirdi və uşaqlərə onunla dostluq etməməyi “məsləhət bildi”. Lakin elə qrupdə məlum oldu ki, Lalə heç də kitabı icazəsiz götürməmişdir. Sadəcə olaraq vax­tında qaytarıb verməmişdir. Tərbiyəçi isə artıq öz sözünü demiş və kobud pedaqoji səhvə yol vermişdi. Belə səhvlər isə nəinki Tərbiyəçii həmin uşağın gözündən salır, həm də uşaqlər ara­sında ünsiyyətin, münasibətlərin pozulmasına səbəb olur.
4. Tərbiyəçinin perseptiv qabiliyyətə malik olması Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasına mühüm təsir göstərən amillərdən biridir. Bunun üçün hər şeydən əvvəl Tərbiyəçidə güc­lü müşahidəçilik qabiliyyətinin olması və bunu özündə tər­biyə edə bilməsi mühümdür. Uşaqlərlə ünsiyyətə girərkən ünsiyyətin qarşılıqlı olmasına çalışılmalı, qarşı tərəfin, yəni uşaqin də bu ünsiyyət üçün maraqlı olmasına, ona can atmasına nail olunmalıdır.
Tərbiyəçinin pedaqoji nəzakəti, mərifəti, taktı ünsiyyət üçün əsas şərtlərdəndir. Tərbiyəçi bunlara yüksək səviyyədə yiyələn­mək­lə sanki ünsiyyət üçün də yol açmış olur.
Təcrübə və tədqiqatlar göstərir ki, uşaqlərlə qarşılıqlı ünsiyyət yarada bilmək baxımından heç də bütün Tərbiyəçilər eyni səviyyədə deyildirlər. Onların bəziləri bunu zəruri sayır, on­dan pedaqoji texnika kimi geniş istifadə edir, bəziləri buna nail ola bilmir, bəziləri isə bunu zəruri hesab etmirlər.
5. Tərbiyəçi-uşaq ünsiyyətində başlıca amillərdən biri Tərbiyəçinin öz hisslərini, fikirlərini emosional və dəqiq şəkildə üzə çıxara bilməsi bacarığından ibarətdir. İstər təlim prose­sində, istərsə də tərbiyəvi tədbirlər prosesində Tərbiyəçinin belə baca­­­­­­­­­rıq­lar nümayiş etdirə bilməsi Tərbiyəçi-uşaq ünsiyyətini daha da dərinləşdirir, onu daha da səmərəli edir.
Tərbiyəçi-uşaq ünsiyyətinin yaradılmasında bir sıra çətin­liklər, maneələr də özünü göstərir. Kan-Kalik bunları aşağıdakı kimi xarakterizə edir:

    1. Ustanovkaya sahib olmamaq “maneəsi”: Tərbiyəçi sinfə maraqlı məşğələ demək niyyəti ilə gəlir, qrupisə laqeyddir. Diqqət­sizlik və pərakəndəlik göstərir, nəticədə təcrübəsiz Tərbiyəçi hirslənir, əsəbiləşir və s.

    2. Fəaliyyətə təzə başlayan Tərbiyəçilər üçün qrupdən qorx­maq “maneəsi” də xarakterik haldır: Adətən, onlar mate­rialı yax­şı bilir, dərsə yaxşı hazırlaşır, lakin uşaqlərlə bilavasitə tə­mas­da olmaq fikri onları “qorxudur”, yaradıcı­lıqlarını bir növ buxovlayır.

    3. Təmasın olmaması “maneəsi”: Tərbiyəçi sinfə daxil olur, bu zaman uşaqlərlə dərhal və əməli şəkildə qarşılıqlı əla­qə yaratmaq əvəzinə, bir növ “avtonom” hərəkət etməyə baş­layır (məsələn, yazı taxtasında izahat yazır və s.).

    4. Ünsiyyət funksiyasının məhdudlaşdırılması “maneəsi”: Tərbiyəçi yalnız ünsiy­yətin məlumatvermə funksiyasını nəzərə alır, onun qarşılıqlı təsir, sosial-perspektiv funksiyalarına əhə­miyyət vermir.

    5. Qruphaqqında neqativ ustanovkanın yaranması “mane­əsi”: Bu cür ustanovka həmin kollektivdə işləyən başqa Tərbiyəçilərin fikrinə və ya Tərbiyəçinin özünün pedaqoji uğursuz­lu­ğuna müvafiq olaraq yarana bilər.

    6. Qruplə və ya uşaqlə keçmiş neqativ ünsiyyət təcrübəsi ilə bağlı “maneə”.

    7. Pedaqoji səhv etməkdən qorxmaq “maneəsi” (dərsə ge­cik­məkdən, vaxtdan düzgün istifadə edə bilməməkdən, uşaqləri düzgün qiymətləndirə bilməməkdən və s.).

    8. Təlqin “maneəsi”: Gənc Tərbiyəçi başqa Tərbiyəçinin fə­aliy­yətini, ünsiyyət tərzini yamsılamağa başlayır, lakin başqa­sının ünsiyyət üslubunu mexaniki şəkildə öz fərdi pedaqoji fəaliyyətinə keçirməyin mümkün olmadığını başa düşmür.

Qeyd etmək lazımdır ki, bu maneələr həmişə Tərbiyəçi-uşaq ünsiyyətinin formalaşmasına mənfi təsir göstərən zərərli amillər olduğundan Tərbiyəçi onların aradan qaldırılmasına səy göstərməli, onları dəf etmək üçün öz üzərində məşqlər apar­maq­la müntəzəm işləməli və bu sahədə müvəfəqiyyət qazan­ma­ğa çalışmalıdır. Tədqiqatlar göstərir ki, ünsiyyətə mane olan ünsürlərin aradan qaldırılması üçün Tərbiyəçinin ünsiyyət mədə­niyyətinin artırılması olduqca mühümdür. Bunun üçün sosial-psixoloji treninqlər aparılmasına geniş yer verilməlidir.
Sosial-psixoloji treninqlərdən istifadə edilməsi Tərbiyəçi üçün zəruri olan kommunikativ vərdişlərin formalaşmasına sə­bəb olur. Tərbiyəçinin uşaqlərlə ünsiyyəti zamanı treninqlərdən bacarıqla istifadə etməsi bu prosesdə meydana çıxan çətin­lik­lərin məşqlər yolu ilə aradan qaldırılması olur ki, onda həm ünsiy­yət vərdişlərinin və kommunikativ mədəniyyətin forma­laş­ması prosesi baş verir, həm də Tərbiyəçinin uşaqlərlə qarşı­lıq­lı əməkdaşlıq şəraitində ünsiyyətə girə bilməsi prosesi fəal­laşır. Bunun üçün hələ ali bağça illərində tələbələrlə xüsusi işlərin–seminarların, seçmə kursların aparılmasını zəruri hesab edirik. Bu baxımdan pedaqoji universitet və institutlarda “Pe­da­qoji ünsiyyətin yaradılması”, “Tərbiyəçinin ünsiyyət mədəniy­yəti” və s. mövzularda xüsusi seminarların və ya kursların təd­ri­si vacibdir. Nümunə üçün belə seminarlardan birinin – “Tərbiyəçinin ünsiyyət mədəniyyəti” adlı xüsusi seminarın möv­zu­la­rını nəzərdən keçirək:

  1. Pedaqoji ünsiyyətin elmi-nəzəri problemləri.

  2. Pedaqoji ünsiyyətin funksiyaları və tərzləri.

  3. Tərbiyəçi şəxsiyyəti və ünsiyyət texnikası.

  4. Təlim prosesində Tərbiyəçinin ünsiyyət mədəniyyəti.

  5. Tərbiyəçinin ünsiyyət mədəniyyətinin formalaşmasının yolları və vasitələri.

  6. Tərbiyəçinin pedaqoji etikası və s.

Belə mövzularda aparılan seminarlar Tərbiyəçilərin ünsiy­yət mədəniyyətinin həm nəzəri, həm də praktik tərəflərini mənimsəmələri üçün olduqca faydalıdır.
Ünsiyyət vasitələri çoxdur. Onun müxtəlif–həm təbii, yəni baxış, mimika, təbəssüm, həm dil, yəni təbii dillər, süni dillər, həm də yazı və qrafika, yəni yazışmalar və s. vasitələrindən geniş və hərtərəfli surətdə istifadə etməklə Tərbiyəçi-uşaq ün­siy­yətinin formalaşmasına nail olunmalıdır. Bunun üçün Tərbiyəçi bu vasitələrin hər birindən geniş istifadə etməyi bacar­malı və onların ünsiyyət prosesində funksional imkanlarını bil­mə­lidir.
Ünsiyyətin ən mühüm və ən təsirli vasitəsi dildir. Dil ilə həyata keçirilən ünsiyyətdə isə əsas yeri nitq tutur. Ünsiyyətdə nitqin necəliyi mühüm rol oynayır. Söz, onun təsiri ünsiyyət üçün əsas mənbə rolu oynayır. Sözün, nitqin emosional, xoş təsirə malik olması, yüksək mənəvi duyumları özündə əks etdirməsi ünsiyyətin səmərəliliyi üçün mühüm şərtlərdən biridir.
Təcrübə göstərir ki, Tərbiyəçilərin uşaqlərə xoş sözlərlə müraciət etməsi, xoş sözlər deməsi, qrupdə əhval-ryhiyyənin yük­səldilməsinə, işgüzarlığın artmasına və bir sıra nəcib əxlaqi keyfiyyətlərin formalaşmasına kömək edir. Buna görə də hər bir Tərbiyəçi uşaqlərlə normal, səmərəli ünsiyyət yaratmaq üçün nitqindən düzgün istifadə etməyi, onu əsl ünsiyyət vasi­təsinə çevirməyi bacarmalıdır. Belə olduqda Tərbiyəçinin nitqi Tərbiyəçi və uşaqlər arasında qarşılıqlı təsir alətinə çevrilir və təlim-tərbiyənin səmərəliliyi çox vaxt bu alətin necəliyindən asılı olur. “Elə buna görə çox vaxt deyilmiş sözün məzmunu de­yil, onun deyiliş tərzi daha əhəmiyyətli olur. Odur ki, çox zaman ünsiyyət prosesində fərdin nə dediyinə deyil, necə dedi­yinə daha artıq fikir vermək lazım gəlir. Bəzən sadəcə baxış, gözün süzülməsi, qaşın çatılması, təbəssüm, gülüş, ağlama, göz­lərin dolması və s. deyilən sözdən daha artıq təsir edir”.
Nitqin təsirliliyi, yəni onun əsl ünsiyyət vasitəsi kimi çıxış etməsi nitqin məzmunlu olması ilə sıx əlaqədar olduğu kimi, onun kommunikativ vasitələrlə müşayiət edilməsi ilə də sıx əlaqədardır. Təcrübə və tədqiqatlar göstərir ki, Tərbiyəçinin nitqi bu vasitələrlə, yəni mimika, pantomimika, jestlər, nitqin into­na­­­­­si­yası, ifadəliliyi, səsin tempi və s. ilə zənginləşdikcə nitq daha çox təsirli olur və ünsiyyətin səmərəliliyini artırır. Belə nitq uşaqlərin əqidəsinə, dünyagörüşünə inkişafetdirici təsir göstərir və onların münasibətlərində, davranışlarında və bir şəxsiyyət kimi formalaşmalarında mühüm təsir gücünə malik olur. Ünsiyyətin əvvəlcədən düşünülmüş formada təşkili və aparılması bunun daha da məzmunlu olmasına səbəb olur.
Bir çox Tərbiyəçilər, həmçinin tədqiqatçılar belə hesab edir­lər ki, öz fənnini dərindən bilmək, onu ustalıqla tədris etmək, uşaqlərinə və ətrafdakı adamlara həssaslıqla yanaş­maq, onlara qayğı göstərmək həm onların təlim müvəffəqiy­yə­tinin, həm də ünsiyyət mədəniyyətinin əsasını təşkil edir. Təbii ki, bunlar ün­siy­yət prosesində başlıca amillər kimi özünü göstərir. Lakin bun­larla yanaşı, Tərbiyəçi üçün lazım olan bir sıra keyfiyyətlər də vardır ki, bunlar Tərbiyəçi-uşaq ünsiy­yə­tində mühüm yer tu­tur və pedaqoji ünsiyyətin formalaşmasına mühüm təsir gös­tə­rir. Bunlara misal olaraq Tərbiyəçinin psixoloji xüsu­siy­yət­lə­ri, qa­biliyyətləri, danışıq və davranış tərzlərini və s. göstər­mək olar ki, bunların da ünsiyyət mədəniyyətinin for­ma­laş­ma­sın­da mühüm rolu vardır. Hətta bəzi müəlliflər Tərbiyəçinin geyiminin belə uşaqlərlə ünsiyyətdə xüsusi təsir gücünə malik olduğunu qeyd edirlər. Buna görə Tərbiyəçi öz geyiminə xüsusi diqqətlə ya­naşmalı, təmiz, səliqəli, ciddi, heç bir bəzək-düzəyə aludə ol­ma­dan, modanın əsiri olmadan geyin­məyə çalışmalıdır. De­mə­li, təkcə daxili amillər deyil, həmçinin xarici amillər də ünsiy­yət prosesində müəyyən rol oynayır. Buna görə də Tərbiyəçi-uşaq ünsiyyətində bunların hər ikisinin kompleks təsirinə nail olmaq lazımdır. Nəzərdən qaçırmaq olmaz ki, Tərbiyəçinin xarici gör­kəmi elə ilk görünüşdə uşaqləri özünə cəlb edə bilər, onu ya­xınlaşdırar və ya onu dəf edər. Bu baxımdan da Tərbiyəçi təkcə özünün ifadəli nitqi, səmimi ünsiy­yə­ti, qayğıkeş müna­si­bə­ti, mehriban, ülfətli və diqqətli davra­nı­­­şı, rəftarı ilə deyil, özü­nün geyimi, səliqəsi, özünə, öz geyi­mi­nə, xarici görkəminə münasibəti ilə də ünsiyyətin səmi­mi­­liyinə şərait yaratdığını dərindən dərk etməli və buna nail olmalıdır.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə