Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə56/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   52   53   54   55   56   57   58   59   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Məsləhət görülən ədəbiyyat

    1. Həsənov A., Ağayev Ə. Pedaqogika. (Dərslik) Bakı: Nasir, 2007.

    2. Kazımov N., Həşimov Ə. Pedaqogika. Bakı: Maarif, 1996.

    3. Kazımov N. Bağça pedaqogikası. Bakı: Maarif, Çaşı­oğlu, 2002.

    4. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı: Bakı Universiteti nəşriyyatı, 2003.



    1. Tərbiyəçinin nitqi pedaqoji ustalığın

    2. vasitəsi kimi


Mən əsl usta o zaman oldum ki, “Bura gəl” kəlməsini 15-20 səs tonu çaları ilə ifadə etməyi öyrən­dim”.
A.S.Makarenko

Tərbiyəçinin nitqi gənc nəslin təbiət və cəmiyyətin inkişaf qa­nunauyğunluqlarını dərk etmələrində, elmlərin əsaslarına və in­sanların mənəvi münasibətlərinin təcrübə­sinə yiyələnmələ­rin­də böyük rol oynayır. Tərbiyəçinin pedaqoji ustalığında mühüm yer tutan bu amil təkcə sözlərin məzmunluluğu və mənalılığı ilə deyil, onun tonu, into­nasiyası, nitq zamanı istifadə edilən jest­­lər, mimikalar vasitəsi ilə daha da təsirli, kəsərli və yadda­qa­­lan olur. Respublikamızda özünün gözəl nitq qabiliyyəti ilə uşaqləri və tələbələri ovsunlayan onlarda oxumağa, fənnə bö­yük maraq yaradan, onların qəlbini riqqətə gətirən Tərbiyəçi­lər çox olmuş və bu gün də vardır. Görkəmli ədibimiz və gözəl Tərbiyəçi kimi yaddaşlarda, xatirələrdə qalmış Abdulla Şaiq haq­­qında onun tələbəsi, yazıçısı Mehdi Hüseyn yazırdı: “O, da­nı­­­şarkən sinfə elə bir sükut çökmüşdü ki, dediyi sözləri dəf­tə­rə qeyd edən yoldaşlarımızın qələmlərinin səsi lap aydın eşi­di­­­­­lirdi”.


Tələbələri Abdulla Şaiq haqqında xatirələrində yazırdılar: Mübaliğədən qorx­mayaraq iddia edə bilərik ki, heç bir tələbə tərəfindən heç bir Tərbiyəçinin dərsi bu qədər cazibə ilə dinlənil­mə­­mişdir. Bu fitri Tərbiyəçinin elə bir ecazkar ifadəsi, elə təsirkar tələffüzü var ki, laqeyd tələbə belə onu böyük bir şövq və hə­vəs­lə dinlər.
Professor Əli Sultanlı da gözəl nitq qabiliyyətinə, mühazi­rə­­çilik mədəniyyətinə malik olmuşdur. Onun tələbəsi olmuş gör­kəmli yazıçı İsmayıl Şıxlı yazırdı: “Əli Tərbiyəçi elə birinci mü­hazirəsindən bizi ovsunladı. O, mühazirəni elə cazibədar şəkil­də başladı ki, biz dəftər-qələmi yaddan çıxardıq, zəngin vu­­rul­masından xəbərimiz olmadı. O, getdi ürəyimizi də özü ilə apardı. Biz səbirsizliklə onun ikinci mühazirəsini gözlədik. Bu hal bütün illər boyu davam etdi. Əli Tərbiyəçi öz fənninə qarşı o qədər həvəs oyatdı ki, biz hamımız ona oxşamağa çalışdıq. Kü­çə­­də, yataqxanada tez-tez “Otello”dan, “Hamlet”dən mono­loq­lar deyir, Homerin, Sofoklun əsərlərini Əli Tərbiyəçi kimi söy­lə­məyə çalışırdıq. Kursumuzda yüz əlli tələbə var idi, yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi”.
Belə nümunələrin sayını artırmaq da olar. Son illərin təcrü­bə­sindən də onlarca belə nümunələr, faktlar gətirmək mümkün­dür. Lakin belə bir həqiqətlə də hesablaşmaq lazımdır ki, heç də bütün Tərbiyəçilər belə təsirli, ürəyəyatan nitqə, nitq qabiliy-yətinə malik ola bilmirlər. Belə bir sual meydana çıxır:

  • Görəsən, bu qabiliy­yət fitridir­mi, yoxsa sonradan qazanmaq mümkündür?

Nitqin inkişafına nail olmaq mümkün­dür. Həm gənc Tərbiyəçi­lər, həm də gələ­cək Tərbiyəçilər müstəqil olaraq öz nitqlərini təkmilləşdirə və yaxşılaşdıra bilərlər. Bunun üçün onlar aşağı­dakı yollardan istifadə edə bilərlər:

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə