Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə16/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   12   13   14   15   16   17   18   19   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Dərketmə yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi, tapşırıqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır. Dərketmə bilik və bacarıqların vəhdətdə formalaşması prosesidir. Verilmiş işi yerinə yetirmək üçün uşaqlar iş formasından asılı olaraq fikir mübadiləsi əsasında tədqiqat aparır, ümumi nəticəyə gəlirlər. Cütlərdə və ya qruplarda işləyən uşaqların öz aralarında seçdikləri liderlər verilmiş tapşırıqla bağlı ümumi fikri bütün qrupa və tərbiyəçi-müəllimə çatdırırlar.
Tətbiqetmə qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsidir. Uşaqlar əldə etdikləri bilik və bacarıqları möhkəmləndirir və bunların praktik əhəmiyyəti artır. Tətbiq etmək məqsədilə uşaqlara praktik tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət növü oyun olduğu üçün tətbiqetmə zamanı mövzuya uyğun oyundan istifadə edilməsi məqsədəmüvafiqdir.
Gündəlik planlaşdırma apararkən tərbiyəçi-müəllimin ilk işi mövzunun standarta uyğunluğunu müəyyənləşdirməkdir. Standart müəyyənləşəndən sonra, ona müvafiq mövzu seçilir. Artıq standarta və öyrənilən mövzuya uyğun müəyyənləşdirilən təlim nəticələri tərbiyəçi- müəllimə deyil, uşağa yönəlməlidir. Əgər tərbiyəçi-müəllim məşğələnin məqsədini uşağın maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər. Uşağı təlimə cəlb etməyin yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə edilməsidir.
Tərbiyəçi-müəllim motivasiyanı elə qurmalıdır ki, uşağı təlimə cəlb edə bilsin. Bu mərhələdə tərbiyəçi-müəllim müxtəlif mövqelərin və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual qoyaraq uşaqları düşünməyə vadar edir. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün, həm də uşağın öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.
İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq yeni biliyin əldə edilməsi işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün qrupla birlikdə, qruplarda, cütlər şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif variantlardan istifadə olunur.
Növbəti mərhələdə uşaqların qazandıqları bilik və bacarıqların tətbiq edilməsi prosesi başlayır. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərindən istifadı edilir. Sonrakı mərhələdə tərbiyəçi-müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər sistemləşdirilir. Uşaq əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.
Təqdim edilən mərhələlər məşğələ zamanı hiss olunmadan biri-birini əvəz etməlidir. Məşğələlər zamanı uşaqların yorulmasına yol vermək olmaz. Odur ki, məktəbəqədər təhsil müəssisələrində məşğələlərə oyunlar və ya oyun elementləri daxil edilməli, onlardan təsirli bir öyrənmə vasitəsi kimi istifadə olunmalıdır. Eyni zamanda, idman dəqiqələrindən istifadə edilməsi məqsədəuyğundur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə