2. Tərbiyəçinin fərdi psixofizioloji xüsusiyyətləri əsasında formalaşan şəxsi xarakteri. Bunlar Tərbiyəçinin yaşı, cinsi, temperamenti, sağlamlıq vəziyyəti, anatomik-fizioloji xüsusiyyətləri və s. ilə bağlı olub, pedaqoji ustalıqda mühüm təsir im-kanlarına malikdir.
3. Tərbiyəçinin əxlaqi, estetik baxışları və ümumi mədəniyyəti. Pedaqoji texnika bacarıqlarının bu xüsusiyyəti ondan ibarətdir ki, burada Tərbiyəçinin əxlaqi, estetik baxışları və ümumi vəziyyəti açılır. Onun təkcə təlim-tərbiyə aşılayan bir şəxs kimi deyil, həmçinin bir insan, bir vətəndaş kimi mənəvi keyfiyyətləri üzə çıxır və görünür. Belə xüsusiyyətlər Tərbiyəçii bir şəxsiyyət kimi tamamlayır və onun fərdi xarakterini aydınlaşdırmaq imkanı yaradır.
Tərbiyəçinin xarici görünüşü və pedaqoji özünə nəzarət
“İnsanın gərək hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi də, fikirləri də”.
A.S.Çexov
Tərbiyəçinin təkcə sözü, nitqi, keçdiyi dərsin mövzusu, mahiyyəti deyil, həmçinin xarici görünüşü (geyimi, saç forması və s.) də mühüm pedaqoji vəzifələrin həllinə, yəni tərbiyə edilən şəxsiyyətin formalaşmasına səmərəli şəkildə təsir etməyinə səbəb olmalıdır. Tərbiyəçi xarici görkəmində müəyyən ölçünü gözləməli və bunun yüksək tərbiyəvi imkana malik olduğunu unutmamalıdır. Tərbiyəçi üçün həddindən çox bəzək-düzəyə yol vermək, jest və hərəkətlərinin qeyri-estetik vəziyyəti yol verilməzdir. Hətta Tərbiyəçinin uşaqlərə yanaşmaq tərzi, baxışı, salamlaşması və s. kimi “xırda” işləri də uşaqlərə təsir gücündədir. Tərbiyəçi bunların təsir gücünü heç vaxt yadından çıxartmamalı və hər bir hərəkətinin, sözünün uşaqlərə bu və ya digər səviyyədə təsir etdiyini unutmamalıdır.
Tərbiyəçinin özünün xarici görkəminə diqqət yetirməsi uşaqlərə və ətrafdakı adamlara xoş təsir bağışlayır. Buna görə də Tərbiyəçi xarici görünüşünə müntəzəm olaraq diqqət etməli və qeyri-estetikliyə yol verməməlidir. Onun xarici görünüşü təmiz, səliqəli və estetik cəhətdən gözəl olmalıdır.
Tərbiyəçinin uşaqlərlə açıq ünsiyyəti qrupdən başlayır. Buna görə də Tərbiyəçinin emosional vəziyyətini idarə edə bilməsi müəyyən bilik və bacarıq tələb edir. O, buna həm psixoloji cəhətdən, həm də metodik ustalıq baxımından hazır olmalıdır.
Tərbiyəçinin emosional vəziyyətini idarə edə bilməsi özünüidarəetmə ilə sıx əlaqədardır. Tərbiyəçinin özünü idarə edə bilmək bacarıqları müxtəlifdir. Bunların içərisində aşağıdakıları xüsusi qeyd etmək olar:
xeyirxahlıq və optimistliyin tərbiyə edilməsi;
özünün davranışına (əqli gərginliyinin, hərəkət tempinin, nitqinin, nəfəsinin idarə edilməsinə) nəzarət;
fəaliyyətdə ara vermə (əmək terapiyası, musiqi terapiyası, yumor, əyləncəli oyun);
özünü təlqin etmə və s.
Professor N.Kazımov Tərbiyəçinin emosionallığının müxtəlif təzahür formalarının: razılıq və narazılığının, kədərlənmənin, mülayimliyin, sevincin, sərtliyin pedaqoji prosesə mühüm təsir göstərdiyini qeyd edir və onun Tərbiyəçi tərəfindən idarə olunmasının vacibliyini və bunun üçün müxtəlif üsullardan istifadə olunmasını zəruri sayır. N.Kazımov bu üsulları iki qrupa ayıraraq onların aşağıdakılardan ibarət olduğunu göstərir:
1. Müəyyənləşdirici (özünümüşahidə, nöqsanın etiraf edilməsi, səbəblərin müəyyənləşdirilməsi).
2. Təkmilləşdirici (özünü ruhlandırmaq, özünə göstəriş vermək, psixoloji qüvvələri məşq etdirmək).
Tərbiyəçi emosional vəziyyətini idarə edərkən və yaranmış gərginliyi aradan qaldırmaq üçün hərdən yumora yer verməli, uşaqlərlə xoş rəftar etməlidir. Bunun üçün Tərbiyəçi hər şeydən öncə öz peşəsinin sosial rolunu dərindən dərk etməli, borc hissinə malik, hazırcavab, həssas olmalı, hadisə və prosesləri düzgün qiymətləndirməyi bacarmalıdır. Çeviklik və sayıqlıq göstərməli, eyni zamanda özünü təhlilə və özünü qiymətləndirməyə meyilli olmalıdır. Həmçinin Tərbiyəçinin öz psixoloji vəziyyətini idarə etmək, lazım olan zaman təəccüb, sevinc, qəzəb və s. hisslərini büruzə vermək, intonasiyanı idarə etmək və müxtəlif hissləri onun vasitəsi ilə ifadə etmək (xahiş, tələb, sual, əmr, tövsiyə, təklif, istək və s.), söhbət zamanı təşəbbüsü əla alıb, idarə etmək, müsbət və mənfi emosiyaları ifadə edə bilmək, həmsöhbətlə özünü yaxınlaşdırmaq, məlumatı obrazlı-bədii şəkildə vermək və s. keyfiyyətləri olmalıdır.
Pedaqoji texnikada təkcə sözlü üsullar, tərzlər deyil, Tərbiyəçinin sözsüz təsiri, üzün, əllərin ifadəsi də mühüm rol oynayır. Bunların içərisində pantomimika və mimika xüsusi əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |