|
Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir
|
səhifə | 41/83 | tarix | 24.12.2022 | ölçüsü | 0,55 Mb. | | #97847 |
| muhazire 1-15 qdər terbiyeci isiNəfəsalma. Bu, fizioloji funksiya daşıyır və orqanizmin həyat fəaliyyətini təmin edir. O eyni zamanda nitqin enerji bazası rolunda çıxış edir. Buna görə də Tərbiyəçinin nitq və nəfəsalma münasibətləri haqqında biliklərə malik olması vacibdir. Danışarkən burun vasitəsilə nəfəs almağı öyrənmək, şərh zamanı dərindən nəfəs almaqla nitqin enerjisini artırmaq, sözlər (cümlələr) arasında harada nəfəs alınacağını məşq etmək və s. bu qəbildən olan qaydalardır. Nitq üçün fizioloji nəfəsalma deyil, dərindən nəfəsalma lazım gəlir. Nitq və danışıq daha böyük həcmdə hava tələb etdiyindən onun istifadəsinə qənaətlə yanaşmaq tələb olunur (burada nəfəsalma, nəfəsvermə, fasilə və nəfəsalma, fasilə və nəfəsvermə ardıcıllığına düzgün riayət etmək lazımdır).
Səs. İnsanlar arasında səsi təbii və ürəyəyatımlı olanların nitqi adamlara olduqca xoş təsir bağışlayır. Tərbiyəçilər arasında belələri az deyildir. Təcrübə göstərir ki, hər bir adam öz səsi üzərində işləməklə onu güclü, elastik və gur edə bilər. Bu, olduqca böyük və gərgin məşqlər, zəhmət tələb edir. Tərbiyəçinin səsinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır. Bunlardan biri səsin güclülüyüdür. Tərbiyəçinin səsi güclü olduqda onun təsirliliyi də artıq olur. Səsin gücü təkcə təbii imkanlardan deyil, səs aparatından düzgün istifadədən də asılıdır. Nəfəsalma zamanı ağızdan nə qədər böyük həcmdə və təzyiqdə hava keçərsə, səs bir o qədər güclü olar. Səsin tez dəyişə bilməsində və dinləyicilərə təsir etməsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri səsin elastikliyi və mütəhərrikliyidir. Tərbiyəçinin səsi nə qədər elastik və mütəhərrik olursa, bir o qədər də təsirli olur. İstənilən anda onun yüksəldilə və ya alçaldıla bilməsi, situasiyalardan asılı olaraq dəyişdirilməsi onun təsirliliyini daha da artırır.
Diapazon – səsin genişlik dairəsi, onun həcmidir. Səsin sərhəddini yüksək və ən aşağı ton müəyyənləşdirir.
Tembr (hər bir səs üçün xarakterik olan səs xüsusiyyəti) – səsin çalarları, aydınlığı, yumşaqlığı və fərdiliyidir.
Səsin tərbiyə edilməsi olduqca çətin və fərdi bir prosesdir. O, fərdi metodika və xüsusi mütəxəssis tərəfindən nəzarət tələb edir.
Tədqiqatlar göstərir ki, yüksək səslə müqayisədə aşağı səs uşaqlar tərəfindən daha yaxşı qəbul edilir, onların daha çox xoşlarına gəlir. Belə səslər güclü təsiredici olur.
Başlıca məsələlərdən biri Tərbiyəçinin səs gigiyenasına düzgün əməl etməsidir. Tədqiqatlar göstərir ki, “səsli peşə” adamları arasında səs aparatının xəstəliyi çox yüksəkdir. Tərbiyəçilər arasında bu 40,2% təşkil edir.
Səsin korlanması səbəbləri müxtəlifdir. Mütəxəssislər bunu dörd qrupa ayırırlar: 1) səs yükünün hər gün artırılması; 2) səs aparatından istifadəni bilməmək; 3) gigiyena qaydalarını gözləməmək; 4) səs orqanlarının anadangəlmə zəifliyi.
Tərbiyəçilər iş vaxtının 50%-ə qədərini danışdığından onların səs aparatından düzgün istifadə edə bilməsi və gigiyenik normaları gözləməsi olduqca vacibdir. Eyni zamanda peşə xəstəliyinin inkişaf etməməsi üçün bağçadə normal şəraitin yaradılmasına nail olmaq lazım gəlir. İş vaxtı qurtardıqdan sonra 2-3 saat Tərbiyəçi uzunmüddətli danışıqlardan qaçmalıdır. Zəruri hallarda isə qısa və sakit danışmağa çalışmalıdır.
Tərbiyəçi yuxarı tənəffüs orqanlarına, əsəb sisteminə, qida rejiminin qorunmasına xüsusi diqqət yetirməlidir. Nəzərdən qaçırmaq olmaz ki, səs orqanları tünd, qıcıqlandırıcı qidalara çox həssasdır. Olduqca soyuq, həddən artıq isti, tünd xörəklər, alkoqollu içkilər, siqaret səs aparatının korlanmasına səbəb olan amillərdir.
Səsin və səs aparatının qorunması üçün mütəxəssislər aşağıdakı məsləhətləri faydalı hesab edirlər:
boğazı vaxtaşırı olaraq soda və yodla yaxalamaq;
monoton nitq səs aparatı əzələlərinə yorucu təsir göstərdiyindən ifadəli nitqdən istifadə etmək;
yazı lövhəsində işləyərkən əmələ gələn tozun qarşısını almaq məqsədilə yaş silgidən istifadə etmək;
işdən sonra soyuq havada tez-tez yeriməmək, nəfəs orqanlarını soyuqdan qorumaq və s.
Dostları ilə paylaş: |
|
|