MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ


 İxtisasını sevmək, onu daim yeniliklərlə zənginləşdir-



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   14   15   16   17   18   19   20   21   ...   149
2018-1050-5

3. İxtisasını sevmək, onu daim yeniliklərlə zənginləşdir-
m
ək.
T
əkcə müəllimlik peşəsinə deyil,müəllimin ixtisasına olan 
sevgisi d
ə  onu daim zənginləşdirmək  marağı  ilə  vəhdət təşkil 
edir. Hansı ixtisas sahibi olursa olsun müəllim onu sevirsə çalı-
şacaq ki, onunla bağlı olan yenilikləri, innovasiyaları öz fəaliy-
y
ətinə  gətirsin,  biliyini  artırsın.  Təcrübə  göstərir ki, müəllimin 
ixtisas z
ənginliyi,  öz  ixtisasını  dərindən bilməsi, onu sevməsi 
uşaqlarda da bu ixtisasa sevgi və marağı artırır.  
Elmi  pedaqogikanın  banisi  Y.A.Komenski  yazırdı  ki,  öz 
peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, 
yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, 
daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslə-
n
ən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən 


30 
ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axı-
dılan sularla deyil, məktəblinin şüurunda gizlənmişidrak bulağı-
nı açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sa-
d
əliyin, fəaliyyətində  gümrahlıq  və  əməksevərliyin, davranışda 
t
əvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənə-
tinin nümun
əsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır (11). 

əllimin öz ixtisasını yeniliklərlə zənginləşdirməsi uşaq-
ların oxuma, öyrənmə marağının artırılmasının sınanmış vasitəsi 
kimi özünü göst
ərir. 
Bal arısıminlərlə çiçəkdən misqal-misqal şirə götürüb bal 
topladığı kimi, müəllim də hər bir yenilikdən, mənbədən özünə 
uyğun  saydığı  bir  yenilik  götürdükcəonun  biliyi  artır,  zəngin-
l
əşir. Bunlar praktik fəaliyyətə tətbiq edildikdə isə peşəkarlıq da 
yüks
əlir, təkmilləşir. 

əllim  heç  vaxt  keçmiş  biliklərinə  arxayınlaşmamalı, 
“bunu bilir
əm”-deyib dərsə  hazırlıqsız  gəlməməlidir. Keçəcəyi 
d
ərslərin üzərində  fikirləşməli,  onların  məzmunlu keçməsinə 
çalışmalıdır.  Keçəcəyi  mövzuların  əsas arqumentini, məzmun 
x
əttini düzgün müəyyənləşdirməli, dərsinin həmin xətt üzərində 
qurulmasına çalışmalı, təhsilin nəticəyönümlülüyünə nail olma-
lıdır.Dərsi  əvvəlcədən təsəvvür etməli,  sonradan  reallaşdırma-
lıdır (interiorizasiya, eksteriorizasiya). 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə