“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
15
Mümkün olduqda, Bank fəal bazarda həmin alət üçün elan olunmuş qiymətlər üzrə alətin ədalətli
dəyərini ölçür. Bazar, qiymətləndirmə məlumatlarını təmin etmək üçün aktivlər və ya öhdəliklər üzrə
əməliyyatlar davamlı olaraq kifayət qədər tezlikdə və həcmdə baş verdikdə fəal hesab olunur.
Fəal bazarda təyin edilmiş qiymət olmadıqda Bank, müşahidə edilə bilən müvafiq məlumatların
istifadəsini artıran və müşahidə edilə bilməyən məlumatların istifadəsini azaldan qiymətləndirmə
üsullarından istifadə edir. Seçilmiş qiymətləndirmə üsulu, bazar iştirakçıları əməliyyata qiymət təyin
edərkən nəzərə aldıqları bütün amilləri özündə birləşdirir.
Ədalətli dəyəri ölçülən və maliyyə hesabatlarında açıqlanmış bütün aktivlər və öhdəliklər aşağıda
təsvir edilmiş və bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün mühüm olan ən aşağı səviyyədə
məlumatlara əsaslanmış ədalətli dəyər iyerarxiyasında təsnifləşdirilir:
•
Səviyyə 1 – Fəal bazarlarda oxşar aktivlər və öhdəliklər üzrə təyin edilmiş (nizamlanmamış)
bazar qiymətləri;
•
Səviyyə 2 – aktiv və ya öhdəlik üçün birbaşa və ya dolayısı ilə müşahidə edilə bilən məlumatlar
olan ilkin
məlumatlardan istifadə edilir;
•
Səviyyə 3 – ədalətli dəyər qiymətləndirərkən aktiv və ya öhdəliklər üçün müşahidə edilən bazar
məlumatlarına əsaslanmayan ilkin məlumatlar daxil olan qiymətləndirmə üsulundan istifadə
edilir (müşahidə edilməyən məlumatlar).
Maliyyə hesabatlarında dövrü əsasda tanınmış aktivlər və öhdəliklər üzrə Bank hər hesabat dövrünün
sonunda yenidən təyin edilmiş təsnifatla (bütövlükdə ədalətli dəyərin ölçülməsi üçün zəruri olan ən
aşağı səviyyəli məlumata əsaslanmış) iyerarxiyada Səviyyələr arasında köçürmələrin olub
olmamasını müəyyən edir.
Pul vəsaitləri və onların ekvivalentləri
Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, müxbir hesablarda olan və istifadəsinə məhdudiyyət
qoyulmayan qalıqlar, ARMB-da yerləşdirilən və bitmə müddəti 90 günədək olan müddətli depozitlər,
eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) üzv olan ölkələrdə yerləşən banklara
verilmiş vəsaitlər daxildir. Pul vəsaitlərinin hərəkətini təyin edərkən, ARMB tərəfindən tələb edilən
əmanətlər üzrə minimum məcburi ehtiyatlar və məhdudlaşdırılmış pul vəsaitləri, İƏİT ölkələrində
xatirə sikkələri və girov hesabları istifadəsində məhdudiyyətlərin olması səbəbi ilə pul və pul
ekvivalentləri kateqoriyasına daxil edilmir.
Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanılan minimum ehtiyat əmanətləri
Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanılan minimum ehtiyat əmanətləri, onlarla bağlı
məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun
olaraq Azərbaycan Respublikası Mərkəzi Bankına yerləşdirilmiş məcburi ehtiyatlar məbləğini əks
etdirir. Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tələb
olunan minimum ehtiyat əmanətlərinin məbləği pul vəsaitlərinin hərəkəti haqqında hesabata pul
vəsaitləri kimi daxil edilməmişdir.
Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər
Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində Bank digər banklarda müxtəlif müddətlər üzrə
əmanətlər yerləşdirir. Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər ədalətli dəyərdə
tanınır. Ödəniş tarixi müəyyən olan banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər
sonradan amortizasiya olunmuş maya dəyərində effektiv faiz metodundan istifadə edilərək ölçülür və
dəyərsizləşmə zərər ehtiyatları çıxılmaqla tanınır. Banklardan və digər maliyyə qurumlarından
alınacaq vəsaitlər ödəniş tarixi müəyyən olmadıqda təxmin edilən ödəniş tarixi əsasında amortizasiya
olunmuş maya dəyərində tanınır. Banklardan və digər maliyyə qurumlarından alınacaq vəsaitlər
dəyərsizləşmə zərər ehtiyatları çıxılmaqla tanınır.
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
16
Müştərilərə verilmiş kreditlər
Bank tərəfindən verilmiş kreditlər ilk olaraq ədalətli dəyər və əməliyyat üzrə aid olduğu xərclər
həcmində tanınır. Hesablanmış ədalətli dəyər kreditin ədalətli dəyərinə bərabər olmadıqda, misal
üçün, kredit bazar qiymətindən aşağı dəyərlə verildikdə, hesablanmış ədalətli dəyərlə kreditin ədalətli
dəyəri arasındakı fərq kreditin ilkin tanınması üzrə zərər kimi qeydə alınır və bu zərərin
xüsusiyyətinə uyğun olaraq məcmu gəlir hesabatına daxil edilir. Daha sonra, kreditlər effektiv faiz
metodundan istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır. Müştərilərə
verilmiş kreditlər ehtimal edilən zərərlər üzrə bütün ehtiyatlar çıxılmaqla uçota alınır.
Maliyyə alətlərinin yenidən təsnifləşdirilməsi
Əgər ticarət məqsədi ilə saxlanılan qeyri-derivativ maliyyə alətinin yaxın gələcəkdə satılması
məqsədi aktuallığını itirirsə bu zaman belə maliyyə alətləri mənfəət və zərər hesabına ədalətli dəyərlə
tanınan maliyyə aktivləri kateqoriyasından çıxarılaraq aşağıdakı kateqoriyalardan birinə yenidən
daxil olunur:
Əgər maliyyə aktivi verilmiş kreditlər və debitor borcları kateqoriyasının təyinatına uyğundursa
bu zaman, Bankın bu aləti yaxın gələcəkdə və ya müddəti bitənədək saxlamaq niyyəti və imkanı
varsa onu kreditlər və debitor borclar kateqoriyasına yenidən daxil edə bilər;
Digər maliyyə aktivləri adətən satılabilən invesitisiyalar kateqoriyasına və nadir hallarda ödəniş
tarixinədək saxlanılan investisiyalar kateqoriyasına daxil oluna bilər.
Əvvəlcədən satılabilən invesitisiyalar kateqoriyasına aid edilmiş maliyyə aləti verilmiş kreditlər və
debitor borcları kateqoriyasının təyinatına uyğun gəldikdə və Bankın bu aləti yaxın gələcəkdə və ya
müddəti bitənədək saxlamaq niyyəti və imkanı yarandıqda, Bank onu verilmiş kreditlər və debitor
borcları kateqoriyasına yenidən daxil edə bilər.
Maliyyə alətləri yenidən təsnif olunduqda onların ədalətli dəyərindən istifadə edilir. Bu alətlərə aid
daha əvvəllər mənfəət və zərər hesablarında tanınmış mənfəət və zərərlər geri qaytarılmır. Maliyyə
alətinin ədalətli dəyəri yenidən təsnifləşdirmə tarixində müvafiq olaraq onun yeni maya dəyərinə və
ya amortizasiya olunmuş maya dəyərinə çevrilir.
Maliyyə aktivlərinin dəyərsizləşməsi
Hər bir hesabat tarixində Bank maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi
halının baş verməsinin obyektiv sübutunun olub-olmamasını dəyərləndirir. Əgər maliyyə aktivinin və
ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimal edilirsə və yalnız ilkin tanınma tarixindən
sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində dəyərsizləşmənin obyektiv sübutu
yaranmışdırsa (baş vermiş “zərər hadisəsi”) və zərər hadisəsi (və ya hadisələri) bu maliyyə alətləri və
ya maliyyə alətləri qrupu üzrə təxmin edilən gələcək pul vəsaitlərinin axınına təsir göstərirsə və bu
təsirin etibarlı şəkildə təxmin edilməsi mümkündürsə bu zaman belə maliyyə aktivləri və ya maliyyə
aktivləri qrupu dəyərsizləşmiş sayılır. Dəyərsizləşmənin sübütu kimi borc götürənin və ya borc
götürənlər qrupunun əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi, faiz və əsas borcların
ödənilməməsi və ya ödənilməsində gecikmələrin yaranması, müştərilərin iflas etməsi və ya digər
yenidən təşkilati strukturun dəyişdirilməsi və bu zaman təxmin edilən gələcək pul vəsaitlərinin
azalmasına dair konkret məlumatın olması ehtimalının yaranması, məsələn borcun ödənilməməsində
şəraitin və iqtisadi şərtlərin dəyişməsi halları götürülə bilər.