“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
27
Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu
Bank adi fəaliyyət zamanı əlaqəli tərəflərlə əməliyyatlar aparır. BMUS 39 standartı maliyyə
alətlərinin ilkin uçotunun onların ədalətli dəyərinə əsaslanmasını tələb edir. Mühakimələr bu cür
əməliyyatlar üçün fəal bazar şəraiti olmadıqa əməliyyatların bazar və ya qeyri-bazar faiz
dərəcələrində qiymətləndirildiyini müəyyənləşdirmək üçün tətbiq edilir. Mülahizələrin irəli
sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi
və effektiv faiz dərəcəsinin təhlili təşkil edir.
Likvidlik boşluğu
Bu maliyyə hesabatları üzrə 30 saylı Qeyddə göstərildiyi kimi, Bankın 31 dekabr 2017-ci və 2016-cı
il tarixlərinə on iki aya qədər dövrdə məcmu mənfi likvidlik boşluğu mövcud olmuşdur. Rəhbərlik
əmindir ki, Bank on iki aya qədər olan dövrdə cəlb edilmiş öhdəlikləri əvəz etmək üçün tələb olunan
vəsaitləri əldə edə biləcək. Xüsusilə, rəhbərlik hesab edir ki, Bankın səhmdarlarının davamlı dəstəyi
və beynəlxalq maliyyə təşkilatlarından borc götürülmüş vəsaitlər hesabına Bank 30 saylı Qeyddə
təsvir olunan bütün öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan müvafiq vəsaitləri əldə edə
biləcək.
3. YENİ VƏ YENİDƏN İŞLƏNMİŞ STANDARTLARIN VƏ ŞƏRHLƏRİN QƏBUL EDİLMƏSİ
Cari ildə Bank Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (MUBSŞ) və MUBSŞ-un
Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Bankın
fəaliyyəti üçün münasib olan və 31 dekabr 2017-ci il tarixində başa çatmış hesabat dövrlərinə şamil
olunan bütün yeni və yenidən işlənilmiş standartları və onlara dair şərhləri qəbul etmişdir. Bu yeni
standart və şərhlərin qəbul edilməsi Bankın mühasibat uçotu siyasətinə, yəni cari və ya əvvəlki illər
üzrə hesabat verilən məbləğlərə əhəmiyyətli təsirlər göstərməmişdir.
MUBS 7 “Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat” standartına dəyişikliklər – Bank bu
dəyişiklikləri cari ildə ilk dəfə tətbiq etmişdir. Dəyişikliklər müəssisənin maliyyə fəaliyyəti haqqında
maliyyə hesabatlarının istifadəçilərinə təmin edilmiş məlumatları təkmilləşdirmək məqsədilə MUBS 7
standartına aydınlıq gətirilməsini nəzərdə tutur.
Bu məqsədə nail olmaq üçün MUBSŞ maliyyə fəaliyyəti nəticəsində yaranmış öhdəliklərdə aşağıda
qeyd olunmuş dəyişikliklərin açıqlanmasını (zəruri olduğu dərəcədə) tələb edir: (i) maliyyələşdirmə
fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərindən irəli gələn dəyişikliklər; (ii) törəmə müəssisələrə və
ya digər müəssisələrə nəzarət hüququnun əldə olunması və ya itirilməsindən irəli gələn dəyişikliklər;
(iii) xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri; (iv) ədalətli dəyərdə dəyişikliklər; və (v)
digər dəyişikliklər.
MUBS 12 “Mənfəət Vergisi” standartına dəyişikliklər – MUBS 12 “Mənfəət Vergisi” standartına
olunmuş dəyişiliklərin məqsədi təcrübədə standartın tətbiqi ilə bağlı yaranmış müxtəlifliyin aradan
qaldırılması üçün borc alətləri ilə bağlı təxirə salınmış vergi aktivləri üzrə uçot aparılması qaydalarına
və reallaşdırılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinə aydınlıq gətirilməsidir.
2014-2016-cı illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər, MHBS 12 “Digər
müəssisələrdə iştirak paylarının açıqlanması” standartına dəyişikliklər – Bank, 2014-2016-cı
illəri əhatə edən dövr üzrə MHBS-lərə İllik Düzəlişlərə daxil edilmiş 12 saylı MHBS-ə cari ildə ilk
dəyişikliklər tətbiq etmişdir. Bu paketə daxil edilmiş digər dəyişikliklər hesabat tarixində məcburi
şəkildə qüvvəyə minməmişdir və onlar Bank tərəfindən hal-hazırda qəbul edilməmişdir.
12 saylı MHB-də bildirilir ki, müəssisə tərəfindən satış üçün saxlanılan kimi təsnifləşdirilən törəmə
müəssisələrdə, assosiasiyalarda yaxud birgə müəssisələrdə iştirak payları haqqında ümumiləşdirilmiş
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
28
maliyyə məlumatı təmin etməsi tələb olunur. Dəyişiklik onu təsnif edir ki, bu analoji investisiyalar
üçün açıqlanma 12 saylı MHBS-in tələblərindən verilmiş yeganə imtiyazdır.
Yuxarıda qeyd ediləndən fərqli şəkildə təsvir edilmədiyi təqdirdə, yeni Standartlar və Şərhlər Bankın
maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir etməyəcək
4. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIŞ STANDARTLAR VƏ
ŞƏRHLƏR
Hazırki maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Bank tərəfindən, qüvvəyə minmə tarixindən
əvvəl qəbul edilmiş standart və şərhlərdən əlavə, aşağıda göstərilən standart və şərhlər dərc edilmiş
lakin qüvvəyə minməmişdir.
2014-2016-cı illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər 1 saylı MHBS-ə və 28 saylı
MUBS-a edilmiş, lakin Bank üçün məcburi qaydada qüvvəyə minməmiş dəyişiklikləri ehtiva edir.
Standart
Düzəlişin mövzusu
MHBS 1 “Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarının İlk dəfə
Tətbiq edilməsi”
İlk dəfə tətbiq edənlər üçün qısamüddətli istisnaların ləğv edilməsi:
Düzəlişlər MHBS 7, MUBS 19, MHBS 12 və MUBS 27 ilə əlaəqdar
olan MHBS 1 çərçivəsində verilmiş qısamüddətli istisnaları aradan
qaldırır.
MUBS 28 “Asılı və Birgə
İnvestisiya Qoyuluşları”
Asılı və ya birgə müəssisələrin ədalətli dəyərdə ölçülməsi: Düzəlişlər
aydınlıq gətirir ki, vençur kapitallı təşkilat və ya digər ixtisaslaşmış
qurum olan müəssisə tərəfindən saxlanılan asılı və birgə
müəssisələrdə investisiya qoyuluşlarının mənfəət və zərər vasitəsilə
ədalətli dəyərdə ölçmək üçün opsiyalara ilkin tanınma zamanı
investisiyalar əsasında asılı və ya birgə müəssisələrdə hər bir
investisya üçün mövcuddur.
MHBS 1 və MUBS 28 standartlarına düzəlişlər 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan
illik dövrlər üzrə qüvvədədir.
MUBS və MUSŞ mövcud MHBS və ABŞ ÜQMP gəlir tələblərini əvəz edəcək birgə gəlirin tanınması
standartı
MHBS 15 “Müştərilərlə bağlanmış Müqavilələr üzrə Gəlirlər” hazırlamışlar. MHBS 15
standartı MHBS üzrə hesabat hazırlayan müsəəsisənin gəlirinin necə və nə vaxt tanımasını, eyni
zamanda belə müəssisələrin istifadəçilərini daha dolğun və uyğun açıqlamalar ilə təmin etməsi üçün
tələbləri müəyyənləşdirir. Standart müştərilərlə bağlanmış müqavilələrə tətbiq ediləcək vahid və
prinsiplərə istinad edən beş-pilləli modeli təqdim edir. MHBS 15 standartı 2014-cü ilin may ayında
hazırlanmışdır və hesabat dövrü 1 yanvar 2018-ci il tarixində başlamış illik dövrlər üçün tətbiq
olunacaqdır. Standartın erkən tətbiq edilməsinə icazə verilir.
MUBS 40 “İnvestisiya Mülkiyyətinin Transferləri” müəssisənin yalnız əmlakın istifadəsində baş
vermiş dəyişikliyə dair sübutun olduğu halda bu əmlakı investisiya mülkiyyətinə/mülkiyyətindən
təsnifləşdirə biləcəyinə aydınlıq gətirir.
Dəyişikliklər 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üzrə qüvvədədir.
Standartın erkən tətbiq edilməsinə icazə verilir. Müəssisə dəyişikliklərin ilk dəfə tətbiq olunduğu illik
hesabat dövründə və ya hesabat dövrünün başlanmasında sonra mülkiyyətin istifadəsində baş vermiş
dəyişikliklərə aid olan düzəlişləri tətbiq edir. Retrospektiv istifadəyə yalnız nəticələrin Şirkət üçün
əlverişli nəticələr əldə etmək üçün məqsədəyönlü istifadəsi istisna olduğu hallarda icazə verilir.