“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
21
Binalar
50 years
Mebel və qurğular
8 years
Kompüter və avadanlıqlar
6 years
Nəqliyyat vasitələri
10 years
Digər əsas vəsaitlər
5 years
Qeyri-maddi aktivlər
10 years
Təmir və saxlama xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya kriteriyalarına uyğun gəlməsi
halları istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır.
İcarəyə götürülmüş daşınmaz əmlaklar icarəyə götürülmüş müvafiq aktivin faydalı istismar müddəti
üzrə amortizasiya edilir. Təmir və yenilənmə ilə bağlı xərclər kapitallaşdırılmayanadək, baş
verdikləri zaman tutulur və əməliyyat xərclərinə daxil edilir.
Xidmətlərin göstərilməsi və ya inzibati məqsədlər üçün saxlanılan binalar maliyyə vəziyyəti
hesabatında yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla peşəkar qiymətləndiricilər
tərəfindən bazar məlumatını istifadə edərək müəyyən edilmiş yenidən qiymətləndirmə tarixinə
binaların ədalətli dəyərini əks etdirən qalıq dəyəri ilə qeyd edilir. Aktivlərin qalıq dəyərinin hesabat
tarixinə ədalətli dəyər modelindən istifadə etməklə müəyyən edilə bilən dəyərdən əhəmiyyətli
dərəcədə fərqlənməməsi üçün yenidən qiymətləndirmə mütəmadi qaydada aparılır.
Sonuncu qiymətləndirmə 31 dekabr 2017-ci il tarixində keçirilmişdir.
Əmlakın bazar dəyəri, oxşar daşınmaz əmlak üzrə bazar satış qiymətlərinin təhlilini özündə
birləşdirən və həmçinin, MHBS 13 standartı daxilində binanın ədalətli dəyəri ilə bərabər olan
müqayisəli satış üsulundan istifadə etməklə qiymətləndirilir.
Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidən qiymətləndirmə artımı əsas
vəsaitlərin yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır lakin, əvvəllər xərc kimi tanınmış
eyni aktiv üzrə yenidən qiymətləndirmə azalmasını bərpa etdiyi hal istisna təşkil edir, bu halda artım
əvvəllər hesablanmış azalma həcmində məcmu gəlir hesabatında gəli kimi tanınır. Belə binaların
yenidən qiymətləndirilməsi nəticəsində onların qalıq dəyərində azalma baş verdiyi hallarda ilk olaraq
bu binaların keçmiş dövrlərdə yenidən qiymətləndirilməsi üzrə yaradılmış ehtiyatlar silinir və daha
sonra azalmanın qalan hissəsi xərc olaraq məcmu gəlir hesabatında tanınır.
Yenidən qiymətləndirilən binalar üzrə amortizasiya mənfəət və zərər hesablarında tanınır. Yenidən
qiymətləndirilən əmlakın daha sonra satışı və ya istismardan çıxması zamanı əmlakın yenidən
qiymətləndirmə ehtiyatında qalan müvafiq yenidən qiymətləndirmə ehtiyatının qalığı birbaşa
bölüşdürülməmiş mənfəət hesabına köçürülür.
Maliyyə icarəsi altında saxlanılan aktivlər faydalı ömür təxminləri üzrə və ya dövr qısa olduğu halda
müvafiq icarə dövrü üzrə amortizasiya olunur.
Ayrıca satın alınmış və müəyyən faydalı ömrü olan qeyri-maddi aktivlər yığılmış amortizasiya və
ehtimal edilən dəyər azalmaları üzrə ehtiyatlar çıxılmaqla tarixi dəyəri ilə tanınır. Amortizasiya
qeyri-maddi aktivlərin təxmin edilən faydalı ömrü ərzində düz xətt metodu ilə hesablanır. Faydalı
ömür təxminləri və amortizasiya metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və
təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq tətbiq edilir. Ayrıca satın alınmış və qeyri-
müəyyən faydalı ömrü olan qeyri-maddi aktivlər isə maya dəyərindən dəyərsizləşmə zərərlərinin
məbləği çıxıldıqdan sonra alınan məbləğdə tanınır.
Hər bir hesabat dövrünün sonunda Bank öz əmlak, avadanlıq və qeyri-maddi aktivlərini
dəyərsizləşmə zərərlərinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir. Əgər belə hal mövcud
olarsa bu aktiv üzrə əldə edilməsi mümkün olan məbləğ təyin edilir və dəyərsizləşmə zərərinin
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
22
məbləği (əgər varsa) hesablanır. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi
mümkün olmadıqda Bank aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidləri qalıq dəyərini
təhlil edir.
Əgər aktiv (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidi) üzrə əldə edilməsi
mümkün olan məbləğ aktivin (və ya aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin)
qalıq dəyərindən azdırsa onun qalıq dəyəri qaytarılması mümkün olan məbləğə qədər azaldılır.
Dəyərsizləşmə zərərləri dərhal mənfəət və zərər hesablarında tanınır. Aktiv, yenidən qiymətləndirmə
modelinə görə uçota alındıqda qalıq dəyərinin yüksəlməsindən yaranan fərq yenidən qiymətləndirmə
nəticəsində dəyərin artması kimi tanınır.
Dəyərsizləşmə zərərlərinə səbəb olan hallar növbəti dövrlərdə aradan qalxdıqda aktivin (və ya
aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin) qalıq dəyəri yenidən təyin edilmiş
məbləğə qədər artırılır amma yeni təyin edilmiş qalıq dəyəri aktivin (və ya aktivin aid olduğu nağd
pul əmələ gətirən biznes vahidinin) keçmiş dövrlərdə dəyərsizləşmə itkilərinin tanınmasından öncə
mövcud olan qalıq dəyərindən daha çox ola bilməz. Dəyərsizləşmə zərərlərinin geri qaytarılması
dərhal mənfəət və zərər hesablarında tanınır. Aktiv, yenidən qiymətləndirmə modeli görə uçota
alındıqda qalıq dəyərinin yüksəlməsindən yaranan fərq yenidən qiymətləndirmə nəticəsində dəyərin
artması kimi tanınır.
Silindikdə, satıldıqda və ya istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə
edilməsi təxmin edilmədikdə əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilir.
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilməsi nəticəsində yaranan
mənfəət və zərərlər satış nəticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq
kimi hesablanır və dərhal mənfəət və zərər hesablarında tanınır.
Satış üçün saxlanılan aktivlər
Bank uzunmüddətli aktivi o halda satış üçün saxlanılan kimi tanıyır ki, onun qalıq dəyəri mütəmadi
istifadə vasitəsilə deyil, əsasən satış əməliyyatı vasitəsilə qaytarılacaq. Bu halın baş verməsi üçün
uzunmüddətli aktiv hazırkı vəziyyətində dərhal satış üçün hazır olmalıdır, yalnız o şərtlərlə ki, belə
aktivlərin satılması üçün şərtlər sadə və adidir və onun satılması ehtimalı yüksəkdir.
Bankın rəhbərliyi uzunmüddətli aktivin satılmasını planlaşdırdıqda və alıcının təyin edilməsi üzrə
proqramın və planın başa çatdırılması nəzərdə tutulduqda satış yüksək ehtimal edilən kimi
təsnifatlaşdırılır. Bundan əlavə, uzunmüddətli aktiv onun cari ədalətli dəyərinə uyğun qiymətdə
satılması məntiqli olmalıdır və əlavə olaraq uzunmüddətli aktivin satış üçün saxlanılan
təsnifatlaşdırılması tarixindən bir il ərzində satışın başa çatdırılmış satış kimi təsnifatlaşdırılması
ehtimal edilir.
Satış üçün saxlanılan kimi təsnifatlaşdırılmış aktivləri Bank qalıq dəyəri ilə və ya daha aşağıdırsa
satış üzrə xərclərin çıxılması ilə ədalətli dəyərində ölçür. Əgər şərtlərdə baş vermiş hadisələr və ya
dəyişikliklər qalıq dəyərinin dəyərsizləşməsini təyin edirsəaktivin ilkin və ya sonrakı silinməsi üzrə
dəyərsizləşmə zərərlərini Bank satış üzrə xərclərin çıxılması ilə ədalətli dəyəri üzrə tanıyır. Satış üzrə
xərclərin çıxılması ilə aktivin ədalətli dəyərində sonradan baş vermiş artma bu xüsusi aktiv üzrə
əvvəlcə tanınmış ümumi dəyərsizləşmə zərərinin çərçivəsində tanınır.
Vergi qanunvericiliyi
Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir.
Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Hesabatdakı bəzi
gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi