“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
13
təsnifləşdirilmələr, həmçinin müəyyən aktiv və öhdəliklərin, eləcə də gəlir və xərclərin maliyyə
hesabatlarındakı maddələrə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləşdirilmələr aiddir.
Əsas mühasibat prinsipləri üzrə xülasə aşağıda təqdim edilir:
Faiz gəlir və xərclərinin tanınması
Faiz gəlir və xərcləri effektiv faiz metodundan istifadə etməklə hesablama üsuluna əsasən qeydə
alınır. Effektiv faiz metodu, maliyyə aktiv və öhdəliklərinin (eləcə də maliyyə aktivləri və öhdəlikləri
qrupunun) amortizasiya edilmiş maya dəyərinin hesablanmasını faiz gəlir və xərclərinin müvafiq
dövrlər üzrə tanınmasını nəzərdə tutur.
Effektiv faiz dərəcəsi maliyyə alətinin təxmin edilmiş istifadə müddəti üzrə təxmin edilən gələcək
ödəniləcək və ya alınacaq vəsaitləri (o cümlədən, effektiv faiz dərəcəsinin tərkib hissəsi sayılan
müvafiq ödənilən və alınan haqq və komissiyalar, əməliyyat xərcləri, eləcə də digər diskont və
mükafatlar) və ya müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə aktivlərinin və ya maliyyə
öhdəliklərinin qalıq dəyərini dəqiq diskontlaşdıran dərəcədir.
Dəyərsizləşmə nəticəsində maliyyə aktivi hesabdan silinirsə (qismən silinirsə), belə aktivlər üzrə faiz
gəliri sonradan mümkün zərərlərin qiymətləndirilməsi üçün istifadə edilmiş effektiv faiz dərəcəsi
nəzərə alınmaqla gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üzrə istifadə edilən faiz
dərəcəsinin tətbiq edilməsi ilə tanınır.
Aktivlərin ədalətli dəyəri üzrə qazanılmış faizlər, faiz gəlirləri kimi təsnifatlaşdırılır.
Haqq və komissiya gəlir və xərclərinin tanınması
Kreditin verilməsi ilə bağlı yaranan komissiyalar, bununla əlaqədar olan birbaşa xərclərlə birlikdə
təxirə salınır və kreditlər üzrə effektiv faiz dərəcəsinə dair düzəliş kimi təqdim edilir. Kredit
öhdəliyinin kredit müqaviləsinə keçirilməsi mümkün olduqda kredit öhdəliyi ilə bağlı komissiyalar
və bununla əlaqədar olan birbaşa xərclərlə birlikdə təxirə salınaraq yekun kredit üzrə effektiv faiz
dərəcəsinə dair düzəliş kimi tanınır. Kredit öhdəliyinin kredit müqaviləsinə keçirilməsi mümkün
olmadıqda kredit öhdəliyi ilə bağlı komissiyalar kredit öhdəliyinin qalıq müddəti üzrə mənfəət və
zərər hesabatında tanınır. Kreditin verilməsi haqqında öhdəliyinin müddəti başa çatdıqda və bu
öhdəlik kredit müqaviləsi ilə əvəz olunmadıqda kredit öhdəliyi haqqı məcmu gəlir hesabatında
tanınır. Kredit xidmətləri üzrə haqlar, xidmətlər görülən zaman gəlir kimi tanınır. Bütün digər haqq
və komissiyalar xidmətlərin göstərilməsi zamanı tanınır.
Maliyyə alətləri
Bank müqaviləyə əsasən maliyyə aləti üzrə öhdəlik daşıyan tərəfə çevrildiyi zaman maliyyə aktivini
və ya öhdəliyini tanıyır. Maliyyə aktivlərinin və öhdəliklərinin adi yolla alınması və satılması zamanı
hesablaşma tarixində əməliyyat tanınır.
Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə ölçülür. İlkin tanınma zamanı, maliyyə
aktivləri və öhdəliklərinin satın alınması və ya yerləşdirilməsi ilə bağlı bütün birbaşa əməliyyat
xərcləri (mənfəət və zərər hesabına tanınan maliyyə aktiv və öhdəlikləri istisna olmaqla) müvafiq
olaraq maliyyə aktivinin ədalətli dəyərindən azaldılır və ya maliyyə öhdəliyinin ədalətli dəyərinə
əlavə edilir. Mənfəət və zərər hesabına tanınan maliyyə aktiv və öhdəliklərinin satın alınması və ya
yerləşdirilməsi ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal mənfəət və zərər hesablarında tanınır.
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
14
Maliyyə aktivləri
Maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalara ayrılırlar: “mənfəət və zərər hesabına ədalətli
dəyərlə tanınan” maliyyə aktivləri (MZHƏDT), “ödəniş tarixinədək saxlanılan” investisiyalar,
“verilmiş kreditlər və debitor borcları”və satılabilən maliyyə aktivləri (SMA). Təsnifləşdirmə
maliyyə aktivinin növündən və saxlama məqsədindən asılıdır və ilkin tanınma zamanı təyin edilir.
MZHƏDT maliyyə aktivləri
Ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivləri, “mənfəət və zərər hesabına ədalətli dəyərlə
tanınan maliyyə aktivləri” kateqoriyasına aid edilirlər. Yaxın gələcəkdə satılması nəzərdə tutulduqda,
əldə edilən maliyyə aktivləri satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir.
Törəmə maliyyə alətləri də xüsusilə nəzərdə tutulmuş alətlər və effektiv hecinq alətləri istisna
olmaqla, satış məqsədləri ilə saxlanılan aktivlər kateqoriyasında təsnifləşdirilir. Satış məqsədləri ilə
saxlanılan aktivlər üzrə yaranan mənfəət və zərərlər müvafiq olaraq mənfəət və zərər hesablarında
tanınır.
Ödəniş tarixinədək saxlanılan investisiyalar
Bu kateqoriyaya Bankın ödəniş tarixinədək saxlamaq niyyəti və imkanı olduğu təsbit edilmiş və ya
müəyyən edilə bilən tarixlərdə qaytarılacaq və müəyyən edilmiş ödəmə müddəti olan sərbəst surətdə
alınıb satılabilən qeyri-derivativ maliyyə aktivləri daxildir.
Ödəniş tarixinədək saxlanılan investisiyalar effektiv faiz metodu istifadə edilərək dəyərsizləşmə
çıxılmaqla amortizasiya edilmiş maya dəyərində ölçülür.
Verilmiş kreditlər və debitor borcları
Verilmiş kreditlər və debitor borcları, maliyyə hesabatlarının digər kateqoriyaları üzrə təsnifləşdirilən
aktivlərdən fərqli olaraq sabit və ya müəyyən edilən ödənişli və fəal bazara çıxarılmayan qeyri-
törəmə aktivlərdir. Bu aktivlərə vəsait qoyularkən məqsəd dərhal və ya qısa müddət ərzində onların
satılması deyil və bu aktivlər nə ticarət məqsədləri ilə saxlanılan maliyyə aktivlərinə, nə də
satılabilən maliyyə aktivləri kateqoriyalarına aid edilmir. Bu tip aktivlər effektiv faiz metodundan
istifadə etməklə amortizasiya olunmuş maya dəyəri ilə qeydə alınır.
Kreditlərin və debitor borcların tanınmasına xitam verilməsi, onların dəyərində ehtimal edilən
azalmalar yaranması, eləcə də onların köhnəlməsi nəticəsində yaranan mənfəət və zərərlər müvafiq
olaraq mənfəət və zərər hesablarında tanınır.
Satış üçün nəzərdə tutulan qiymətli kağızlar
Satış üçün nəzərdə tutulan qiymətli kağızlar, əvvəlcədən bu kateqoriyaya aid olunması nəzərdə
tutulan və ya bundan əvvəlki kateqoriyaların heç birinə aid edilə bilməyən qeyri-törəmə aktivlərdir.
İlkin tanınmadan sonra satış üçün nəzərdə tutulan qiymətli kağızlar ədalətli dəyər əsasında ölçülür və
yaranan mənfəət və zərərlər digər məcmu gəlir hesablarında qeydə alınır. İnvestisiyanın tanınmasına
xitam verildikdə və ya onun dəyərində ehtimal edilən azalmalar baş verdikdə əvvəllər məcmu gəlir
hesablarında qeydə alınan mənfəət və gəlirlər müvafiq olaraq mənfəət və zərər hesablarında tanınır.
Ədalətli dəyərin ölçülməsi
Ədalətli dəyər ölçmə tarixində əsas bazarda və ya əsas bazar olmadıqda həmin tarixdə Bankın daxil
ola biləcəyi daha sərfəli bazarda bazar iştirakçıları arasında intizamlı əməliyyatda aktivi satmaq üçün
qəbul edilmiş və ya öhdəliyi köçürmək üçün ödəniləcək qiymətdir. Öhdəliyin ədalətli dəyəri onun
yerinə yetirilməmə riskini əks etdirir.