“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
29
BMHŞK 22 “Xarici Valyuta ilə Həyata keçirilən Əməliyyatlar və Əvvəlcədən Ödəmələr”
standartı aşağıdakı hallarda xarici valyuta əməliyyatlarına və ya onun hissələrinə xitab edir:
• Xarici valyuta ilə göstərilən və ya qiymətləndirilən ödənişlər mövcuddursa;
• Müəssisə vaxtından əvvəl ödənilən aktivlər və ya təxirə salınmış gəlir öhdəliklərini həmin
ödənişlər ilə bağlı müvafiq aktiv, xərc və gəlirin tanınmasından əvvəl tanıyırsa; və
• Vaxtından əvvəl ödənilən aktivlər və ya təxirə salınmış gəlir öhdəlikləri qeyri-monetar hesab
olunarsa.
Şərhlər Komitəsi bu qənaətə gəlib ki, valyuta məzənnəsini müəyyənləşdirmək məqsədilə həyata
keçirilən əməliyyatın tarixi, vaxtından əvvəl ödənilən qeyri-monetar aktivlər və ya təxirə salınmış
vergi öhdəliklərinin ilkin tanınma tarixidir. Vaxtından əvvəl ödənilən çoxsaylı ödənişlər və ya
daxilolmalar mövcud olarsa, əməliyyatın tarixi hər bir ödəniş və ya daxilolma üzrə təyin edilir. Şərh
1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üzrə qüvvədədir. Standartın erkən
tətbiq edilməsinə icazə verilir.
MHBS 9 “Maliyyə Alətləri” standartı – 2014-cü ilin iyul ayında MBUSŞ, maliyyə alətləri
layihəsinin bütün mərhələlərini əks etdirən və Maliyyə Alətləri: Tanınma və Ölçmə standartına dair 39
saylı MUBS-i əvəz edən 9 saylı MHBS Maliyyə Alətləri standartının son versiyasını və 9 saylı MHBS-
in bütün əvvəlki versiyalarını dərc etmişdir. Standart standartlaşdırma və ölçmə, dəyərsizləşmə və
hecinq uçotu üçün yeni tələbləri təqdim edir.
Təsnifat və ölçmə aspektindən,
yeni dərc edilmiş bu standart,
kapital alətləri və törəmə maliyyə
alətləri istisna olmaqla,
aktivlərini idarə edilməsi üçün müəssisənin biznes modelinin və
alətlərin müqaviləli pul vəsaitlərinin hərəkəti xüsusiyyətlərinin birləşməsi əsasında bütün
maliyyə aktivlərinin qiymətləndirilməsini tələb edəcəkdir.
MUBS 39 standartının
qiymətləndirmə kateqoriyaları növbəti kateqoriyalarla əvəz ediləcək: mənfəət və ya zərər
vasitəsilə ədalətli dəyər (MZHƏD), digər məcmu gəlir vasitəsilə ədalətli dəyər (DMGƏD) və
amortizasiya edilmiş dəyərlər kateqoriyası. 9 saylı MHBS, müəssisələrə amortizasiya edilmiş
xərclərə və ya DMGƏD alətlərinə MZHƏD kimi uyğunlaşdırmaq üçün imkan verəcək ki, bu da
ölçmə və ya tanınma uyğunsuzluğunu aradan qaldıracaq və ya əhəmiyyətli dərəcədə azaldacaq.
Ticarət üçün tutulmayan kapital alətləri, DMGƏD kimi geri qaytarılmayacaq şəkildə təyin edilə
bilər, bu da gəlir hesabatında mənfəət və ya zərərin sonradan yenidən təsnifləşdirilməməsi ilə
mümkündür. Maliyyə öhdəliklərinin mühasibat uçotu 39 saylı MUBS-un tələblərinə əsasən
eyni olacaq;
9 saylı MHBS həmçinin, kreditlərin dəyərsizləşməsinə dair yanaşmanı da əsaslı şəkildə
dəyişəcəkdir. Bu standart, 39 saylı MUBS-in gələcək gözlənilən kredit itkisi (GKİ) yanaşması
ilə əvəz edəcəkdir. Bankdan, MZHƏD-də nəzərə alınmayan bütün kreditlərin və digər borc
maliyyə aktivlərinin, habelə kredit öhdəlikləri və maliyyə təminatı müqavilələri üzrə gözlənilən
zərərlər üçün ehtiyatların tanınması tələb ediləcəkdir. Bu ehtiyat, verilmə tarixindən kredit
risklərində əhəmiyyətli artımın baş vermədiyi hallarda bu ehtiyyat məbləği müştərinin növbəti
12 aylıq dövr ərzində defolt etməsi ilə bağlı ehtimala əsasən yaradılır. Kredit riskində
əhəmiyyətli artım baş verdikdə isə ehtiyat məbləği aktivin bütün faydalı ömrü ərzində defoltun
baş verməsi ehtimalına əsaslanır.
9 saylı MHBS, 1 yanvar 2018-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün
qüvvədədir və erkən tətbiq edilməsinə icazə verilir. Retrospektiv tətbiq tələb olunur, lakin müqayisəli
məlumatın yenidən bəyan edilməsi tələb olunmur; Bank, yeni standartı qəbul edərkən müqayisəli dövrün
məlumatları dəyişdirilməyəcək, standartın tətbiqindən yaranacaq məcmu təsirlər 1 yanvar 2018-ci il
tarixinə, Bankın bölüşdürülməmiş mənfəəti hesabında öz əksini tapacaqdır. Bank 9 saylı MHBS-in qəbul
edilməsi nəticəsində öz kapitalına əhəmiyyətli dərəcədə təsir göstəriləcəyini planlaşdırır, lakin təsir
əhatisinin müəyyənləşdirilməsi üçün irəli görünən elementlər də daxil olmaqla, bütün məqbul və
dəstəklənən məlumatları nəzərə alan daha ətraflı təhlil aparmaq lazımdır. Bank hal-hazırda, 9 saylı
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
30
MHBS-nin tətbiqinin maliyyə hesabatlarına təsirini qiymətləndirmə mərhələsindədir, lakin bu təsirin
hesabat tarixinə əsaslı bir dəyərləndirməsi mövcud deyil.
MHBS 2 “Pay Alətləri Əsasında Ödəmə” standartına düzəliş – MUBSŞ, MHBS 2 “Pay Alətləri
Əsasında Ödəmə” standartına yekun düzəlişlərini açıqlamışdır. Həmin düzəlişlər pay alətləri
əsasında ödəmə əməliyyatlarının təsnif edilməsinə və ölçülməsinə aydınlıq gətirir.
Fəaliyyətin keyfiyyət göstəricilərinin daxil olduğu və dəyərinin nağd ödənilməsi nəzərdə tutulmuş
səhmlər əsasında ödəmə sövdələşmələrinin uçotu
Bu düzəlişlər olunana qədər, MHBS 2 standartında dəyərinin nağd ödənilməsi müəyyənləşdirilmiş
səhmlər əsasında ödəmə sövdələşmələri üzrə öhdəliklərin ədalətli dəyərinə hüququn verilməsi
şərtlərinin hansı şəkildə təsir göstərməsi ilə bağlı hər hansı təlimat daxil edilməmişdir. MUBSŞ,
kapital alətləri vasitəsilə həyata keçirilən pay alətləri əsasında ödəmələr üzrə istifadə olunmuş eyni
yanaşmanı davam etdirən dəyərinin nağd ödənilməsi müəyyənləşdirilmiş səhmlər əsasında ödəmələr
üzrə uçot tələblərini təqdim edən təlimat əlavə etmişdir.
Xalis ödəmə xüsusiyyətləri ilə pay alətləri əsasında ödəmə sövdələşmələrinin təsnifatı
MUBSŞ, MHBS 2 satndartına istisna tətbiq etmişdir. İstisna nəticəsində, müəssisə ödənişlərini pay
alətləri əsasında ödəmə sövdələşmələri ilə həyata keçirdikdə pay alətləri əsasında ödəmələr təmin
olunmuş tamlıqda kapital alətləri əsasında ödəmələr olaraq təsnif edilir.
Dəyərinin nağd ödənilməsi nəzərdə tutulmuş səhmlər əsasında ödəmədən kapital alətləri əsasında
ödəməyə keçərkən pay alətləri əsasında ödəməyə düzəlişlərin uçota alınması
Bu düzəlişlər olunana qədər, MHBS 2 şərtlər və şərait ilə bağlı düzəlişlər səbəbilə dəyərinin nağd
ödənilməsi müəyyənləşdirilmiş səhmlər əsasında ödəmədən kapital alətləri əsasında ödəməyə keçdiyi
zamanda baş verən halları nəzərdə tutmamışdır. MUBSŞ aşağıdakı izahatları təqdim edir:
Belə dəyişikliklərdə dəyərinin nağd ödənilməsi müəyyənləşdirilmiş səhmlər əsasında ödəmə ilə
tanınmış ilkin öhdəliyin tanınması dayandırılır və kapital alətləri vasitəsilə həyata keçirilən
ödəmələr düzəliş tarixinə qədər yerinə yetirilmiş xidmətlər dərəcəsində ədələtli dəyərə düzəliş
tarixində tanınmalıdır;
Düzəliş tarixinə öhdəliyin qalıq məbləği və eyni tarixdə kapitalda tanınmış məbləğ arasında fərq
yaranarsa, həmin fərq dərhal mənfəət və zərər hesablarında tanınacaq.
Bu düzəlişlər 1 yanvar 2018-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün
qüvvəyə minir. Standartı erkən tətbiq edilməsinə icazə verilir.
MHBS 16 “İcarələr”, MHBS məruzəçisinin icarələri tanıma, ölçmə, təqdim etmə və açıqlama
formasını müəyyən edir. Standart, icarə müddəti 12 ay və ya daha az olarsa, yaxud baza aktivinin
dəyəri az olarsa, bütün icarələr üzrə aktiv və öhdəlikləri tanımaq üçün icarəçidən tələb olunan vahid
mühasibat uçotu modelini təmin edir. İcarəyə verən MHBS 16-nın yanaşması ilə icarələri əməliyyat
və ya maliyyə icarələri olaraq təsnif etməyə davam edir və icarəyə verənin mühasibat uçotu bu
sahədə daha əvvəlki standart sayılan MUBS 17-yə nisbətən əsaslı dəyişikliklərə məruz qalmır.
MHBS 16 “İcarələr”, 13 yanvar 2016-cı il tarixində dərc olunmuşdur və 1 yanvar 2019-cu il
tarixində və həmin tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir.
MHBS 17 “Sığorta müqavilələri” 2017-ci ilin may ayında verilmiş və 4 saylı MHBS “Sığorta
müqavilələri”-ni əvəz edir. Yeni standart sığorta müqavilələrinin tanınması, ölçülməsi, təqdim
edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Müəssisə, buraxdığı təkrarsığorta müqavilələri
də daxil olmaqla sığorta müqavilələrinə; əlində olan təkrarsığorta müqavilələrinə; imtiyazlı iştirak