"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

29 



 

BMHŞK  22  “Xarici  Valyuta  ilə  Həyata  keçirilən  Əməliyyatlar  və  Əvvəlcədən  Ödəmələr” 

standartı aşağıdakı hallarda xarici valyuta əməliyyatlarına və ya onun hissələrinə xitab edir:  

 

•  Xarici valyuta ilə göstərilən və ya qiymətləndirilən ödənişlər mövcuddursa;  



•  Müəssisə  vaxtından  əvvəl  ödənilən  aktivlər  və  ya  təxirə  salınmış  gəlir  öhdəliklərini  həmin 

ödənişlər ilə bağlı müvafiq aktiv, xərc və gəlirin tanınmasından əvvəl tanıyırsa; və  

•  Vaxtından  əvvəl  ödənilən  aktivlər  və  ya  təxirə  salınmış  gəlir  öhdəlikləri  qeyri-monetar  hesab 

olunarsa. 

 

Şərhlər  Komitəsi  bu  qənaətə  gəlib  ki,  valyuta  məzənnəsini  müəyyənləşdirmək  məqsədilə  həyata 



keçirilən  əməliyyatın  tarixi,  vaxtından  əvvəl  ödənilən  qeyri-monetar  aktivlər  və  ya  təxirə  salınmış 

vergi  öhdəliklərinin  ilkin  tanınma  tarixidir.  Vaxtından  əvvəl  ödənilən  çoxsaylı  ödənişlər  və  ya 

daxilolmalar mövcud olarsa, əməliyyatın tarixi hər bir ödəniş və ya daxilolma üzrə təyin edilir. Şərh 

1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üzrə qüvvədədir. Standartın erkən 

tətbiq edilməsinə icazə verilir. 

 

MHBS  9  “Maliyyə  Alətləri”  standartı  –  2014-cü  ilin  iyul  ayında  MBUSŞ,  maliyyə  alətləri 

layihəsinin bütün mərhələlərini əks etdirən və Maliyyə Alətləri: Tanınma və Ölçmə standartına dair 39 

saylı MUBS-i əvəz edən 9 saylı MHBS Maliyyə Alətləri standartının son versiyasını və 9 saylı MHBS-

in  bütün  əvvəlki  versiyalarını  dərc  etmişdir.  Standart  standartlaşdırma  və  ölçmə,  dəyərsizləşmə  və 

hecinq uçotu üçün yeni tələbləri təqdim edir. 

 



 



Təsnifat və ölçmə aspektindən, 

yeni dərc edilmiş bu standart, 

kapital alətləri və törəmə maliyyə 

alətləri  istisna  olmaqla,

  aktivlərini  idarə  edilməsi  üçün  müəssisənin  biznes  modelinin  və 

alətlərin  müqaviləli  pul  vəsaitlərinin  hərəkəti  xüsusiyyətlərinin  birləşməsi  əsasında  bütün 

maliyyə  aktivlərinin  qiymətləndirilməsini  tələb  edəcəkdir. 

MUBS  39  standartının 

qiymətləndirmə  kateqoriyaları  növbəti  kateqoriyalarla  əvəz  ediləcək:  mənfəət  və  ya  zərər 

vasitəsilə ədalətli dəyər (MZHƏD), digər məcmu gəlir vasitəsilə ədalətli dəyər (DMGƏD) və 

amortizasiya edilmiş dəyərlər kateqoriyası. 9 saylı MHBS, müəssisələrə amortizasiya edilmiş 

xərclərə və ya DMGƏD alətlərinə MZHƏD kimi uyğunlaşdırmaq üçün imkan verəcək ki, bu da 

ölçmə və ya tanınma uyğunsuzluğunu aradan qaldıracaq və ya əhəmiyyətli dərəcədə azaldacaq. 

Ticarət üçün tutulmayan kapital alətləri, DMGƏD kimi geri qaytarılmayacaq şəkildə təyin edilə 

bilər, bu da gəlir hesabatında mənfəət və ya zərərin sonradan yenidən təsnifləşdirilməməsi ilə 

mümkündür.  Maliyyə  öhdəliklərinin  mühasibat  uçotu  39  saylı  MUBS-un  tələblərinə  əsasən 

eyni olacaq;

 



 

9  saylı  MHBS  həmçinin,  kreditlərin  dəyərsizləşməsinə  dair  yanaşmanı  da  əsaslı  şəkildə 

dəyişəcəkdir. Bu standart, 39 saylı MUBS-in gələcək gözlənilən kredit itkisi (GKİ) yanaşması 

ilə  əvəz  edəcəkdir.  Bankdan,  MZHƏD-də  nəzərə  alınmayan  bütün  kreditlərin  və  digər  borc 

maliyyə aktivlərinin, habelə kredit öhdəlikləri və maliyyə təminatı müqavilələri üzrə gözlənilən 

zərərlər  üçün  ehtiyatların  tanınması  tələb  ediləcəkdir.  Bu  ehtiyat,  verilmə  tarixindən  kredit 

risklərində əhəmiyyətli artımın baş vermədiyi hallarda bu ehtiyyat məbləği müştərinin növbəti 

12  aylıq  dövr  ərzində  defolt  etməsi  ilə  bağlı  ehtimala  əsasən  yaradılır.  Kredit  riskində 

əhəmiyyətli artım baş verdikdə isə ehtiyat məbləği aktivin bütün faydalı ömrü ərzində defoltun 

baş verməsi ehtimalına əsaslanır.

 

 

9  saylı  MHBS,  1  yanvar  2018-ci  il  tarixində  və  ya  bu  tarixdən  sonra  başlayan  illik  dövrlər  üçün 



qüvvədədir  və  erkən  tətbiq  edilməsinə  icazə  verilir.  Retrospektiv  tətbiq  tələb  olunur,  lakin  müqayisəli 

məlumatın yenidən bəyan edilməsi tələb olunmur; Bank, yeni standartı qəbul edərkən müqayisəli dövrün 

məlumatları  dəyişdirilməyəcək,  standartın  tətbiqindən  yaranacaq  məcmu  təsirlər  1  yanvar  2018-ci  il 

tarixinə, Bankın bölüşdürülməmiş mənfəəti hesabında öz əksini tapacaqdır. Bank  9 saylı MHBS-in qəbul 

edilməsi  nəticəsində  öz  kapitalına  əhəmiyyətli  dərəcədə  təsir  göstəriləcəyini  planlaşdırır,  lakin  təsir 

əhatisinin  müəyyənləşdirilməsi  üçün  irəli  görünən  elementlər  də  daxil  olmaqla,  bütün  məqbul  və 

dəstəklənən  məlumatları  nəzərə  alan  daha  ətraflı  təhlil  aparmaq  lazımdır.  Bank  hal-hazırda,  9  saylı  



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

30 



 

MHBS-nin  tətbiqinin  maliyyə  hesabatlarına  təsirini  qiymətləndirmə  mərhələsindədir,  lakin  bu  təsirin 

hesabat tarixinə əsaslı bir dəyərləndirməsi mövcud deyil. 

 

MHBS 2 “Pay Alətləri Əsasında Ödəmə” standartına düzəliş – MUBSŞ, MHBS 2 “Pay Alətləri 

Əsasında  Ödəmə”  standartına  yekun  düzəlişlərini  açıqlamışdır.  Həmin  düzəlişlər  pay  alətləri 

əsasında ödəmə əməliyyatlarının təsnif edilməsinə və ölçülməsinə aydınlıq gətirir.



   

 

Fəaliyyətin keyfiyyət göstəricilərinin daxil olduğu və dəyərinin nağd ödənilməsi nəzərdə tutulmuş 

səhmlər əsasında ödəmə sövdələşmələrinin uçotu 

 

Bu düzəlişlər olunana qədər, MHBS 2 standartında dəyərinin nağd ödənilməsi müəyyənləşdirilmiş 



səhmlər  əsasında  ödəmə  sövdələşmələri  üzrə  öhdəliklərin  ədalətli  dəyərinə  hüququn  verilməsi 

şərtlərinin  hansı  şəkildə  təsir  göstərməsi  ilə  bağlı  hər  hansı  təlimat  daxil  edilməmişdir.  MUBSŞ, 

kapital alətləri vasitəsilə həyata keçirilən pay alətləri əsasında ödəmələr üzrə istifadə olunmuş eyni 

yanaşmanı davam etdirən dəyərinin nağd ödənilməsi müəyyənləşdirilmiş səhmlər əsasında ödəmələr 

üzrə uçot tələblərini təqdim edən təlimat əlavə etmişdir. 

 

Xalis ödəmə xüsusiyyətləri ilə pay alətləri əsasında ödəmə sövdələşmələrinin təsnifatı 

 

MUBSŞ, MHBS 2 satndartına istisna tətbiq etmişdir. İstisna nəticəsində, müəssisə ödənişlərini pay 

alətləri  əsasında  ödəmə  sövdələşmələri  ilə  həyata  keçirdikdə  pay  alətləri  əsasında  ödəmələr  təmin 

olunmuş tamlıqda kapital alətləri əsasında ödəmələr olaraq təsnif edilir. 



 

Dəyərinin nağd ödənilməsi nəzərdə tutulmuş səhmlər əsasında ödəmədən kapital alətləri əsasında 

ödəməyə keçərkən pay alətləri əsasında ödəməyə düzəlişlərin uçota alınması 

 

Bu düzəlişlər olunana qədər, MHBS 2 şərtlər və şərait ilə bağlı düzəlişlər səbəbilə dəyərinin nağd 

ödənilməsi müəyyənləşdirilmiş səhmlər əsasında ödəmədən kapital alətləri əsasında ödəməyə keçdiyi 

zamanda baş verən halları nəzərdə tutmamışdır. MUBSŞ aşağıdakı izahatları təqdim edir: 

 



  Belə dəyişikliklərdə dəyərinin nağd ödənilməsi müəyyənləşdirilmiş səhmlər əsasında ödəmə ilə 



tanınmış  ilkin  öhdəliyin  tanınması  dayandırılır  və  kapital  alətləri  vasitəsilə  həyata  keçirilən 

ödəmələr  düzəliş  tarixinə  qədər  yerinə yetirilmiş  xidmətlər  dərəcəsində  ədələtli  dəyərə  düzəliş 

tarixində tanınmalıdır;  

  Düzəliş tarixinə öhdəliyin qalıq məbləği və eyni tarixdə kapitalda tanınmış məbləğ arasında fərq 



yaranarsa, həmin fərq dərhal mənfəət və zərər hesablarında tanınacaq. 

 

Bu  düzəlişlər  1  yanvar  2018-ci  il  tarixində  və  ya  bu  tarixdən  sonra  başlayan  illik  dövrlər  üçün 



qüvvəyə minir. Standartı erkən tətbiq edilməsinə icazə verilir. 

 

MHBS  16  “İcarələr”,  MHBS  məruzəçisinin  icarələri  tanıma,  ölçmə,  təqdim  etmə  və  açıqlama 

formasını müəyyən edir. Standart, icarə müddəti 12 ay və ya daha az olarsa, yaxud baza aktivinin 

dəyəri az olarsa, bütün icarələr üzrə aktiv və öhdəlikləri tanımaq üçün icarəçidən tələb olunan vahid 

mühasibat uçotu modelini təmin edir. İcarəyə verən MHBS 16-nın yanaşması ilə icarələri əməliyyat 

və  ya  maliyyə  icarələri  olaraq  təsnif  etməyə  davam  edir  və  icarəyə  verənin  mühasibat  uçotu  bu 

sahədə daha əvvəlki standart sayılan MUBS 17-yə nisbətən əsaslı dəyişikliklərə məruz qalmır. 

 

MHBS  16  “İcarələr”,  13  yanvar  2016-cı  il  tarixində  dərc  olunmuşdur  və  1  yanvar  2019-cu  il 



tarixində və həmin tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir.  

 

MHBS  17  “Sığorta  müqavilələri”  2017-ci  ilin  may  ayında  verilmiş  və  4  saylı  MHBS  “Sığorta 

müqavilələri”-ni  əvəz  edir.  Yeni  standart  sığorta  müqavilələrinin  tanınması,  ölçülməsi,  təqdim 

edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Müəssisə, buraxdığı təkrarsığorta müqavilələri 

də  daxil  olmaqla  sığorta  müqavilələrinə;  əlində  olan  təkrarsığorta  müqavilələrinə;  imtiyazlı  iştirak  



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə