“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
52
Adi səhmlərin
sayı
Adi səhmlərin
məbləği
1 yanvar 2016-cı il
250,000
50,000
Adi səhmlərin emissiyası
125,000
25,000
31 dekabr 2016-cı il
375,000
75,000
Adi səhmlərin emissiyası
50,000
10,000
31 dekabr 2017-cı il
425,000
85,000
2017-ci və 2016-cı il tarixləri üzrə adi səhmlərin buraxılması Bankın səhmdarları tərəfindən
maliyyələşdirilmişdir.
2017-ci və 2016-cı il tarixlərinə Bank adi səhmlər üzrə dividendlər elan edilməmiş və
ödənilməmişdir.
25. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR
Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində Bank müştərilərinin tələbatlarını qarşılamaq məqsədilə
müəyyən şərti risklər yarada bilən, lakin maliyyə vəziyyəti hesabatında əks etdirilməyən maliyyə
alətlərində tərəf kimi çıxış edir. Müxtəlif kredit risklərinə malik bu alətlər maliyyə vəziyyəti
hesabatında öz əksini tapmamışdır.
Müştərilərin öhdəliklərini yerinə yetirə bilmədikləri hallarda, girov və zəmanətlərin dəyərsiz olduğu
zaman şərti öhdəliklər və təəhhüdlər üzrə Bankın maksimal kredit itkisi, bu maliyyə alətlərini
yaradan müqavilələr üzrə göstərilən məbləğlər şəklində təyin edilir.
Bank şərti öhdəliklər üzrə, maliyyə vəziyyəti hesabatında əks etdirilən öhdəliklərində tətbiq edilən
kredit nəzarət və idarəetmə siyasətindən istifadə edir.
31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə şərti öhdəliklər aşağıdakı kimi olmuşdur:
31 dekabr
2017-ci il
31 dekabr
2016-cı il
Şərti öhdəliklər və kredit təəhhüdləri:
Təqdim edilmiş zəmanətlər və bənzər öhdəliklər
112,607
101,529
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə öhdəliklər
12,249
29,612
Cəmi şərti öhdəliklər və kredit təəhhüdləri
124,856
131,141
31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə
öhdəliklər, müvafiq olaraq, 12,249 min AZN və 29,612 min AZN olmaqla Bankın müəyyən şərtlər
altında uzadılacaq kreditləri və istifadə olunmamış kredit xətləri üzrə öhdəlikləri təşkil etmişdir:
borcalan hər dəfə onun istifadə edilməmiş limitlər çərçivəsində kredit məbləğini artırmaq üçün
Banka müraciət etməlidir və Bank, borcalanın maliyyə vəziyyətini, faizlərin ödənilməsini və digər
kredit riski xüsusiyyətlərini nəzərə alaraq məbləğin artırılmasını təsdiq edə bilər.
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
53
Məhkəmə proseduraları
Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Banka qarşı
iddialar irəli sürülür. Bankın rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş
verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat
yaradılmamışdır.
Vergi qanunvericiliyi
Azərbaycan Respublikasının mülki hüquq və xüsusən də, vergi qanunvericiliyində müddəaların
müxtəlif təfsir dərəcələri yarana bilər. Bundan əlavə vergi orqanlarının nümayəndələri ilə rəhbərliyin
vergi qanunvericiliyi haqqında şərhləri fərqli olduğundan, qanunun hər hansı bir izahatı vergi
orqanları tərəfindən tələb olunarsa, bu halda Bank, ola bilsin ki, əlavə vergi, cərimələr və faiz
ödəmək məcburiyyətində qalsın. Rəhbərlik hesab edir ki, Bankın ödəməli olduğu bütün vergi
öhdəlikləri yerinə yetirilmişdir və buna görə maliyyə hesabatlarında hər hansı əlavə ehtimal edilən
zərərlər üçün ehtiyat yaradılmamışdır.
26. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ BAĞLI ƏMƏLİYYATLAR
BMUS 24 “Əlaqəli tərəflərlə bağlı qeydlər” standartının tələblərinə əsasən əlaqəli tərəflər və ya
əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:
(a) Bankın birbaşa, dolayısı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi,
nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə
müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Bankın fəaliyyətində marağı və bu
fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Bankın fəaliyyətinə
ortaq nəzarət həyata keçirən şəxslər;
(b) Assosiasiya edilmiş müəssisələr – Bank tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir
göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
(c) Bankın və ya ana şirkətin idarə heyətinin üzvləri;
(d) (a) və ya (c) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;
(e) Bankın tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
(f) (d) və ya (ç) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısı yolla səsvermə
hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və
birgə müəssisələr aiddir; və ya
(g) İş müddəti bitdikdən sonra Bankın keçmiş işçiləri və ya Bankın əlaqəli olduğu şəxslər
tərəfindən alınacaq mükafatlar.
Ehtimal edilən hər hansı bir əlaqəli tərəfi nəzərə alarkən, əlaqənin təkcə hüquqi formasına deyil
həmçinin mahiyyətinə diqqət yetirilir. Bank və digər əlaqəli tərəflər arasındakı əməliyyatların
təfərrüatları aşağıda qeyd edilmişdir