2. Şaquli müstəvidə qurulan geoloji qrfiklər – Şaquli müstəvidə qurulan qrafiklərdə iki və daha çox müxtəlif geoloji məlumatlardan istifadə edilir. Yəni iki və daha çox geoloji məlumatların təhlilini aparmaq mümkündür. Bu baxımdan təcrübədə ən geniş istifadə olunan normal litoloji stratiqrafik kəsilişdir. Normal litoloji stratiqrafik kəsilişdə ərazinin geoloji quruluşunda iştirak edən müxtəlif yaşlı süxurlar, onların litofasial tərkibi, qarşılıqlı münasibəti, qalınlıqları və bir sıra başqa məlumatlar qeyd edilir.
Normal litoloji stratiqrafik kəsilişi qurmaq üçün aşağıdakı yaş vahidləri həmin kəsilişdə qeyd edilir.
Eon
|
Era
|
Dövr
|
Y/dövr
|
Əsr
|
Yaşa görə vahidlər
|
Litoloji sütun
|
Qalınlıq
|
Geofiziki məlumat
|
Eono-tema
|
Qrup
|
Sistem
|
Şöbə
|
Mərtəbə
|
Süxurlara görə
|
|
Fanerozoy
|
Kaynezoy
|
Neogen
|
Neogen-2
|
N22
|
Ağcagil
|
N21
|
Məhsuldar qat
|
Şaquli müstəvidə tərtib olunan başqa bir geoloji qrafik geologi profil adlanır. Geoloji profil dedikdə yer qabığının müəyyən istiqamətdə geoloji quruluşunu mümkün olan dərinliyə qədər təsviri əks olunur. Əgər, normal litoloji stratiqrafik kəsiliş ərazinin geoloji quruluşunda iştirak edən çöküntü komplekslərinin yaşı litofasial tərkibi, layların qarşılıqlı münasibətini və qalınlıqlarını əks etdirirsə geoloji profil öz növbəsində ərazinin geoloji quruluşunda iştirak edən layların qarşılıqlı münasibətini və əsasəndə yatım formalarını müxtəlif növ qırılmalarla mürəkkəbləşmə dərəcələrini özündə əks etdirmiş olur. Geoloji profil öyrənilən ərazidə layların deformasiya (dislakasiya) dərəcəsini özündə əks etdirən geoloji sənəddir.
Şaquli müstəvidə eləcədə normal litoloji stratiqrafik kəsilişlərə görə korelasiya yaxud müqayisə sixemləri tərtib edilir. Bu sxemlər əsasında bu və ya digər yaşa malik süxurların verilən istiqamətdə qalınlıqlarının litoloji tərkibini, neft qazlığını və bu kimi xüsusiyyətlərini öyrənmək olar. Bundan əlavə şaquli müstəvidə çoxlu sayda başqa geoloji qrafiklər də tərtib edilir. Poleostruktur, paleotektonik, paleogeoloji profillər və s.
Dostları ilə paylaş: |