Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Mədəni nitqə verilən əsas tələblər



Yüklə 262,04 Kb.
səhifə33/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   78
Mühazirələr 2021

Mədəni nitqə verilən əsas tələblər. Təkcə dilin qrammatik qaydaları və tələffüz normalarını bilməklə nümunəvi nitqə yiyələnmək olmaz. Çünki bunlar şifahi və yazılı nitqə verilən birinci tələb və nitq mədəniyyətinin ilk pilləsi hesab olunur. Yüksək səviyyəli nitq dedikdə, ilk növbədə, təsirli, aydın, ifadəli və kütləvi nitq nəzərdə tutulur. Sözlərin formaca düzgün qurulmasına baxmayaraq, oradakı fikirlər aydın, dəqiq və ifadəli olmaya da bilər.

Belə bir fikirlə razılaşmalıyıq ki, nitq mədəniyyətinin əsas şərti düzgünlükdür. Biz burada hər şeydən əvvəl, nitqin hazırkı dövrümüzdə qəbul olunmuş əbədi dil normalarına uyğun gəlməsini, orfoepiya, orfoqrafiya, qrammatik və leksik normalardan həm sərbəst, həm də bacarıqla istifadə edə bilməyi nəzərdə tuturuq. Mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, ifadəlilik, orijinallıq, rabitəlilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə