Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Atlantiksahili tayqanın landşaftları



Yüklə 0,75 Mb.
səhifə15/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
dunya land. - копия 2018

Atlantiksahili tayqanın landşaftları. Avrasiya tayqasının kənar qərb forpostu, təxminən 620 və 600 şimal enlikləri arasında, Skandinaviya dağlarının qərb yamaclarının orta hissəsində ensiz zolaq tutur. Bu zolaq digər tayqa zonalarından əhəmiyyətli dərəcədə yumşaq və rütubətli dəniz iqlimi ilə fərqlənir. Dağlarda 2000 mm və daha çox yağıntı düşür (yaz-qış maksimumu ilə birlikdə); qışda davamlı qar örtüyü yaranır. Burada şaxtasız dövr 150-180 gün davam edir, ancaq yayı nisbətən soyuq keçir, ən isti ayın orta temperaturu 150C-ə çatmır.
Landşaftlarında okeansahili çəmənlər zonasının landşaftları ilə çox oxşarlıqlar vardır, buna görə onlar arasındakı sərhəd aydın seçilmir. Mürəkkəb relyef, sahil xəttinin son dərəcə çox parçalanması, düzənlik sahələrinin az olması (fraqmentliyi), yaşayış yerlərinin müxtəlifliyini müəyyən edir ki, onların arasında aydın seçilməyən zonalaltı diferensiasiyalı tipik tayqa landşaftları məhdudlaşdırılmış sahə tutur. Dağlıq relyef landşaftların hündürlük qurşaqlıq variantlarının, əsas etibarilə dağlıq – tundra landşaftlarının üstün olmasına şərait yaradır.
Atmosfer yağıntılarının bolluğu il ərzində 1000 mm-i keçməyən intensiv axına şərait yaradır. Sıx çay şəbəkəsi inkişaf etmişdir. Çayları qısa, astanalı, ancaq bol suludur. Onların əsas qida mənbəyini yağış və qar, bir çoxlarında bundan əlavə buzlaqlar təşkil edir. Axının əsas hissəsi yaza və yayın 1-ci yarısına düşür.
Dağlarda çoxlu göllər vardır. Onların çökəkliklərinin müasir görünüşü, əsasən tektonik mənşəlidir, buzlaq şumlanması nəticəsində formalaşmışdır.
Dağlarda landşaftların zonal tiplərinin ayrılması böyük çətinliklər yaradır. Buna görə də yuxarıda adları çəkilən hündürlük qurşaqları, əsasən alp çəmənləri, nəinki Skandinaviya dağlarının qərb yamacı tayqasına, həm də bir hissəsi qonşu zonal tiplərə - şimalda meşə – çəmən və cənubda tayqaaltına aiddir.
Şərqi Avropa tayqasının landşaftları Baltik qalxanının və Şərqi Avropa düzənliyinin şimalının böyük hissəsini tutur. İqlimi tipik boreal, zəif və mülayim kontinentaldır. Çoxillik buzlaşma praktiki olaraq müşahidə olunmur. Torpaqəmələgəlmədə podzollaşma prosesi özünü daha parlaq göstərir: bataqlıqlaşma geniş yayılmışdır, lakin Qərbi Sibirdə olduğu kimi güclü inkişaf etməmişdir. Boreal landşaftların digər tipləri ilə müqayisədə Şərqi Avropanın tayqa landşaftları daha çox mənimsənilmiş və məskunlaşmışdır. Burada aydın seçilən enlik yarımzonalarını əmələ gətirən hər 3 yarımtipə rast gəlinir. Şimali tayqa üçün əhəmiyyətli dərəcədə xovlu tozağacı (Betula pubescens) qarışıqlı, kolluqlar yaruslu (qarğagözü, ladan ağacı, cır mərsin, qaragilə, bəzən yernik) və yaşıl, sfaqnumlu mamırlardan və kolaoxşar şibyələrdən ibarət mozaik örtüklü, qərbdə Avropa küknarından ibarət seyrək meşələr və şərqdə Sibir küknarından ibarət seyrək meşələr (keçid rayonlarında onların hibrid formaları yayılmışdır) xarakterikdir. Sfaqnumlu küknarlıqlar və bataqlıqlar geniş yayılmışdır. Orta tayqa üçün qalın yaşıl örtüklü küknar, qaragilə (lineya, çətiryarpaq, sedmiçnik və digər boreal növlü) tipikdir. Tez-tez qumotu və qatırquyruqdan ibarət sfaqnumlu küknarlıqlara rast gəlinir. Bataqlıq az olsa da, bəzi landşaftlarda sahəsinə görə meşələrdən geri qalmır. Periferiyalarda adətən küknar meşələri ilə tutulmuş yuxarı bataqlıqlar üstündür. Cənubi tayqada qaragilə və turşucalı küknarlarla yanaşı (şərqdə ağ şam-küknar meşəli) jasmin, ballıca, mələk otu və s. meşələr, daha zəngin torpaqlarda cökə, meşə fındığı və digər enliyarpaqlı növlərdən ibarət meşəlikli mürəkkəb küknarlıqlar yayılmışdır. Köklü meşələr burada müəyyən dərəcədə ikinci dərəcəli tozağacılarla (Betula pendula), bəzən isə qovaq (Plpulus tremula) meşələri ilə qarışmışdır. Əkin sahələri və quru dərə çəmənləri kifayət qədər çoxdur. Bütün yarımzonalarda, qumlarda və kristallik süxurlarda küknarların müxtəlif tipləri geniş yayılmışdır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə