Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 13 YANĞIN TƏHLÜKƏSİZLİYİ



Yüklə 2,28 Mb.
səhifə35/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 13
YANĞIN TƏHLÜKƏSİZLİYİ


Yanma prosesinin fiziki-kimyəvi əsasları

Müəssisə üçün yer seçilməsi, onun baş planının tərtib edilməsi, bina, qurğu və avadanlıqların layihələndirilməsi və yerləşdirilməsi istehsalatın partlayış və yanğın baxımından təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir.


Yeni proqressiv konstruksiyaya malik olan texnoloji avadanlıqların tətbiqi, texnoloji proseslərin kompleks avtomat­laş­dırıl­ması, yeni avtomat yanğın söndürən və yanma mənbə­yini aşkar edən sistemlərdən istifadə edilməsi istehsalatın yanğın təhlükəsinin azaldılmasına imkan yaradır. Lakin, bununla yanaşı, istehsalatda məhsuldarlığın yüksəldilməsinə, texnoloji proseslərin intensivləşdirilməsinə yönəldilən səy, tikintilərin sıxlığının artması, qurğular arasındakı məsafələrin qısaldılması ağır nəticə törədə bilən yanğının yaranma ehtimalını artırır. Bu baxımdan, istehsalatda yanğın təhlükəsini aradan qaldırmaq üçün kompleks profilaktiki tədbirlərin hazırlanması və həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Yanğın profilaktikası tədbirlərinin daha effektli olması üçün, yanğın törədə bilən səbəbləri və şəraiti ətraflı bilmək və onların aradan qaldırılması üçün lazımi tədbirlər görmək istehsalatın yanğın təhlükəsizliyinin təmininə zəmin yaradar.
Yanma, istilik və işıqlılıq ayrılması ilə gedən oksidləşmə reaksiyasıdır. Yanmanın baş verməsi üçün yanan maddənin, oksidləşdirici mühitin və alışdırıcı mənbəyin mövcud olması vacibdir.
Yanmanın yaranması üçün yanar maddə ilə havanın oksigeni müəyyən nisbətdə olmalıdır. Əksər maddələr havanın tərkibində oksigenin miqdarı 14 – 15% olduqda yanmağa baş­la­yır. Lakin, bəzi maddələr oksigenin miqdarı göstərilən faizdən az olduqda da yana bilirlər. Məsələn, havanın tərkibində oksigenin miqdarı 10,5% olduqda hidrogen-sulfid, 3,7% olduqda asetilen sərbəst yana bilir.
Yanma, maddə daxilində olan və maddənin parçalanma­sından ayrılan oksigenin hesabına da baş verə bilir.
Qeyd etmək lazımdır ki, yanma yalnız maddələrin oksigenlə təması ilə deyil, başqa oksidləşdirici mühitlərdə də baş verə bilər. Məsələn, asetilen, dəmir və bir neçə başqa maddələr xlor atmosferində , manqan karbon qazı, mis kükürd buxarı mühitində yanma qabiliyyətinə malikdir.
Alışdırıcı mənbə (alovlanma impulsu) yanma qarışığına təsir edərək onda yanma prosesi törədən ehtiyat enerji növüdür. Yanar qazlar və buxarlar havanın oksigeni ilə görüşdükdə oksidləşərək özündən əlavə istilik ayrılır ki, bu yanmaya səbəb ola bilər. Maddə daxilində gedən kimyəvi və mikrobioloji proseslər də yanma törədə bilərlər.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə