Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 2,28 Mb.
səhifə1/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   42
Sənaye təhlukəsizliyi




SƏNAYE TƏHLÜKƏSİZLİYİ
FƏNNİ ÜZRƏ MÜHAZİRƏ MATERİALLARI



Mühazirə 1
Texniki təhlükəsizlik haqqında
Azərbaycan Respublikasının Qanunu

Qəbul edilmişdir: 2 noyabr 1999-cu il, № 733-IQ.
Əlavə və dəyişikliklər: 1. 4 mart 2005-ci il, № 856-IIQD;
2. 9
oktyabr 2007-ci il, № 429-IIIQD;
3. 2 oktyabr 2008-ci il, № 695-IIIQD.

Bu Qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.
Bu Qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
obyektlərin texniki təhlükəsizliyi (bundan sonra — texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti;
texniki nəzarət — istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən normativ texniki sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;
qəza — təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayıcı və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;
hadisə — təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənaraçıxma, eləcə də istehsal obyektlərində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması;

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə