Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Obyektlərin təhlükəsizliyinin təmin edilməsi



Yüklə 2,28 Mb.
səhifə14/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
Sənaye təhlukəsizliyi

Obyektlərin təhlükəsizliyinin təmin edilməsi
Əməyin mühafizəsi standartlarına, qayda və normalarına, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsa­lat binalarının və qurğularının layihələndirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsalat vasitələrinin hazırlanmasına və işə buraxılmasına yol verilmir.
Müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyi vasitəsilə), Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və digər mərkəzi icra hakimiyyəti orqanlarının tələbləri ilə sifarişçi və ya icraçı, layihənin və yaxud sınaq nümunəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə müvafiq təşkilatları və mütəxəssisləri cəlb etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidir.
İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır.
Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş qaydada Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən sertifikat-pasportu olma­dan istismara buraxılmasına yol verilməməlidir.
Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlər Dövlət Əmək Müfəttişliyinin razılığı ilə istismara verilir.
Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunve­ri­ci­liklə müəyyən edilmiş qaydada Dövlət Əmək Müfəttişliyi tərəfindən dayandırılır.
Həmkarlar ittifaqları “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquq­lar çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ – hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsi­nə nəzarəti həyata keçirir.
Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə normativ aktların hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında iştirak edir, onlarla razılaşdırılmamış aktların qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsilə etiraz edirlər.
Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlə­ri­nin və vasitələrinin sınağı və istismara qəbulu üzrə dövlət komissiyalarının işində, istehsalatda bədbəxt hadisələrinin təhqiqində, əməyin mühafizəsi vəziyyətinin yaxşılaşdırılması üçün, kollektiv müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə yoxlamalarda iştirak edirlər.
Vəzifəli şəxslər tərəfindən əməyin mühafizəsi tələbləri pozulduqda, istehsalatda baş vermiş bədbəxt hadisələr gizlə­dildikdə, həmkarlar ittifaqlarının, təqsirkar şəxslərin məsuliy­yətə cəlb edilməsi üçün, dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququ vardır.
İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda, habelə əməyin mühafizəsi haqqında qanunveri­ciliyə işəgötürən tərəfindən riayət olunmadıqda, həmkarlar ittifaqı tərəfindən Dövlət Əmək Müfəttişliyi qarşısında müva­fiq tədbirlər görülməsi haqqında məsələ qaldırılmalıdır.
Həmkarlar ittifaqları Əmək Məcəlləsi ilə, habelə digər normativ – hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafi­zəsi normalarına və qaydalarına nəzarəti həyata keçirir.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə