Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 4 Zədələnmə, bədbəxt hadisə və peşə xəstəliyi anlayışları



Yüklə 2,28 Mb.
səhifə15/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 4
Zədələnmə, bədbəxt hadisə və peşə xəstəliyi anlayışları

Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsa­lat sanitariyası təlimatlarının, qayda və normalarının pozulması iş zamanı zədələnməyə, zəhərlənməyə və peşə xəstəliklərinə səbəb olur.


Qəflətən xarici təsir nəticəsində baş vermiş zədələnməyə travma deyilir. Zədələnmələrə əzilmə, yaralanma, sümüklərin sınması, kimyəvi və yaxud termiki yanma, donma, istivurma, kəskin zəhərlənmə, elektrik cərəyanı ilə zədələnmə və s. misal ola bilər.
Travma hadisəsi çox zaman bədbəxt hadisələrlə eyniləşdirilir. Bədbəxt hadisələr istehsalatla əlaqəli və əlaqəsiz olur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, peşə xəstəlikləri dedikdə, zərərli əmək şəraitinin insan orqaniz­minə mənfi təsiri nəticəsində əmələ gələn xəstəliklər nəzərdə tutulur. Peşə xəstəlikləri bir neçə qrupa bölünür:
- Kəskin peşə xəstəlikləri – zərərli istehsalat amillərinin insana bir iş növbəsindən artıq olmayan müddətdə təsiri nəticəsində əmələ gələn xəstəlik, məsələn, fərdi mühafizə vasitələrindən istifadə etmədən zəhərli kimyəvi maddələrlə işlərin aparılması zərərli peşə amili hesab olunur;
Xroniki peşə xəstəlikləri zərərli istehsalat amillərinin insana uzunmüddətli təsiri nəticəsində yaranan xəstəliklədir (işçi zonanın havasında zərərli maddələrin yüksək qatılıq həddi, səsin, titrəyişin yüksək səviyyədə olması və s.).
Zərərli və təhlükəli istehsalat amilləri mənşəyinə görə dörd qrupa bölünür: fiziki, kimyəvi, bioloji və psixofizioloji.
Təhlükəli fiziki amillərə aiddir: hərəkət edən maşın və me­xa­nizm­lər, müxtəlif qaldırıcı – nəqliyyat qurğuları və daşı­nan yüklər, istehsalat avadanlıqlarının hərəkət edən və mühafizə olunmayan hissələri (ötürücü mexanizmlər, kəsici alətlər, fırlanan və yerini dəyişən tərtibatlar və s.), emal olunan materiallardan sıçrayan və alətlərdən qopan hissəciklər, elektrik cərəyanı, avadanlıqların və emal edilən materialların səthinin yüksək temperaturadək qızması və s.
Zərərli fiziki amillərə aiddir:
- İş zonasında havanın temperaturunun yüksək və ya aşağı olması;
- Yüksək rütubət və hava axını;
- Səs, titrəyiş, ultrasəs və müxtəlif şüalanma növlərinin (istilik, ionlaşdırma, elektromaqnit və s.) normadan artıq səviyyədə olması.
İş zonasında havanın yol verilə bilən həddən artıq qazlanması və tozlanması, iş yerlərinin kifayət qədər işıqlandırılmaması və ya həddindən artıq işıqlandırılması, işıq axını pulsasiyası insan orqanizminə mənfi təsir göstərən zərərli fiziki amillərdir.
Kimyəvi təhlükəli və zərərli təsir xarakterinə görə aşağıdakı qruplara bölünür:
- ümum toksik;
- qıcıqlandırıcı;
- sensibel;
- mutagen;
- konsorogen.
Bioloji təhlükəli və zərərli amillərə – bakteriyalar, virus­lar, bitki və heyvan mikroorqanizmləri aid edilir.
Psixofizioloji təhlükəli və zərərli istehsalat amillərinə aiddir:
- Fiziki cəhətdən həddindən artıq işləmək (statik və dinamik);
- Psixi-əsəbi gərginlik (əqli gərginlik, göz və qulağa həddindən artıq gücün düşməsi və s.).
Göstərilən dörd qrup təhlükəli və zərərli istehsalat amilləri arasında müəyyən qarşılıqlı əlaqə müşahidə olunur. Belə ki, bəzi hallarda zərərli amillərin mövcudluğu xəsarət alınmasına səbəb olur. Məsələn, istehsalat otaqlarında həddin­dən artıq rütubət və cərəyan keçirən tozun (zərərli amil) olması elektrik cərəyanından (təhlükəli amil) xəsarət alma təhlükəsini artırır.
Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd etmək olar ki, istehsalat zədələnmələri və peşə xəstəlikləri dözülməz hadisədir və onlar, əsasən, təşkilati və texniki səbəblərdən törəyir. Ona görə də, hər bir bədbəxt hadisə, peşə zəhərlənməsi və xəstəlikləri respublikamızda mövcud qanunlar əsasında ciddi təhqiq olunur. Bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması və uçota alınması bütün müəssi­sələr üçün vahid sistemlə aparılır və həmin hadisələrin səbəbləri vaxtında aradan qaldırılır.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə