Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


İstehsalat bədbəxt hadisələrinin səbəbləri



Yüklə 2,28 Mb.
səhifə17/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
Sənaye təhlukəsizliyi

İstehsalat bədbəxt hadisələrinin səbəbləri

İstehsalatda baş verən bədbəxt hadisələrin səbəblərini üç qrupa ayırmaq olar: 1) təşkilati; 2) texniki; 3) sanitariya – gigiyena.


Təşkilati səbəblərə bunlar aiddir:
- texnoloji prosesin pozulması;
- əməyin düzgün təşkil edilməməsi;
- avadanlığın düzgün planlaşdırılmaması; iş yerinin düz­gün təşkil edilməməsi;
- görülən işə uyğun olmayan avadanlıqdan, qurğudan və alətdən istifadə edilməsi;
- görülən işə rəhbərliyin nəzarətinin olmaması;
- işçinin sənətinə uyğun olmayan işə cəlb edilməsi;
- işçilərə təhlükəsiz icra üsullarının öyrədilməməsi;
- təhlükəsizlik texnikası üzrə təlimatların pozulması;
- fərdi mühafizə vasitələrinin olmaması və ya onların key­­­fiy­­yətsiz olması.
Texniki səbəblərə aşağıdakılar aiddir:
- texnoloji prosesin təkmil olmaması;
- avadanlığın texniki və konstruktiv çatışmazlıqları;
- energetika və nəqliyyat sistemlərinin konstruktiv çatış­ma­maz­lıqları;
- təhlükəsizlik vasitələrinin (bloklama, çəpərləmə, qoru­yu­cular) təkmil olmaması;
Sanitariya –gigiyena səbəblərinə aiddir:
- iş yerlərində qeyri-normal meteoroloji şəraitin olması;
- iş yerlərinin qeyri-səmərəli işıqlandırılması;
- iş zonası havasının zərərli qazlar, buxar və tozlarla çirk­lən­məsi;
- iş yerində səs-küyün, titrəyişin, ultrasəsin və başqa zərərli şüalanmaların yüksək səviyyələri;
- gigiyena qaydalarının pozulması, tibbi nəzarətin olma­ması və s.
Bədbəxt hadisə bir və ya bir neçə göstərilən səbəblərdən baş verə bilər. Adətən, bu səbəblər bədbəxt hadisəni təhqiq etdikdə aşkar edilir və onların aradan götürülməsi üçün tədbirlər görülür.
İstehsalat müəssisələrinin planlaşdırılmasında gigiyenik-texniki və sanitariya normaları

İstehsalat müəssisələrinin yerləşdirilməsi zamanı texno­loji təhlükəsizlik və sanitariya-gigiyena tələbləri mütləq ödənilməlidir.


Müəssisə və tikintilərin layihələndirilməsi, inşa edilməsi, yenidən qurulması “İnşaat norma və qaydaları”, “Texnoloji layihələndirilmə normaları” və “Sənaye müəssisələrinin layihə­lən­di­ril­məsində sanitariya normaları” əsasında aparılmalıdır.
Avadanlığın layihələndirilməsində texniki normalar tex­ni­ki təhlükəsizlik şərtlərini təmin etməlidir. Texniki normalar konstruktiv, ölçü – planlaşdırma və parametrik normalara ayrı­lır.
Konstruktiv normalar tikintinin, avadanlığın, çəpərlərin və qoruyucu vasitələrin hesablama və ölçü normalarıdır. Bu normalar, avadanlığın möhkəm, davamlı və təhlükəsizlik istismarına verilən tələbləri təmin etməlidir.
Ölçü – planlaşdırma normaları nəqliyyat yolları, keçid­lər, iş yeri, avadanlıq, binalar və c. arasındakı məsafələrin ölçülərini nəzərdə tutur.
Parametrik normalar təhlükəsiz istismar tələbləri baxı­mın­dan, texnoloji proses göstəriciləri olan sürəti, təzyiqi, tempera­­turu, elektrik gərginliyini, titrəyişi və s. məhdudlaş­dıran normalardır.
Ayrı-ayrı avadanlıqlar və bina elementləri arasındakı məsafə norması maşınların ölçülərindən asılı olaraq müəyyən edilir.
İstehsalat binalarında azı iki qapı (xaricə açılan) qoyulmalıdır, çıxış yolları mümkün qədər pilləsiz, döşəmələr hamar olmalıdır.
İstehsalat müəssisələrində iş yerinin təşkili sanitariya normalarına və texniki normalara uyğun gəlməlidir.
Sanitariya və texniki normalardan əlavə, gigiyena norma­ları mövcuddur. Bu normalar, xarici mühiti xarakterizə edən parametrlərin miqdar göstəriciləridir. Bunlar, insanın bioloji tələbatına uyğun tərtib edilir və sanitariya normalarına daxil edilir.
İstehsalat müəssisələrində proseslər sanitariya xarak­te­ristikasına görə dörd qrupa bölünür:
I – normal meteoroloji şəraitdə keçən zərərsiz istehsalat prosesləri;
II – gərgin fiziki iş və normal olmayan meteoroloji şəraitdə keçən zərərsiz istehsal prosesləri;
III – kəskin zərərlilik amilləri ilə xarakterizə olunan istehsalat prosesləri;
IV – məhsulun keyfiyyətini təmin etmək üçün xüsusi rejim tələb edən proseslər.
II və III sanitariya təsnifatına aid olan obyektlər üçün uyğun məişət otaqları, köməkçi binalar (paltar qurutma və dəyişmə, qızınma, əl-üz yuma otaqları, duşxanalar) nəzərdə tutulur.
Müəssisənin baş planında istehsalat ərazisində nəzərdə tutulan müxtəlif tikintilərin, binaların, yolların, yaşıllıq zonala­rının yerləşdirilməsi verilir.
Müəssisə obyektlərinin əlverişli, yəni sanitariya-texniki və yanğın təhlükəsizliyi normalarına uyğun yerləşdirilməsi tikintidəki darısqallığı aradan qaldırır və baş planın yığcam­lığının, tikinti və istismar xərclərinin azaldılmasını təmin edir.
Planlaşdırmada, əsasən, aşağıdakı məsələlər nəzərdə tu­tulur:
- sex və avadanlıqlar əlverişli yerləşdirilməli;
- qoruyucu sanitariya zonaları düzgün seçilməli;
- sanitariya məsafə normaları düzgün seçilməli;
- müəssisə ərazisindəki obyektlər düzgün yerləş­d­­i­ri­l­mə­li­dir.
Bir neçə müəssisəni bir sənaye rayonunda yerləşdirdikdə, onların bir-birinə zərərli təsiri aradan qaldırılmalıdır.
Müəssisənin tikiləcəyi sahə möhkəm süxur üzərində yerləşməli, hamar, quru və qrunt suları səviyyəsindən yuxarı olmalıdır.
Neft və qaz sənayesi müəssisələrinin tikilməsi üçün yer seçildikdə, istehsalat tullantılarının axıdılması üçün xüsusi şərait yaradılmalıdır. Həmin tullantılar (əsasən su), neft və neft məhsulları ilə çirkləndikdə onlardan istehsalatın su təchizatı kimi istifadə etmək bəzən mümkün olmur. Ona görə də, müəssisənin su balansı, yəni sənaye sularının və içməli suların lazımi miqdarda olması nəzərə alınmalıdır.
İstehsalat sahələrindən izafi istilik və ya müəyyən miqdarda zərərli qazlar ayrılan müəssisələr birmərtəbəli binalarda yerləşdirilməli və belə binaların zərərli maddələrdən təmizlənməsi üçün təbii ventilyasiya olmalıdır.
Sex və avadanlıqların əlverişli yerləşdirilməsi. Aqreqat və aparatların bir-birindən müəyyən məsafədə arakəsmələrlə yerləşdirilməsi, onların quraşdırılması, sökülməsi və təmiri işlərinin rahat və təhlükəsiz aparılmasını təmin etməlidir. Məsələn, keçidlər 0,7 m-dən az olmamalı, nasos stansiyala­rında bircərgəli yerləşdirilmiş nasosların sıraları arasında olan məsafə 1,5 m-dən az olmamalı, maşınların hərəkət hissələrin­dən sexin divarına qədər olan məsafə 1,5 m-dən az olmamalı­dır. Hər bir işçiyə bina daxilində 15 m3 həcm və 4,5 m2-dən az olmayaraq sahə düşməlidir.
Qoruyucu sanitariya zonaları. Müxtəlif müəssisələr yerləşdirilərkən, onlar sanitariya və texnoloji əlamətlərinə görə qruplaşdırılmalıdır.
İstehsalat müəssisələrinin zəhərli tullantılarının atmosferə buraxılan yeri ilə yaşayış və ictimai məntəqələr arasında olan minimal məsafəyə qoruyucu sanitariya zonaları deyilir. Bu zona yaşayış məntəqəsində olan adamları, binaları, başqa tikintiləri və obyektləri istehsalatın zərərindən qoruyur.
Sanitariya normalarına əsasən, müəssisələr qoruyucu sani­ta­ri­ya zonalarının eninə görə beş sinfə bölünür:
I, II, III, IV, V – sinif müəssisələrin qoruyucu sanitariya zonası uyğun olaraq 1000, 500, 300, 100, 50 m enində nəzərdə tutulur. Bu bölgü, istehsalatın zərərindən, texnoloji prosesdən və zəhərli tullantıların zərərsizləşdirmə tədbirlərinin xarakte­rindən asılı olaraq aparılır.
Məsələn, neftçıxarma sənayesinin 120000 m3/gün-dən çox qaz istahsal edən obyektləri birinci sinif qoruyucu sanitar zonası ilə təmin olunmalıdır. Tərkibində çəki ilə 0,5%-dən çox kükürd olan neft istehsalı obyektləri də bu sinifə daxildir.
Qaz hasilatı 24000-120000 m3/gün-ə qədər və tərkibində 0,5%-ə qədər kükürd olan neft mədənləri ikinci sinif sanitariya zonaları ilə təmin olunur.
Qaz hasilatı 24000m3/gün-ə qədər olan neft mədənləri üçüncü sinifə daxildir.
Qoruyucu sanitariya zonasında abadlıq və yaşıllıq işləri aparılmalıdır. Burada, aşağı sinif zərəri olan obyektlər yerləş­dirilə bilər.
İstehsalatın yerləşdirilməsi, qoruyucu sanitariya zonası saxlamaqla bitmir, onu yaşayış məntəqəsinin hansı tərəfində yerləşdirməyin də böyük əhəmiyyəti vardır. Bu da meteoroloji şərait nəzərə alınmaqla həll edilir.
Meteoroloji şəraitdə əsasən küləklərin istiqaməti və gücü nəzərdə tutulur.
Küləyin istiqaməti istehsalat zərərinin yayılmasında (səpələnməsində), gücü isə bina və tikililərin uçub dağılma­sında öz təsirini göstərir.
Qazlar, tüstü, his, toz, pis iylər, səs-küy və s. istehsalat zərəri olan sənaye müəssisələrini yaxınlıqdakı yaşayış binaları­nın külək tutmayan tərəfində yerləşdirirlər.
Küləklərin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəticəsində toplanan statistik materiallar əsasında qurulan qrafikdən (və ya cədvəldən) götürülür. Bu sabitləşmə çoxillik orta məlumatları olan rayon üçün dəyişməz hesab olunur.
Bakı şəhəri üzrə qurulmuş “küləklər gülü” qrafiki şəkil 5.1-də təsvir edilmişdir.





Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə