Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 2,28 Mb.
səhifə18/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
Sənaye təhlukəsizliyi

Şəkil 4.1. Bakı şəhəri üzrə “Küləklər gülü” qrafiki.
Qrafikdən göründüyü kimi, Bakı şəhəri və onun ətrafındakı ərazi şimaldan əsən küləklərin (xəzri) üstünlüyü ilə xarakterizə olunur.
Qazıma buruğunun tikilişində qazıma briqadasını külək­dən, yağış və qardan qorumaq üçün buruq və buruq ətrafında yerləşəcək qazıma qurğuları 8m hündürlüyündə örtüklə əhatə olunmalıdır. Küləyin istiqamətinə görə buruq elə yerləşdiril­məlidir ki, qəbul körpüsü külək tutmayan cəhətdə olsun. Belə olduqda “quşxanada” işləmək və qazıma şamlarının yuxarıdakı ucunun barmağa keçirilməsi asanlaşır.
Qazıma zamanı atmosferi çirkləndirən zərərli qaz sızma­la­rının, dizel mühərriklərindən ayrılan işlənmiş qazların yaşa­yış məntəqəsinə tərəf getməsinə imkan verməmək üçün buruğu yaşayış məntəqəsinin külək tutmayan tərəfində yerləşdirmək lazımdır.
Mədəndə kükürdlü neftlərin havadan ağır zəhərli buxar­ları (H2S) alçaq relyefli iş sahələrinə və çala-çuxura dolaraq zəhərlənmə hadisələrinə səbəb ola bilər. Bu baxımdan mədən ərazisindəki obyektlər (məsələn, qaz-kompressor stansiyası) elə yerləşdirilməlidir ki, onların təbii ventilyasiyası təmin edilsin.
Sanitariya məsafə normalarının seçilməsi. Bu məsafələr xidməti asanlaşdırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə bir istehsalat daxilində ayrı-ayrı obyektlər arasında qoyulur.
Müəssisə tikililəri arasındakı məsafələr binanın yanğın təhlükəsizliyindən, hündürlüyündən və s. asılı olaraq sanitariya normalarından götürülür.
Nəzərdə tutulmuş təbii işıqlanmanı və təhlükəsizliyi təmin etmək üçün, istehsalat binaları arasındakı minimal məsa­fə qarşıda duran hündür binanın hündürlüyündən az olmama­lıdır.
Tozlu materialların saxlandığı açıq anbarlarla istehsalat binalarına qədər olan məsafə 20, məişət binalarına qədər olan məsafə isə 25 m-dən artıq olmalıdır.
Böyük dəqiqlik tələb edən və titrəyişə həssas işlər aparılan xüsusi binalarla zərbəli maşın və qurğular yerləşdirilən binalar arasındakı məsafə xüsusi hesablamalarla tapılır və 50 m-dən az olmur.
Keçid yollarının eni nəqliyyat vasitələrinin ölçülərindən asılıdır. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün, ikitərəfli hərəkətdə yolun eni 6 m-dən, birtərəfli hərəkətdə isə 4 m-dən az olmamalıdır.
Müəssisə ərazisindəki obyektlərin düzgün yerləşdirilməsi. Planlaşdırma zamanı tikililər istehsalat zərərinə uyğun obyektlərdə qruplaşdırılır və digər zərərsiz obyektlərdən aralı yerləşdirilir. Bu zaman istehsalat zərərinə qarşı təhlükəsizlik tədbirlərinin görülməsi asanlaşır və kompleks tədbirlər tətbiq etmək mümkün olur.
İş zonasının havasını zəhərləyən, eləcədə səs-küylü obyektləri ayrıca yerləşdirmək məsləhətdir.
Bir binada eyni sanitariya-gigiyena xassəsinə malik olan sexlərin yerləşdirilməsi daha məqsədəuyğundur.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə