Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 5 Zərərli maddələr, onların insan orqanizminə təsir faktorları



Yüklə 2,28 Mb.
səhifə19/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 5
Zərərli maddələr, onların insan orqanizminə təsir faktorları

Neft və kimya sənayesində zərərli sayıla bilən maddələr geniş tətbiq edilir. Zərərli maddələr o, maddələr adlandırılır ki, təhlükəsizlik qaydalarının pozulması zamanı insan orqanizminə təsir edərək, onda zədə, peşə xəstəliyi və ya səhhətində müəyyən dəyişikliklərin yaranmasına səbəb olsun. İnsan orqanizmində baş verən belə dəyişikliklər həm zərərli maddə­nin bədənlə kontaktı anında, həm də müəyyən müddət keçdik­dən sonra yarana bilər. İstehsalatda istifadə edilən xammallar, aralıq və son məhsullar, eləcədə qarışıqlar, köməkçi maddələr, katalizatorlar, tullantılar zərərli və zəhərli ola bilərlər.


Zərərli istehsal amilləri insan orqanizminə təsirinə görə ümumizəhərləndirici, qıcıqlandırıcı, sensibil (hissiyyat artı­ran), kanserogen, mutagen olurlar.
Sensibil maddələr orqanizmə qısa müddət təsir etdikdən sonra, orqanizmdə həmin maddəyə qarşı hissiyyat artır. Bu maddənin sonrakı kiçik miqdarda orqanizmə təsiri onda güclü reaksiyanın yaranmasına səbəb olur və bunun nəticəsində dəri, asma, qan xəstəliklərinin baş verməsi halları təsadüf edilir. Civə, platin, aldehidlər (formaldehid), aromatik karbohidrogen­lər, nitro-amin birləşmələri və s. sensibil maddələr silsiləsinə aid edilir.
Kanserogen maddələr orqanizmə daxil olaraq onda bəzi hüceyrələrin və bəd xassəli şişlərin yaranmasına səbəb olan maddələrdir. Asbest tozu 1,2,5,6 dibenziran, 3,4 benzpiren metilxolantren, xolantren və bir sıra başqa maddələr kanserogen maddələrə aid edilir.
Müəyyən edilmişdir ki, qaynama temperaturu yüksək olan (5500C) bəzi neft məhsulları kanserogendirlər. Saratov, Ukrayna və Qroznı yataqlarından alınan neftlər zəif kanserogen xassəli neftlərdir. İstehsalatda aparılan lazımi mühafizə tədbirləri, istehsalatla əlaqədar bəd xassəli şişlərin yaranması halını demək olar ki, aradan qaldırmışdır.
Mutagen maddələr insanın nəsil artımı sisteminə təsir edir. Bu maddələr ana bətnində olan uşağın qidalanmasını zəiflədir.
Bəzən, zərərli maddələri, insan orqanizminə təsirindən asılı olaraq, “əsəb sisteminə təsir”, “qana təsir” və “qıcıqlan­dı­rıcı” kimi müəyyən qruplara bölürlər. Məsələn, əsəb sistemi­nə təsir edən zəhərlər, mərkəzi sinir sisteminə təsir edən narkotik xassəyə malik olan maddələrdir. Bunlara misal olaraq neft emalının məhsulu olan benzini, ağ nefti, karbohidrogen qazlarını həmçinin hidrogen sulfid, metanol, ammonyak və s. göstərmək olar.
Qanı zəhərləyən maddələr öz təsirlərinə görə başqaların­dan fərqlənirlər. Məsələn, karbon oksidi qanın hemoqlobini ilə birləşdikdə karbooksihemoqlobin, bəzi nitrat və nitritlər ilə birləşdikdə isə methemoqlobin yaradırlar. Qanda əmələ gələn bu maddələr hemoqlobini öz vəzifəsini yerinə yetirməkdən məhrum edir, oksigenin ağ ciyərdən toxumalara ötürülməsi pisləşir və bu ölümlə nəticələnə bilən hava çatışmamazlığına gətirib çıxarır.
Böyük bir qrup maddələr qıcıqlandırıcı zəhərlərə aid edilir. Onların bir hissəsi (hidrogen sulfid, xlor, ammonyak) yuxarı nəfəs yoluna, digərləri isə ağ ciyərə təsir edir. Bunlardan başqa, neft məhsulları dəriyə düşərək onu qurudur, yağsızlaş­dırır və dəri xəstəliklərinin yaranmasına səbəb olur.
İstehsalatda zəhərli maddələr insan orqanizminə nəfəs yolları, mədə-bağırsaq yolları və zədələnmiş dəri vasitəsi ilə daxil ola bilirlər.
Toz, buxar, duman, aerozol və qaz şəklində olan zəhərli maddələr insan orqanizminə nəfəs yolları vasitəsi ilə daxil olurlar. Bunlar, ümumiyyətlə, zəhərlənmələrin 95-98%-ni təş­kil edirlər. Nəfəs yolu ilə zəhərlənmə daha təhlükəli hesab edilir. Bu zəhərlər, qana qısa bir vaxt ərzində böyük miqdarda keçir və orqanizmin bütün hissələrinə qanla birlikdə yayılır.
İnsan fiziki fəaliyyətdə olarkən və yaxud yüksək tempe­ra­tur zonasında yerləşərkən onun nəfəs alma həcmi, eyni zamanda, qan dövranının sürəti kəskin artır. Bu səbəbdən, havası zərərli maddələrlə çirklənmiş iş zonasında yerləşən insanın zəhərlənməsi daha tez baş verir.
İstehsalat şəraitində zərərli maddələrin mədə-bağırsaq yolları ilə orqanizmə düşməsi nisbətən nadir hadisədir. Ağız boşluğuna zəhərlər, hər şeydən əvvəl, yemək zamanı və siqaret çəkilərkən çirkli əllər vasitəsi ilə düşür.
Dərinin zədələnmiş hissəsindən orqanizmə o maddələr keçmək qabiliyyətinə malikdirlər ki, onlar piy və lipoidlərdə yaxşı həll olurlar. Bunlara misal olaraq tetraetil qurğuşunu, metanol, fenol, aromatik karbohidrogenləri və s. göstərmək olar.
Dəridən keçən zərərli maddələrin miqdarı, onların dəri ilə görüşmə səthi və dəridə axan qanın sürəti ilə düz mütənasibdir. Yüksək temperatur şəraitində işləyərkən, qanın sürəti artdığı üçün zəhərlənmə təhlükəsi də artır.
Orqanizmə düşən zəhərlər, toxumalar və hüceyrələrarası mühit tərəfindən fiziki-kimyəvi təsirə məruz qalır. Bunlar, bioloji olaraq, həmin zəhərləri müxtəlif yollarla neytrallaşdır­mağa və yaxud zərərsizləşdirməyə cəhd edirlər.
Zərərsizləşdirmənin əsas rolu zəhərlərin kimyəvi struk­tur­la­rının dəyişməsidir. Bu dəyişmələr oksidləşmə, reduksiya, hidroliz, parçalanma, metilləşmə və s. kimi müxtəlif şəkilli ola bilirlər. Bu hal, son nəticədə, əksər hallarda, az zəhərli, yəni hüceyrəyə daxil olmaq qabiliyyətinə malik və ya orqanizmdə daha çox həll ola bilən və orqanizmdən daha asan kənar edilə bilən maddənin alınmasına gətirib çıxarır. Bəzən, bu ümumi qaydadan kənara çıxma hallarına da təsadüf edilir. Məsələn, metanol daha çox zərərli təsirə malik olan formaldehid və qarışqa turşusundan oksidləşərək zəhərlənmənin daha ağır olmasına səbəb olur.
Zəhərlərin ikinci bir zərərsizləşdirmə yolu, onların bədənin bəzi orqanlarında tədricən yığılıb qalması və bununla da qanda dövr edən zəhərin miqdarının azalmasıdır. Məsələn, ağır metallar (qurğuşun, civə) sümüklərdə, qaraciyərdə, böyrək­lərdə yığılır. Lakin, bunlar yenidən, xüsusilə əsəb gərginliyi, alkoqol qəbulu, xəstələnmə vaxtı asan qana keçirlər.
Zəhərlərin üçüncü zərərsizləşdirmə yolu, onların mədə-bağırsaq, böyrək, nəfəs yolları və dəri örtüyü vasitəsilə ifraz edilməsidir. Bunlara misal olaraq aromatik karbohidrogenləri göstərə bilərik. Zəhərlərin zərərsizləşdirilməsinə və onların bədəndən kənar edilməsinə xüsusi fizioterapiya üsulları, zəhər əleyhinə kimyəvi maddələrin tətbiqi və bəzi qida maddələrinin istifadəsi ilə nail olmaq olar.
Kimyəvi maddələrin insan orqanizminə təsir dərəcəsi, əsasən, həmin maddələrin fiziki-kimyəvi xassələrindən, onların birgə təsirindən, qatılığından, orqanizmə təsir müddətindən və xarici mühitdən asılıdır.
Maddələrin zəhərlilik dərəcəsinə ən çox təsir edən onun fiziki xassəsidir. Bərk və maye şəkilli maddələrin təsir dərəcəsi, onların müvafiq olaraq toz və buxar halına keçməsi zamanı daha yüksək olur. Bu baxımdan, aşağı temperaturda qaynayan (benzin, benzol) maddələr daha çox qorxuludur, nəinki yüksək temperaturda qaynayan (yağlar, mazut) maddələr.
Maddələrin uçuculuğu dedikdə, verilmiş temperaturda vahid həcm hava ( və ya m3) tərkibində həmin maddənin buxarlarının maksimal miqdarı (mq) nəzərdə tutulur. Maddənin uçuculuq dərəcəsinin artması onun zəhərləmə təhlükəsini yüksəldir.
Bir çox maddələrin insana təsiri, onların suda necə həll olmasından asılıdır. Həllolma dərəcəsinin artması ilə maddənin zərərli təsiri artır.
Maddələrin kimyəvi quruluşları ilə onların zərərli təsiri arasında müəyyən əlaqə vardır. Məsələn, alifatik və spirt maddələrində karbon atomlarının sayı artdıqca, onların narko­tik təsiri yüksəlir.
Bəzi hallarda, maddələrin zərərli təsiri onların valentliyi artdıqca yüksəlir. Lakin, bəzi hallarda bu xüsusiyyətin əksinə yəni, valentliyin artması ilə zəhərliliyin azalması halına təsadüf edilir. Məsələn, Fe2 duzu Fe3 duzuna nisbətən daha təhlükəlidir.
İstifadə edilən maddələrə halogenlər, metil, amin və nitroqrup maddələr əlavə edildikdə, onların zərərli təsiri artır. Məsələn, xlor və flor birləşmə molekullarına göstərilən maddələrin atomlarını əlavə etdikdə, onların qıcıqlandırıcı və zəhərləyici xüsusiyyəti daha yüksək olur.
İstehsalat şəraitində işçi, əksər hallarda, bir neçə zərərli maddənin birgə təsirinə məruz qalır. Bu təsirin üç növü baş verə bilər: Cəmləşmə (additiv) – maddələrin zəhərləyici təsiri üst-üstə gələrək cəmləşir; Sinerqizm – bədəndə yığılan bir maddə digərinin zəhərləyici təsirini yüksəldir; Antoqonizm­yığılan maddələrdən biri digərinin təsirini azaldır.
Əksər hallarda, zəhərli maddələr cəmləşmə tipli təsir xassəsinə malik olur. Məsələn, hava tərkibində eyni təsirli iki müxtəlif qazın hər birinin qatılığı 10 mq/m3 olarsa, bu iki qazın insana birgə təsiri, bir qazın 20 mq/m3 qatılıqdakı təsiri kimi olur.
Sinerqizm təsiri alkoqolun zərərli maddələrin zəhərləyici təsirinin artırmasında görmək olar. Karbon dioksidi aromatik karbohidrogenlərlə birləşdikdə onların zəhərliliyini artırır.
Antaqonist maddələrin ionları başqa metalların ionları ilə birləşərək (marqanes, kobalt, qurğuşun) dəyanətli kompleks birləşmələr yaradır ki, bunlar da az zəhərli olub sidik yolu vasitəsilə bədəndən ifraz olurlar.
Zəhərləyici maddələrin insan orqanizminə təsiri adamla­rın yaşından da asılıdır. Bəzi zəhərlər cavanlar üçün, digərləri yaşlılar üçün daha təsirli olur. Yeniyetmələrin orqanizmi yaşlı adamların orqanizminə nisbətinə zəhərə qarşı 2-3 dəfə yüksək həssas olurlar.
Qeyd edildiyi kimi, zərərli maddə əmək təhlükəsizliyi tələbləri pozulduğu halda, insan orqanizminə təsir edərək peşə xəstələnməsinə səbəb olur.
İstehsalat şəraitində zərərli maddələr iş zonasının hava­sın­da qaz, buxar və ya aerozol aqreqat hallarında ola bilərlər. Bir sıra istehsal prosesləri küllü miqdarda toz ayrılmalarına səbəb olur. Havada asılı halda olan tozlar aerozol, səthlərə çökmüş toz yığıntısı isə aerogel adlanır. Tozlar nəfəs aldıqda nəfəs yolları vasitəsilə və dəri məsamələrindən orqanizmə daxil olub peşə xəstəlikləri törədə bilirlər.
İnsan orqanizminə təsirinə görə tozlar zəhərli və zəhərsiz tozlara ayrılırlar. Zəhərli tozlar orqanizmin bioloji mühitində həll olaraq zəhərlənməyə səbəb olurlar. Məsələn, toz halında olan qurğuşun orqanizmə daxil olduqda sinir sistemində, qanda və qan damarlarında, həm də nəfəs yollarında təhlükəli dəyişikliklər törədir.
Zəhərsiz tozlar orqanizmin bəzi üzvlərinə qıcıqlandırıcı təsir etməklə yanaşı, ağ ciyərə daxil olduqda peşə xəstəliyi (pnevmokonioz) törənməsinə səbəb olur. 1-10 mkm ölçülü toz hissəcikləri ağ ciyərin dərinliklərinə daxil ola bilirlər. Kiçik ölçülü tozlar (tüstü) nəfəs yolu vasitəsilə ciyərlərdən kənar olunurlar. Böyük ölçülü tozlar burun-boğaz yollarında tutulub saxlanırlar. Nəzərə almaq lazımdır ki, zəhərsiz tozlar zəhərli və radioaktiv maddələri adsorbsiya etmək (üst təbəqələrində udmaq), xassəsinə malik ola bilirlər ki, bu da onların zərərli təsirini artırır.
Sanitar normalarına görə, iş zonasının havasında zərərli maddələrin miqdarı yol verilən qatılıq həddindən çox olmamalıdır.
Zərərli maddənin iş zonası havasında yol verilən qatılıq həddi onun havada elə bir qatılığıdır ki, insan həmin şəraitdə hər gün (istirahət günlərindən başqa) 8 saat işlədikdə (həftədə 40 saatdan artıq olmamaq şərtilə) bütün iş stajı ərzində xəstələnməyə vəsağlamlığın pozulmasına gətirib çıxara bilməsin.
İnsan orqanizminə təsir etmə dərəcəsinə görə zərərli maddələr dörd təhlükəlilik sinfinə ayrılır (cədvəl 5.1).

Cədvəl 5.1


Zərərli maddələrin təhlükəlilik sinfi

Təhlükəlilik sinfi

Havada yol verilən qatılıq həddi, mq/m3

I – fövqəladə təhlükəli

0,1-dən az

II – yüksək təhlükəli

0,1 – 1,0

III – orta təhlükəli

1,0 – 10

IV – az təhlükəli

10-dan çox

İş zonası havasında bir neçə eyni istiqamətli təsirə malik olan zərərli maddələr olarsa, onların hər birinin ayrı-ayrılıqda havadakı faktiki qatılıqlarının, onların müvafiq yol verilən qatılıq hədlərinə olan nisbətlərinin cəmi vahiddən böyük olmamalıdır, yəni,





burada C1, C2, Cn – zərərli maddələrin havada faktiki qatılıq­ları, mq/m3;

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə