Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 10 Təzyiq altında işləyən qabların təhlükəsizliyi



Yüklə 2,28 Mb.
səhifə27/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 10
Təzyiq altında işləyən qabların təhlükəsizliyi

Daxilində kimyəvi və istilik prosesləri gedən, həmçinin sıxılmış, həll olmuş maye qazları və mayeləri təzyiq altında saxlayan və nəql edən hermetik bağlı tutumlar təzyiq altında işləyən qablar adlandırılır.


Təzyiq altında işləyən qablar potensial partlayış mənbələridir.
Təzyiq altında işləyən qablarda partlayış xarici təbəqənin qəflətən dağılması və nəticədə enerjinin tez bir zamanda azad olunmasından baş verir. Qabın dağılması zamanı təzyiqin kəskin surətdə düşməsi nəticəsində tutumda olan maddə dərhal buxarlanır, qazın və ya buxarın həcmi artır, sıxılmış mühitin potensial enerjisi az bir zamanda dağılmış qabın qəlpələn­məsinə səbəb olan sıxılmış qazın kinetik enerjisinə çevrilir, qabın qalıqları isə reaktiv qüvvələrin təsirinə məruz olur.
Qab dağıldıqda qazın adiabatik genişlənməsi zamanı görülən iş aşağıdakı kimi ifadə olunur:


, Coul (10.1)

burada k – adiabatiya göstəricisidir;


P1 – qabın daxilində mütləq təzyiqi;
P2 – ətraf mühitin mütləq təzyiqi;
V – qazın partlayışdan əvvəl həcmidir.

Partlayış zamanı yaranan güc isə belə olacaqdır:


kW (10.2)


– qazın genişlənmə (partlayış) vaxtı, (san).

Bu düsturlardan istifadə edərək hesablamaq olar ki, həcmi 1m3, daxili təzyiqi 1,2 MPa hava ilə doldurulmuş qab partladıqda 0,1 san ərzində 28 W güc ayrılır.


Qeyd etmək lazımdır ki, neft emalı müəssisələrində aparat daxilində (təzyiq altında) öz-özünə alovlanma tempera­tu­rundan yüksək temperatura qədər qızdırılmış partlayıcı və yanar neft məhsulları olur. Belə aparatlarda partlayış baş verdikdə havaya atılan qarışıq yenidən ikinci partlayış yaranmasına səbəb olur.
Təzyiq altında işləyən qablarda baş verən qəzaların əsas səbəbləri aparatların mexaniki möhkəmliyinin pozulması (korroziya, yerli qızmalar və s.), təzyiqin buraxılabilən qiymət­dən çox olması, iş rejiminin pozulması, avadanlığa pis qulluq edilməsidir. Nadir hallarda qabların konstruksiyasındakı çatış­ma­mazlıq qəzaya səbəb olur.
Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş “Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları” qabları layihələndirən, hazırlayan, istismar edən bütün müəssisə və təşkilatlar üçün məcburidir. Bu qaydalar aşağıdakı qablara və tutumlara aid edilir:
- 0,07 МPа-dən yuxarı təzyiqdə işləyən qablar;
-500C-ə qədər temperaturda buxarlarının təzyiqi 0,07MPa-dan yuxarı olan mayeləşdirilmiş qazların nəqli üçün istifadə edilən çəllək və sisternlər, mayeləşdirilmiş qazları, maye və toz şəklində olan maddələri təzyiqsiz saxlayan və nəql edən, lakin, boşaldılması üçün 0,07 МPа-dan yüksək təzyiq lazım olan qablar və sisternlər;
- işçi təzyiqi 0,07 МPа-dan çox olan sıxılmış, mayeləş­dirilmiş və həll olmuş qazların saxlanılması və nəqli üçün istifadə edilən balonlar.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə