Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 8 Yükqaldırıcı maşın və mexanizmlərin təhlükəsizliyi



Yüklə 2,28 Mb.
səhifə25/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 8
Yükqaldırıcı maşın və mexanizmlərin təhlükəsizliyi

Yükqaldırıcı kran və liftlər yüksək təhlükəli avadanlıqlar sırasına daxil edilir və onların istismarı üzərində nəzarət Dövlət texniki nəzarət orqanları tərəfindən aparılır. Dövlət nəzarətinin qoyulması heç də mühəndisi texniki işçilərin bu sahədə məsuliyyət daşımasını azaltmır.


Kran və liftlərin işinə nəzarət və onlara qulluq istehsalat rəhbərləri tərəfindən təyin edilmiş mühəndisi texniki işçilər tərəfindən aparılır.
Yükqaldırıcı maşınlarda işləməyə yalnız 18 yaşına çatmış şəxslərə icazə verilir. Bu şəxslər həkim müayinəsindən keçdikdən sonra xüsusi proqramla təlimat keçirlər. Onlar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi nümayəndəsinin iştirakı ilə təşkil edilmiş komissiya qarşında imtahan verib lazımi sənəd alırlar. İldə bir dəfədən az olmayaraq həmin şəxslərin yükqaldırıcı maşınların istismarı və təhlükəsizliyi sahəsindəki biliyi yoxlanılır.
Yükqaldırıcı maşınlar Dövlət texniki nəzarət orqanlarının razılığı olan xüsusi müəssisələrdə hazırlanırlar. Yükqaldırıcı maşınlarda yük asqının qarmağından yük tutucu tərtibatlar vasitəsilə asılır. Bunlar işin təhlükəsizliyini, qaldırıcı yükün bütövlüyünü təmin etməli, tez quraşdırılıb sökülməlidir.
Yüktutucu tərtibatın konstruksiyası qaldırılan yükün ölçüləri, möhkəmliyi, asqı nöqtələrinin sayı, qaldırıcı qurğunun parametrləri və qaldırma şərtindən asılıdır.
Kəlbətin tipli yük tutucu tərtibatlarda yükün tutulması mexanikləşdirilmiş, açılması isə tam avtomatlaşdırılmışdır.
Yük tutucu tərtibatın qaynaq olunmuş hissələri standartın tələblərinə uyğun olmalıdır.
Yük tutucu tərtibatlar krandan ayrı hazırlandıqda onlar üçün xüsusi pasport tərtib edilməlidir.
Yükqaldırıcı maşınlarda yükü saxlamaq üçün müxtəlif qarmaq və bəndlərdən istifadə olunur. Adətən qarmaqlar bir, iki və üç buynuzlu olur. Bir, iki buynuzlu qarmaqlar döymə və ştamplama üsulu ilə poladdan hazırlanır.
Döymə və ştamplama üsulu ilə hazırlanan qarmaqlarda qaynaq işlərinin aparılması qadağandır.
Yükqaldırıcı kranların qarmağı yük altında sərbəst fırlanmalıdır. Yükqaldırma qabiliyyəti 3 tondan artıq olan qarmaqların yastıqları xüsusi dayaqla təchiz edilməlidir.
Yükqaldırıcı maşınlar layihə edildikdə və hazırlandıqda tam təhlükəsizliyi təmin edən aşağıdakı tələblər həyata keçirilməlidir:
- hərəkət etdirici və ötürücü mexanizmlərin çəpərlənməsi;
- hərəkət edən hissələrin təsadüfən işə düşməsini xəbər edən qurğuların tətbiq edilməsi;
- elektrik təhlükəsizliyini təmin edilməsi;
- elektrik enerjisi kəsildikdən sonra yenidən sistemə verildikdə maşının öz-özünə işlənməsinin qarşısını alan, yəni elektrik dövrəsini avtomat açan tərtibatlardan istifadə etmək;
- yükqaldırıcı mexanizmlərin ayrı-ayrı avadanlıqlarının müvafiq cihazlarla və təhlükəsizlik qurğuları ilə təchiz edilməsi.
Tətbiq edilən cihazlara və təhlükəsizlik qurğularına aiddir:
- Kənar ayırıcılar. Bu ayırıcılar qarmağın, həmçinin başqa yük tutucularının, kran qolunun bir kənar vəziyyətə yaxınlaşdığı halda avtomat dayandırılmasını təmin edirlər. Kənar ayırıcılar rels üzərində yerləşdirilmiş kranların özlərinin hərəkətini belə, son nöqtəyə çatdıqda, dayandırırlar.
Qaldırılan yük qoyulmuş həddən 10% artıq olduqda yükqaldırıcı mexanizm xüsusi məhdudlaşdırıcılar vasitəsilə dayandırılır.
Kranlar anomemetrlə təchiz edilir. Bu anomemetrlər kranın ən hündür yerində külək tutan nöqtədə qoyulur. Küləyin gücü artdıqda o, işıq və səs siqnalı verir, eyni zamanda kranın hərəkətini məhdudlaşdıran qurğunu işə salır.
Kranlar həmçinin başqa təhlükəsizlik təmin edən tərtibatlarla da təchiz edilir. Bunlara misal körpü kranlarının qapılarının bloklanması, qüllə kranlarının dönmə bucağının məhdudlaşdırılması, körpü kranlarının əyilmə bucağının məhdudlaşdırılması və s. tərtibatlarını göstərmək olar.
Təhlükəsizlik baxımından kranlarda ən vacib hissə tormoz sistemi sayılır. Tormoz quruluşları qaldırılan və ya endirilən, irəli-geri hərəkət etdirilən və döndərilən yükün sürətini azaltmaq üçün və onu bir vəziyyətdə saxlamaq məqsədi üçün tətbiq edilir.
Konstruksiyasından asılı olmayaraq, bütün tormozlar verilmiş iş şəraiti üçün kifayət tormozlama momentinə malik olmalı, tez açılıb bağlanmalı, konstruksiyası sadə olmalı, işçi səthdə yaranan temperatur yüksək olmamalıdır.
Kolodkalı tormozun normal işləməsi üçün tormozlama zamanı yaranan sürtünmə qüvvələrinin cəmi (F1) 2T/D həddindən çox olmalıdır. D qasnağın diametri, T isə tormozlama momentidir.
Tormozların sazlığı ayda bir dəfə işə başlamazdan əvvəl yoxlanılmalıdır.
Yükqaldırıcı maşınlarda elastik dartıcı rolunu əsasən polad kanatlar oynayırlar. Hər bir tətbiq edilən kanat üçün zavodun onun sınağı haqqında arayışı olmalıdır. Kanatın möhkəmliyini onun dartılmaya qarşı müqaviməti göstərir. Kanatın uzun ömürlülüyünü isə onun diametri ilə sarındığı barabanın diametri arasındakı nisbətdən asılıdır. Kanat möhkəmliyə aşağıdakı düsturla hesablanır:


(8.1)

burada P - kanatı qıran qüvvə, onun pasportundan götürülür;


S - polispast sisteminin f.i.ə. nəzərə almaqla kanat telinə düşən maksimum dartıcı qüvvə;
K - möhkəmliyə görə ehtiyat əmsalı. Sənayedə tətbiq olan kranlar üçün K=3,5¸6,0 qəbul edilir. Yük liftləri üçün (müşahidəçi olmadıqda) K=8¸13, sərnişin liftləri üçün isə K=9¸15 götürülür.
Kanat düz istiqamətdən əyriyə və əyri istiqamətdən düzə keçdikdə hər iki halda bir əyilmə hesablanır. Kanat əyri istiqamətdən düz istiqamətə keçdikdə bir əyilmə, əyrilik istiqamətini dəyişdikdə isə iki əyilmə kimi sayılır. Əyilmələrin sayından asılı olaraq D/d nisbəti təyin edilir. D barabanın və yaxud blokun diametri, d-kanatın diametridir. şərtini ödəməlidir. - əmsaldır. Hesabatlarda l = 12 ÷ 30 götürülür.
Yükqaldırıcı maşınlar işə buraxılmazdan əvvəl Dövlət texniki nəzarət orqanlarında qeydə alınmalı və onlardan istismara buraxılma haqqında icazə alınmalıdır.
Qaydaya əsasən yeni quraşdırılmış yükqaldırıcı maşınlar, həmçinin yüktutucu qurğular texniki müayinədən keçməlidirlər.
İlk müayinə yükqaldırıcı maşınları hazırlayan zavod tərəfindən aparılır. İstismarda olan yükqaldırıcı maşınlar hər 12 aydan bir hissə-hissə müayinədən keçirilməlidirlər. Tam müayinə vaxtı üç il qəbul edilmişdir. Az işlədilən (istehsalat binalarında yalnız təmir vaxtı işlədilən) maşınlar hər 5 ildən bir tam müayinədən keçirilir.
Yükqaldırıcı maşınlar tam müayinə zamanı həm statik və həm də dinamik yükə sınanır. Hissə-hissə müayinədə isə maşın yalnız nəzərdən keçirilir. Nəzarət zamanı ayrı-ayrı hissələrin etibarlı işləyə biləcəyi müəyyən edilir. Mexanizmlərin vəziyyəti onları sökmədən müəyyən edilir. Yükqaldırıcı maşınların statiki yükə sınağı zamanı götürülən yük nominal yükdən 25% artıq olmalıdır. Yük 200-300 mm hündürlüyə qaldırılıb 30 dəq. hamin vəziyyətdə saxlanılmalıdır.
Statiki sınaqdan sonra maşın dinamiki sınaq edilir. Burada əsas məqsəd mexanizmlərin, tormozların, təhlükəsizlik qurğularının iş qabiliyyətini yoxlamaqdan ibarətdir. Dinamiki sınaq zamanı sınaq yükü nominal yükdən 10% artıq olmalıdır. Sınaq yükün təkrar qaldırılıb endirilməsi, bütün mexanizmlərin hərəkətinin yoxlanılmasından ibarətdir. Hər iki statik və dinamik sınağa davam gətirən maşın istismar olunmağa buraxılır.
Yükqaldırıcı maşınların istismarı zamanı qaldırıcının yük qaldırma qabiliyyətindən artıq yük qaldırmaq qadağandır. Yüklə insanların birgə qaldırılması, möhkəm bağlanmamış yüklərin qaldırılması, yükün qəflətən qaldırılması, yükün maili dartıcı ilə qaldırılması, tormoz sisteminin iş vəziyyətindən çıxarılması qadağandır


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə