Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 2 Təhlükə və təhlükəsizliyin mahiyyəti



Yüklə 2,28 Mb.
səhifə10/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
Sənaye təhlukəsizliyi

Mühazirə 2
Təhlükə və təhlükəsizliyin mahiyyəti

Təhlükə dedikdə müəyyən şəraitdə insanın sağlamlığına bilavasitə, yaxud dolayı yolla zərər gətirə bilən hadisələr, proseslər, obyektlər düşünülür. Təhlükəni xarakterizə edən əlamətlərin miqdarı təhlilin məqsədindən asılı olaraq azaldılıb və yaxud çoxaldıla bilər. Təhlükə enerjiyə, kimyəvi və bioloji aktiv elementlərə, həmçinin insanın həyat fəaliyyətinin şəraitinə uyğun gəlməyən xarakterik cəhətlərə malik bütün sistemləri özündə cəmləşdirir.


Təhlükələrin taksonomiyası. Taksonomiya mürəkkəb hadisələrin, anlayışların, obyektlərin sistemləşdirilməsi və təsnifatı ilə məşğul olan elm sahəsidir.
Təhlükələr mürəkkəb və çoxəlamətli olduğundan, onların taksonomiyası, yəni sistemləşdirilməsi və təsnifatı, təhlükələrin təbiətini daha mükəmməl mənimsəməyə və təhlükəsiz fəaliyyət sahəsində elmi biliklərin təşkilinə imkan yaradır.
Təhlükələr yaranma mənşələrinə görə təbii, texniki, antropogen, ekoloji və qarışıq olurlar. Rəsmi standartlara görə isə fiziki, kimyəvi, bioloji və psixofizioloji növlərə bölünürlər.
Ziyanlı nəticələrin meydana çıxması vaxtına görə təhlükə­lər impuls (tez baş verən) və kumulyativ tipli olurlar.
Məkana görə təhlükələr litosfera, hidrosfera, atmosfera və kosmosla bağlı olurlar.
Yekunlarına görə təhlükələr yorğunluq, xəstələnmə, zədə alma, qəza, hündürlükdən yıxılma kimi nəticələrlə qurtaran növlərə bölünürlər.
Dəyən ziyana görə təhlükələr sosial, texniki, ekoloji və s. olurlar.
Təhlükələrin baş vermə sahələrinə məişət, idman, yol-nəqliyyat, istehsalat, hərbi və s. sahələr aid edilir.
Quruluşuna görə təhlükələr sadə və mürəkkəb (sadə təhlükələrin qarşılığı təsiri nəticəsində yaranan) olurlar. İnsana təsir xarakterinə görə onlar aktiv və passiv növlərə bölünür.
Daşıyıcısı insan olan enerji təsirindən aktivləşən təhlükə passiv təhlükə hesab edilir. Məsələn, kələkötür sahədə insanın yerişi zamanı yaranan təhlükə.
Təhlükələrin nomenklaturası (siyahısı). Müəyyən əlamət­lərə görə sistemləşdirilmiş terminlər və adlar siyahısı təhlükə­nin nomenklaturası adlanır. Əlifba üzrə nomenklaturaya h hərfi ilə başlayan: havanın anomal nəmliyi, havanın anomal temperaturası, hava axınının anomal sürəti, havanın boşluğu və s. misal ola bilər.
Müəyyən tədqiqat işləri apardıqda ayrı-ayrı obyektlər üçün (istehsalat, sexlər, işçi yerləri, proseslər, peşələr və başqaları) təhlükələrin nomenklaturası tərtib edilir. Məsələn, kimyəvi proseslər üçün – absorbsiya, adsorbsiya, anomal temperatur, anomal barometrik təzyiq və s.
Təhlükələrin kvantifikasiyası. Kvantifikasiya kəmiyyət göstəricilərini daxil etməklə keyfiyyətcə mürəkkəb təyin olunan anlayışları qiymətləndirmək üçün tətbiq edilir.
Kvantifikasiyanın rəqəm, bal və digər qiymətləndirmə üsulları vardır. Təhlükələri qiymətləndirmək üçün ən geniş tətbiq edilən risk üsuludur.
Təhlükələrin eyniləşdirilməsi. Təhlükələr potensial, yəni gizli xarakter daşıyırlar. Həyat fəaliyyətinin təhlükəsiz təmin olunmasına zəmin yaradan operativ və profilaktik tədbirlər hazırlamaq üçün kəmiyyət və zaman göstəricilərini müəyyən­ləş­dirərək istifadə etmək prosesi təhlükələrin eyniləş­dirilməsi adlanır.
Eyniləşdirmə prosesində təhlükələrin nomenklaturası, onların yaranması ehtimalı, lokallaşdırılması (harada baş verdiyi), mümkün göstəricilər müəyyən olunur.
Potensial təhlükələrin baş verməsini (gizli vəziyyətdən real hala keçməsini) təmin edən şərait səbəb adlanır. Başqa sözlə, səbəblər təhlükənin yaranmasına və nəticədə bu və ya digər xoşagəlməz hallara zəmin yaradan şəraitlərin məzmunu­nu xarakterizə edir.
Zərər və xoşagəlməz hallara müxtəlif ağırlıqlı zədələn­mələr, xəstələnmələr, xarici mühitdə dağıntılar və başqaları aid edilir.
Bədbəxt hadisə, fövqəladə vəziyyət, yanğın və digər hal­lar üçün təhlükə, səbəblər və nəticələrin əsas xarakteristikaları­dır.
Təhlükələr-səbəblər-nəticələr” – üçlüyü potensial təhlü­kəni real ziyanlara gətirib çıxaran məntiqi inkişaf prosesidir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə