Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 2,28 Mb.
səhifə9/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
Sənaye təhlukəsizliyi

Əlavə 2
Cədvəl 1
Təhlükə potensiallı istehsal obyektində texniki
təhlükəsizlik bəyannaməsinin məcburi işlənib
hazırlanmasına əsas verən təhlükəli maddələrin son həddi


Təhlükəli maddənin adı

Təhlükəli maddənin son hədd miqdarı (t)

Ammonyak

500

Ammonium nitrat (tərkibində ammonium-nitratdan azot kütləsinin 28 faizdən çox olduğu ammonium-nitrat və ammonium qarışığı, ammonium-nitrat konsentratı kütləsinin 90%-dən çox olduğu ammonium-nitratın su məhsulu)

2500

 Gübrə formasında ammonium-nitrat — [(ammonium-nitrat (ammonium-nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində ammonium-nitratdan azot kütləsinin 28%-dən çox olduğu mürəkkəb gübrələr (mürəkkəb gübrələrin tərkibində fosfat və (və ya) kalium ilə birlikdə ammonium-nitrat var)]

10000

Akrilonitril

200

Xlor

25

Etilen-oksid

50

Tərkibində sian olan hidrogen

20

Tərkibində flor olan hidrogen

50

Tərkibində sulfid olan hidrogen

50

Kükürd dioksid

250

Kükürd trioksid

75

Alkillər

50

Fosgen

0,75

Metilizosianat

0,15

Cədvəl 2

Təhlükəli maddələrin növləri

Təhlükəli maddənin son hədd miqdarı (t)

Tez alovlanan qazlar

200

Əmtəə-xammal anbarlarında və bazarlarında olan alışan mayelər

50000

Texnoloji prosesdə istifadə edilən və ya magistral boru kəmərləri ilə nəql olunan alışan maddələr

200

Zəhərləyici maddələr

200

Yüksək zəhərləyici maddələr

20

Oksidləşən maddələr

200

Partlayıcı maddələr

50

Radioaktiv maddələr və vasitələr

50

Ətraf təbii mühit üçün təhlükə törədən maddələr

200


Qeyd 1. Cədvəl 1-də göstərilməyən təhlükəli maddələr üçün cədvəl 2 tətbiq edilir.
Qeyd 2. Əgər təhlükə potensiallı obyektlər arasında məsafə 500 metrdən azdırsa, təhlükəli maddənin cəmi miqdarı nəzərə alınır.
Qeyd 3. Əgər eyni kateqoriyadan olan təhlükəli maddələrin bir neçə növü istifadə olunursa, onda onların hüdud miqdarı cəmi aşağıdakı kimi təyin olunur:

burada, — tətbiq olunan maddənin miqdarı; — 1-dən n-ə qədər bütün i üçün olan maddənin hədd miqdarıdır.

«Texniki təhlükəsizlik haqqında» Azərbaycan
Respublikası Qanunun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası qaydası və şərtlərinə dair təkliflərini Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
həmin Qanunun müddəalarına uyğun olaraq texniki təhlükəsizlik sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri və onları verən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 5-ci maddəsində, 7-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində, 8-ci maddəsinin 2-ci hissəsində, 9-cu maddəsinin onuncu abzasında, 12-ci maddəsinin 1-ci və 2-ci hissələrində, 13-cü maddəsinin 1-ci hissəsində, 14-cü maddəsinin 4-cü hissəsində, 15-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında, 3-cü və 6-cı hissələrində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, bu Qanunun 2-ci maddəsinin 2-ci və 3-cü hissələrində, 7-ci maddəsinin 3-cü hissəsində və 14-cü maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə