Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası



Yüklə 2,28 Mb.
səhifə8/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   42
Sənaye təhlukəsizliyi

Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası
Texniki təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.
Maddə 19. Texniki təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.


Əlavə 1
Təhlükə potensiallı istehsal obyektləri
Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir:
1. Alınan, istifadə edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql olunan, məhv edilən aşağıda göstərilən təhlükəli maddələr:
1.1. Tez alovlanan maddələr — normal təzyiqdə və hava ilə qarışdıqda tez alovlanma qabiliyyəti olan və normal təzyiqdə qaynama temperaturu 20°C və ya aşağı olan qazlar;
1.2. Oksidləşən maddələryanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində, digər maddələrin tez alovlanmasına səbəb olan maddələr;
1.3. Tez alışan maddələröz-özünə, eləcə də alışdırma mənbəyindən alışan və sonra müstəqil yanan mayelər, qazlar, tozlar;
1.4. Partlayıcı maddələr — xarici təsir nəticəsində istilik ayrılması və qazların əmələ gəlməsi ilə sürətlə öz-özünə genişlənən kimyəvi çevrilməyə malik olan maddələr;
1.5. Zəhərləyici maddələr — canlı orqanizmlərə təsiri nəticəsində onların məhvinə gətirib çıxaran və aşağıdakı xarakteristikaya malik olan maddələr:
orqanizmə (mədəyə) düşərkən hər kiloqrama 15 milliqramdan, hər kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm dozası olan;
dəriyə düşərkən hər kiloqrama 50 milliqramdan hər kiloqrama 400 milliqrama qədər (daxil olmaqla) orta ölüm dozası olan;
havada hər litrə 0,5 milliqramdan hər litrə 2 milliqramadək orta ölüm konsentrasiyası olan;
1.6. Yüksək zəhərləyici maddələr — canlı orqanizmlərə təsir edərkən onların məhvinə gətirən və aşağıdakı xüsusiyyətləri olan maddələr:
orqanizm (mədə) daxilində qəbul olunarkən hər kiloqrama orta ölüm dozası 15 milliqramdan çox olmayan;
dəriyə təsir edərkən hər kiloqrama orta ölüm dozası 50 milliqramdan çox olmayan;
havada hər litrə orta ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan;
1.7. Ətraf mühit üçün təhlükəli maddələr — su mühitində aşağıdakı kəskin zəhərləyici göstəriciləri ilə xarakterizə olunan maddələr:
96 saat ərzində balığa inqalyasiya təsiri edərkən hər litrdə orta ölüm dozası 10 milliqramdan çox olmayan;
48 saat ərzində şirin su mikroorqanizmlərinə təsiri zamanı hər litrə orta ölüm dozası 10 milliqramdan çox olmayan;
72 saat ərzində yosunlara təsir edərkən hər litrə orta inqibirasiya konsentrasiyası 10 milliqramdan çox olmayan;
2. Təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 115°C rejimdə işləyən avadanlıqlar;
3. Stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər: eskalator, kanat yolları, funikulyorlar və liftlər;
4. Qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması;
5. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması;
6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri;
7. Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması;
8. Elevatorlu-unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi;
9. Neft-kimya, neft emalı və qaz təchizatı sahələri.


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə