Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər



Yüklə 2,28 Mb.
səhifə5/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
Sənaye təhlukəsizliyi

Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər
Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədi ilə:
sistemli tədbirlər hazırlayır və həyata keçirir;
işçi həyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir;
baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;
qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır;
peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır;
qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və maddi-texniki vasitələrin ehtiyatını yaradır;
bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.
Maddə 12. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına daxili nəzarət
1. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir.
2. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına istehsal nəzarətinin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində məlumat müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.
Maddə 13. Qəza səbəblərinin texniki təhqiqatı
1. Təhlükə potensiallı obyektdə baş vermiş hər bir qəza faktı üzrə müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki təhqiqat aparılır.
2. Xüsusi komissiya təhlükə potensiallı obyektin yerləşdiyi yerli özünüidarəetmə orqanlarının, obyektin istismarını həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə layihə, elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik, sığorta və s. təşkilatların nümayəndələrini təhqiqat işinə cəlb edə bilər.
3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər qəza səbəblərinin texniki təhqiqatı üzrə komissiyaya öz səlahiyyətlərini həyata keçirmək üçün müvafiq məlumat və sənədləri təqdim etməlidir.
4. Qəza səbəblərinin texniki təhqiqatının nəticələri barədə akt tərtib edilir. Həmin aktda qəzanın səbəbləri və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik tələblərinin pozulması halları, həmçinin qəza nəticələrinin lokallaşdırılması və ləğv edilməsi üzrə görülmüş tədbirlər göstərilir.
5. Qəzanın səbəbləri üzrə texniki təhqiqat xərcləri qəza baş vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən maliyyələşdirilir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə