Mühazirə №11 Mövzu: Məsləhət və Psixoterapiya. Yönləndirmə


İnterpersonal psixoterapiya – İnterpersonal terpiya (İPT )



Yüklə 26,46 Kb.
səhifə4/4
tarix09.01.2022
ölçüsü26,46 Kb.
#82738
növüMühazirə
1   2   3   4
18.Məsləhət və Psixoterapiya.Yönləndirmə

İnterpersonal psixoterapiya – İnterpersonal terpiya (İPT ) pasiyentin şəxslərarası qarşılıqlı münasibətlərinə yönələn müxtəlif mənşəli qeyri-psixotik depresiyalar zamanı tətbiq edilən və müəyyən vaxt məhdudiyyətində həyata keçirilən psixoterapiya üsuludur.Bu istiqamətdə aparılan ilkin fərziyyələr ondan ibarətdirki ,etialogiyasından aslı olmayaraq depresiyaların inkişafı sosial və şəxslərarası konteksdə baş verir,şəxslərarası münasibətlər birbaşa depresiyaların başlanması,gedişi
,nəticəsinə və pasiyentin aparılan müalicəyə münasibətinə təsir göstərir.

Göstərilən amilləri nəzərə alaraq İPT- nın əsas vəzifələri-depresiv simptomların remissiyası,şəxslərarası problemlərin həlli və ya aradan qaldırılması,şəxslər arası münasibətlərin fəallaşması ,ətraf mühit resurslarının istifadəsi ,psixi sağlamləq sahəsində pasientin məlimatlandırılması və depresiyaların residivlərinin (yenidən kəskinləşməsi) profilaktikasından ibarətdir.



1952 –ci oldə Talkot Parsonson tərəfindən formalaşdırılan tibbi modelin İPT-də istifadəsi pasiyentə sosial vəzifəsi təklif edir,yəni,

  1. Xəstəyə müəyyən sosial məsuliyyətdən azad olunmuş insan kimi baxılır (bu azadolma sosial şəkildə müəyyən edilərək əsaslandırılmış olmalıdır)

  2. Xəstə mövcud xəstəliyinə görə məsuliyyət daşımır

  3. Xəstənin olduğu vəziyyətdə sosial arzuolunmaz durum kimi baxılır.Pasiyent bu vəziyyətdən mümkun qədər tez çıxmağa çalışmalıdır

  4. Xəstəyə ,yardıma ehtiyyacı olan insan kimi baxılır- bu zaman xəstənin vəzifəsi,ona yardım etməyə çalışan digər insanlarla birlikdə öz müalicəsində iştirak tövsiyə olunur

İPT-nin başlıca üstün cəhəti onun qisa müddətdə həyata keçirilməsindən ibarətdir.Tam müalicə kursu 50 dəqiqə olmaqla,həftədə 1-2 dəfə aparılan 16-20 seansdan çox olmur.Bir qayda olaraq,İPT pasiyentin şəxslərarası münasibətlərində 1-2 problemli sahəyə yönəlir.Burada əsas iş prinsipi “İndi və burda” prinsipidir.Müzakirələr pasiyentin hal-hazırda yaşadığı problemlə birbaşa əlaqədar olan son hadisələr və nə vaxtsa əhəmiyyətli olan münasibətlər nəzərə alinmaqla aparılır.


Yüklə 26,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə