Mühazirə 12. Şagirdlərin əmək,ekoloji və hüquq tərbiyəsi üzrə işin xüsusiyyətləri plan



Yüklə 21,51 Kb.
səhifə5/6
tarix13.05.2022
ölçüsü21,51 Kb.
#86921
növüMühazirə
1   2   3   4   5   6
Müh.12.ped.2022,yeni

2.Şagirdlərin ekoloji tərbiyəsi

Şəxsiyyətin ahəngdar inkişafının tərkib hissələrindən biri də şagirdlərin ekoloji tərbiyəsidir. Ekologiya yunan sözüdür vvə məkan haqqında təlim mənasında işlənir. Ekoloji tərbiyə gənc nəsli ekoloji biliklərlə silahlandırmağa , ekoloji mədəniyyəti formalaşdırmağa yönəlmiş tədbirlər sistemidir.

İnsan təbiətin bir üzvü olduğu üçün ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. Lakin bəzən öz yaşamaq mənbəyini -təbiəti, ekoloji mühiti korlayır və insanlıq öz-özünü məhv edir. Bunun qarşısını alamq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək , ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır.

Ekoloji tərbiyənin vəzifələri :



  • Böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq

  • Uşaq və gənclərdə doğma təbiətə , ətraf mühitə məhəbbət və qayğılı münasibət , onun məhv olmasına qarşı barışmazlıq hissləri aşılamaq

  • Təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.

Ekoloji tərbiyənin məqsəd və vəzifələri onun məzmununda öz əksini tapır. Ekoloji tərbiyə ona xidmət etməlidir ki, məktəblilər təbiəti və ətraf mühiti insanın maddi və mənəvi qüvvələrinin ən dəyərli mənbəyi kimi dərk edib qiymətləndirsinlər, on aqayğılı nünasibət bəsləsinlər, canlı və cansız təbiəti qorumağın zəruriliyini başa düşüb, müvafiq əməli iş görsünlər.

  1. Ekoloji tərbiyə işində müxtəlif yollardan istifadə olunur. Ekoloji tərbiyəyə kiçik yaşlardan ailədə və uşaq bağçasından başlanmalıdır.

  2. Ekoloji tərbiyə işləri sonra məktəbdə daha daha da inkişaf etdirilməli və sistemli olmalıdır. Ayrı- ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün imkanlar vardır. İbtidai siniflərdə təbiətə məhəbbət, onu qorumağın vacibliyi aşılanmalıdır.

  3. Orta və yuxarı siniflərdə ekoloji tərbiyə və təhsil işləri daha da genişləndirilməlidir.

  4. Ekoloji tərbiyə sahəsi də dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilməlidir.

  5. Ekoloji tərbiyədə məktəb, ailə və ictimaiyyətin birgə işi də mühüm əhəmiyyətə malikdir.


Yüklə 21,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə