Mühazirə 12. Şagirdlərin əmək,ekoloji və hüquq tərbiyəsi üzrə işin xüsusiyyətləri plan



Yüklə 21,51 Kb.
səhifə6/6
tarix13.05.2022
ölçüsü21,51 Kb.
#86921
növüMühazirə
1   2   3   4   5   6
Müh.12.ped.2022,yeni

3.Şagirdlərin hüquq tərbiyəsi

Şəxsiyyətin hərtərəfli inkiçafına yönələn tərbiyə işlərinin bir istiqaməti də şagirdlərin hüquq tərbiyəsidir. Cəmiyyətdə hər bir insan , o cümlədən gənc nəsil öz hüquq və vəzifələrini başa düşməli , cəmiyyətin və dövlətin qoyduğu qaydalara ciddi əməl etməli , başqalarının hüquuqlarına hörmətlə yanaşmağı bacarmalıdır. “Hüquq” ərəb sözü olub “haqq söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan , ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hər ikisi cəmiyyətin və insanların münasibətlərini tənzimləyən sosial normalara , birgəyaşayış qaydalarına aiddir. Əxlaqi şüur nə qədər yüksək olarsa , insan hüquq normalarına da yaxşı əməl edər.

Əxlaq normaları bəzən hüquqi forma alır. Məcburi qaydalara çevrilir və pozulduqda qanunla cəzalandırılır.

Hüquq normaları müəllən cəhətdən fərqlənir:

-- Hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlıt aktlarında əks olunur ;

-- Əxlaq normaları ictimai rəylə qorunur , hüquq normaları isə dövlət orqanları tərəfindən qorunur və onların pozulduğu hallarda qanunla məsuliyyət müəyyən olunur.

Hüquqi fəaliyyət insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdətidir. Hüquq düşüncəsi yüksək olduqda insan hüquq normalarını şüurlu yerinə yetirir.

Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi olan planlı və mütəşəkkil fəaliyyət prosesidir. Vəzifələri aşağıdakılardır:



  • Gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və təsəvvürlər aşılamaq.

  • Uşaq , yeniyetmə və gənclərdə hüquq psixologiyası formalaşdırmaq: qanunlara , birgəyaşayış qaydalarına hörmət və onlara əməl etməyə daxili tələbat yaratmaq , qanun və qaydaların pozulması hallarına qarşı dözülmızlik hissi aşılamaq.

  • Böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış qaydaları formalaşdırmaq.

Hüquq tərbiyəsinin məzmunu onun məqsəd və vəzifələri ilə müəyyən olunur. Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlərinə təsir edir: hüquqa dair biliklər, hüquqa münasibət, insanın davranış mövqeyi . Hüquqi şüurun formalaşması uzun sürən, mürəkkəb və ziddiyyətli prosesdir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır.

Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir və müxtəlif forma və metodlarla həyata keçirilir. Əsas yeri dərs tutur. Fənlərin tədrisi prosesində şagirdlərdə hüquqi şüurun formalaşması üçün mövcud imkanlardan istifadə edilir.

Təlim prosesində aparılan işlərlə yanaşı s/x və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifsənxaric işlər müxtəlif formalarda təşkil olunur.

Məqsəd və məzmumuna görə 2 qrupa ayrılır:



  1. Hüquqi mövzularda söhbət və mühazirələr , viktorinalar , əxlaqi -hüquqi mövzuda bədii əsərlərin və filmlərin müzakirəsi , hüquq lektoriyaları , gənc hüquqşünas dərnəkləri, konfrans, hüquq mühafizə orqanlarının əməkdaşları ilə görüşlər , hüquq bilikləri klubu və s.

  2. Məktəblilərin marağa görə könüllü dəstələri – polisin gənc dostları , gənc yanğınsöndürənlər , ictimai asayişi mühafizə dəstələri və s.

Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı , məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır.

Hüquq tərbiyəsinin müvəffəqiyyəti =

ailə+ məktəb+ ictimaiyyətin əməkdaşlığı


Yüklə 21,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə