Mühazirə 19. Məktəbəqədər dövrdə kəmiyyətlərin ölçülməsinə aid düşündürücü və əyləncəli məsələlərin təlimi metodikası



Yüklə 23,98 Kb.
səhifə2/3
tarix15.03.2022
ölçüsü23,98 Kb.
#84516
növüMühazirə
1   2   3
Mühazirə 19

“Uzundur, yoxsa qısadır?” oyun-çalışması. Pedaqoq müxtəlif uzunluqda olan lentlər hazırlayır. Uşaqlardan ikisini çağırır və hərəsinə bir lent verir. Onlara tapşırıq verir ki, lentləri ələrində firlada-fırlada qatlasınlar. Kim tez qatlasa, o qalib olacaq. Lenti qısa olan uşaq tapşırığı tez yerinə yetirir. Sonra pedaqoq uşaqlara təklif edir ki, lentlər dəyişsinlər və eyni tapşırığı yerinə yetirsinlər. Bu dəfə də lenti qısa olan uşaq lenti tez qatlayır. Pedaqoq uşaqlardan nə üçün belə olduğunu soruşur. Beləliklə, uşaqlar belə dərk edirlər ki, lent qısa olanda onu tez qatlamaq olar, uzun olanda olanda isə əksinə güc qatlanır. Oyun digər uşaqlarla davam etdirilir.

Böyük yaş qrupunda uşaqlar əşyanın ölçülərini müqayisə etməyi bacarmalıdırlar. Kəmiyyətlərin müqayisəsi əşyaların digər əlamətləri ilə ilə əlaqəli surətdə aparılır. Uşaqlar əşyaları ölçülərinə görə təkcə əyani şəkildə deyil, həm də təsəvvürlərində müqayisə etməyi öyrənirlər. Məsələn, “uzunluğu eyni, eni isə müxtəlif olan iki lent”, “ Uzunluqları müxtəlif eni eyni olan iki yol çəkin”.

Düzgün ölçmə vərdişlərinin formalaşmasına böyük diqqət verilir. Pedaqoq həmişə izləyir ki, uşaqlar uzunluğu (eni, hündürlüyü) ölçərkən ölçünü düz xətt boyunca qoysunlar, ölçünün sonunu dəqiq göstərsinlər və növbəti dəfə ölçünü dəqiq həmin nişandan qoysunlar ki, kəmiyyət tam ölçülmüş olsun. Uşaqları dəqiq və səliqə ilə ölçməyin vacibliyinə inandırırlar, dəqiq olmayan ölçmənin səhv nəticəyə gətirdiyini öyrədirlər.

Rezindən və plastilindən istifadə etməklə, əşyaların ölçülərinin dəyişdirilməsinə aid düşündürücü məsələlər praktiki iş kimi verilir. Məsələn, uşaqlar rezini uzununa dartdıqda müəyyən edirlər ki, onun uzunluğu artdıqda, eni azalır.

Əşyaların ölçülərinə görə qruplaşdırılımasına aid oyun – çalışmalardan istifadə olunur. Məsələn, uzunluqları eyni olan əşyalar bir qrupa, eni eyni olan əşyalar başqa qrupa aid edilir. Hər qrupun əşyalarını ölçülərinə və başqa xassələrinə görə müqayisə edirlər. Uşaqlar görürlər ki, əşyaları müxtəlif əlamətlərinə görə qruplara ayırdıqda ,onların aralarındakı yeri dəyişir.

Uşaqlar əşyaların uzunluğunu, enini, hündürlüyünü ayırd etməyi və onlar arasında ölçü münasibətlərini göstərməyi bacarmalıdırlar. Əşyaları ölçülərinə görə qruplaşdırmaq üçün bir neçə əşyadan istifadə edilir. Bir qrupa uzunluqları eyni olan əşyalar, o biri qrupa hündürlükləri eyni olan əşyalar və s. Kəmiyyətlər arasındakı “uzundur-qısadır”, “hündürdür-alçaqdır” və s. münasibətləri tədricən mücərrədləşdirilir və “böyükdür-kiçikdir” münasibətlərinə gətirilir. Bu mərhələdə didaktik oyunların təşkil edilməsi müsbət nəticə verir.

Gəlincik” didaktik oyunu. Pedaqoq uşaqlara izah edir ki, onlara gəlinciklər qonaq gəlmişdir. Uşaqlara müxtəlif ölçülü gəlinciklər paylanır. Onlar gəlinciklərlə oynadıqdan sonra pedaqoq deyir ki, gəlinciklər yorulublar, gəlin onlara yataq hazırlayaq. Uşaqlara müxtəlif ölçülü qutular, yataq dəstləri paylanır və təklif olunur hərə öz gəlinciyinə uyğun çarpayı və yataq dəsti götürsün. Uşaqlar pedaqoqun köməyi ilə gəlinciklərin hündürlüyünə uyğun qutu və yataq dəsti seçirlər. Bu zaman pedaqoq uşaqların nitqində “uzundur-qısadır, hündürdür-alçaqdır, enlidir-ensizdir” sözlərinin olmasına fikir verməlidir.

Məlumdur ki, məktəbəhazırlıq qrupunun uşaqları 1-dən 10-a kimi ədədlərIn tərkibi və miqdar münasibətləri haqqında müəyyən elementar təsəvvürlərə malikdirlər. Kəmiyyətlər arasında oxşar münasibətlər haqqında elementar təsəvvürləri də mənimsəyiblər. Bu biliklər kəmiyyətlər arasındakı oxşar münasibətləri ayırd etməyə imkan verir. Müxtəlif düşündürücü və əyləncəli məsələlər vasitəsilə uşağın mühakiməsini inkişaf etdirmək lazımdır. Məsəslən, Lalə İlqardan, Arzu isə Lalədən hündürdür. Uşaqlardan ən hündürü və ən balaca boyu olan kimdir? Uşaqlar əvvəlcə əyani vasitələrin köməyi ilə, sonra isə sözlərlə öz fikirlərini söyləyirlər.

Ədədlər arasında mövcud olan miqdar münasibətləri (hər bir ədəd öçündən əvvəlki ədəddən bir böyük, özündən sonrakı ədəddən bir kiçikdir) kəmiyyətlər arasında nümayiş etdirilir.Məsələn, düzbucaqlı zolaqlar elə düzülüb ki, hər sonrakı əvvəlkindən yalnız bir uzunluq vahidi qədər fərqlənir. Deməli, uşaqlar nizamlı sıra almışlar. Bu işi müxtəlif əşyalar üzərində yerinə yetirmək lazımdır.

Bu yaş qrupunda məsafəni addımla öıçməyi öyrətmək lazımdır. Qeyd edilir ki, məntəqə arasındakı ən qısa məsafə düz xətt boyunca olan məsafədir. Uşaqlar addımla məsafəni ölçdükdə müxtəlif nəticələr alırlar. Nə üçün belə olur? – sualına uşaqlar birdən birə cavab verə bilmirlər. Dəfələrlə müşahidə nəticəsində bu qərara gəlirlər ki, alınan nəticə addımın iriliyindən asılıdır.

Beləliklə, kəmiyyətlərə aid düşündürücü və əyləncəli məsələlərin həlli uşaqları toplama və çıxma əməllərinə yaxınlaşdırır, kəmiyyətlər isə həmin əməllərin obyektinə çevrilir və kəmiyyətin xassələri haqqında ilk konkret təsəvvürlər yaranır.


Yüklə 23,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə