Mühazirə 19. Məktəbəqədər dövrdə kəmiyyətlərin ölçülməsinə aid düşündürücü və əyləncəli məsələlərin təlimi metodikası



Yüklə 23,98 Kb.
səhifə3/3
tarix15.03.2022
ölçüsü23,98 Kb.
#84516
növüMühazirə
1   2   3
Mühazirə 19

“Məktəbə gedən yolu ölç” düşündürücü çalışması. Pedaqoq uşaqlara izah edir ki, siz sentyabr ayında məktəbə gedəcəksiniz. Ona görə, məktəbə gedən yolu ölçməliyik.

Uşaqlara evdən məktəbə gedən yolun sxemi paylanır. Pedaqoq uşaqlara təklif edir ki, evdən məktəbə gedən yolu ölçmək üçün əvvəlcə evdən döngəyədək olan yolu, sonra isə döngədən məktəbə qədər olan yolu ölçmək lazımdır. Pedaqoq uşaqlara başa salır ki, bunun üçün lenti və ya ipi ( şərti ölçünü) sxem üzərində evdən döngəyədək olan yolun üzərində düz xətt boyunca yerləşdirsinlər və sonunu qələmlə qeyd eləsinlər. Uşaqlar şərti ölçünün qeyd olunan uzunluqda neçə dəfə yerləşdiyini təyin edirlər və cavabı pedaqoqa deyirlər. Sonra uşaqlar döngədən məktəbədək olan yolun uzunluğunu həmin qayda ilə ölçürlər və alınan ədədi qeyd edirlər.

Uşaqlar çalışmanı yerinə yetirdikdən sonra, pedaqoq onlara suallar verir: Evdən döngəyədək olan yolun uzunluğu neçəyə bərabərdir? Bəs döngədən məktəbə qədər olan yolun uzunluğu nə qədərdir? Evdən məktəbdək olan yolun uzunluğunu tapmaq üçün nə etməliyik? Uşaqlar birinci aldıqları ədədlə ikinci aldıqları ədədi toplayırlar və aldıqları nəticə haqqında pedaqoqa məlumat verirlər. Uşaqların cavabları müzakirə olunur. Qeyd olunan uzunluğu düzgün ölçən uşaqlar qalib hesab olunur.

3. Analoji qayda ilə maye və dənəvər cisimlərin ölçülməsi götərilir. Ölçmə prosesində say çöpləri, say daşlarından istifadə etmək olar. Uşaqlara maye və dənəvər cisimlərin həcmlərini təyin etmək üsullarını öyrədərkən, əvvəlcə məsələn, dolçada nə qədər su olduğunu ölçmək üçün uyğun ölçü seçmək, ölçməni nə vaxta qədər davam etdirmək lazım olduğunu göstərirlər. Maye və dənəvər cisimlərin həcminin ölçülməsinə 10 – 12 xüsusi məşğələ ayırmaq lazımdır.

Uşaqlar düyünü qaşıqla ölçərək, onu ölçüyə bərabər ayrı-ayrı topalar halında düzürlər. Suyun həcmini təyin edərkən onun ayrı-ayrı stəkanlara tökür və sonra stəkanların ümumi miqdarını sayırlar. Uzunluqları və həcmləri ölçərkən ilk vaxtlar hər ölçüyə uyğun olaraq hər hansı əşya-nişanlardan istifadə edilir. Nişanlar ölçüyə bərabər olan uzunluğun neçə dəfə ölçülüb ayrıldığını göstərir. Ölçmə nəticələrini həm nişanları tək-tək tutuşdurmaqla, həm də onları saymaq və ədədləri müqayisə etməklə təyin edirlər.

Pedaqoq bildirir ki, yarmanın və başqa dənəvər cisimlərin miqdarını ölçərkən ölçü nişanını (qaşığı, fincanı) dağılmadan , müəyyən səviyyəyə qədər tökmək lazımdır, əks halda qabdan töküləcəkdir. Ölçünün (qaşığın, fincanın) dəqiq doldurulmasına daima nəzarət olunmalıdır.

Uşaqlar başa düşməlidirlər ki, ölçüləri bərabər olan əşyaları eyni bir ölçü ilə ölçdükdə eyni bir ədəd, ölçüləri bərabər olmayan əşyaları eyni bir ölçü ilə ölçdükdə isə müxtəlif ədədlər alınır. Əşyanın ölçüsü nə qədər böyük olarsa, ədəd də böyük olar, əşyanın ölçüsü nə qədər kiçik olarsa, ədəd də kiçik olar. Uşaqlar tədricən bu nəticəyə gəlirlər ki, kəmiyyətləri müqayisə etmək üçün onların qiymətlərini göstərən ədədləri müqayisə etmək lazımdır. Kəmiyyəti ölçərkən əvvəlcə elə ölçü vahidi götürmək lazımdır ki, kəmiyyətdə tam ədəd dəfə yerləşsin.

Müqayisə olunan iki kəmiyyəti elə seçmək lazımdır ki, ölçmə nəticəsində qonşu ədədlər alınsın. Məsələn, dolçadakı suyun həcmi 8 ədədi ilə, bankadakı suyun həcmi isə 7 ədədi ilə ifadə olunsun. Kəmiyyətləri ölçmə prosesini də tədricən təkmilləşdirmək lazımdır: əgər əvvəllər uşaq ölçərkən hər dəfə bir daş və ya çöp ayırırdısa indi isə ölçmə nişanını ölçülən kəmiyyət üzərində yerləşdikcə onun sayını söyləyir.

Maye və dənəvər cisimlərin həcmlərinin ölçülməsinə aid düşündürcü çalışmalar yerinə yetirilir. Məsələn, uşaqlara təklif edilir ki, iki dolçanın eni müxtəlifdir. Onlardan hansında suyun səviyyəsinin yüksək olduğunu, hansında çox su olduğunu təyin etsinlər. Nə üçün suyun ancaq hündürlüyünü ölçməklə, hansı dolçada çox su olduğunu demək olmaz? Uşaqlar mənisəyirlər ki, müxtəlif növ kəmiyyələri ölçmək üçün müxtəlif ölçü nişanları lazımdır. Eyni növ kəmiyyətləri ölçmək üçün şərti ölçülər müxtəlif ola bilər .

Praktiki iş vasitəsilə uşaqlar dərk edirlər, bərabər kəmiyyətləri eyni ölçü vahidi ilə ölçdükdə, bərabər nəticələr (ədədlər) alınır, müxtəlif kəmiyyətlər eyni ölçü vahidi ilə ölçdükdə müxtəlif ədədlər alınır. Ölçüsü böyük olan kəmiyyəti öldükdə alınan ədəd də böyük olar. Beləliklə, kəmiyyətin ölçüsü ilə onu ölçmək üçün tətbiq olunan ölçü vahidinin sayı arasında mövcud olan düz mütənasib asılılıq haqqında uşaqlarda təsəvvürlər yaranır.

Lakin böyük ölçü vahidi kiçik ölçü vahidinə nisbətən ölçülən kəmiyyətdə az sayda yerləşəcəkdir. Yəni kəmiyyətin ölçüsü ilə onun ölçü vahidi tərs mütənasibdir. Bu məsələ uşaqlar üçün çətinlik törətdiyindən, pedaqoq ölçmə işini yerinə yetirdikdən sonra, həmin işi uşaqlara təkrar etdirir. Məsələn, yarmanın miqdarını əvvəlcə qaşıqla, sonra isə fincanla ölçüb alınan ədədləri (qaşıq və fincanın sayını göstərən ədədləri) müqayisə etmək lazımdır. Alınan nəticəyə görə həmin kəmiyyətlər arasında miqdari münasibət aşkar edilir.

Ölçmənin öyrədilməsi prosesində uşaqlarda gözəyarı ölçmə qabiliyyətinin də inkişafına böyük diqqət verilir. Uşaqlara əşyaların ölçülərindəki fərqi gözəyarı təyin etməyi təklif edirlər: bu və ya başqa ölçü əşyanın uzunluğunda, enində neçə dəfə yerləşər, qrafində neçə stəkan su var, pəncərəyə qədər neçə addımdır və s. Sonra uşaqlar ölçü apararaq öz tapşırıqlarının dəqiqiliyini yoxlayırlar.

Dərs ilinin sonunda uşaqlar sadə hesab məsələləri həll edirlər, özləri məsələ tərtib edirlər. Məsələlər kəmiyyətlərin ölçülməsinə aid edilir. Məsələn, qabda olan suyun tutumunu tapmağa aid məsələ həll etmək olar: Qabda 5 stəkan su var. Azər bir stəkan da su tökdü. Qabda neçə stəkan su oldu?



Uşaqlar məsələnin həll yolunu tapmaqda çətinlik çəkərlərsə, kəmiyyətlərin münasibətlərini əyani göstərən sxemdən istifadə edirlər.



Yüklə 23,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə