MühaziRƏ 4 İon mübadiləsinin fiziki kimyəvi mahiyyəti, kationit və anionitlərin xarakteristikaları


Sintetik ion mübadilə materialları



Yüklə 94,29 Kb.
səhifə3/7
tarix31.12.2021
ölçüsü94,29 Kb.
#82269
1   2   3   4   5   6   7
Mühazirə 4

Sintetik ion mübadilə materialları (ion mübadilə qətranları) köndələn rabitələrlə - karbohidrogen körpüləri ilə bərkidilmiş çevik makromolekullardan ibarətdir. Makromolekullar uclarında yüklü funksional qruplar yerləşən və əks ionlarla neytrallaşa bilən üç ölçülü tordan ibarətdir. Sintetik ionitlər suda şişmə qabiliyyətinə malikdirlər ki, bu da onların tərkiblərində hidrofil qruplarının cəmlənməsi ilə əlaqədardır. Lakin onların suda tam həll olmasına ion mübadilə qətranlarının tərkibində olan köndələn rabitələr mane olurlar. Standart yumşaldıcı ion mübadilə qətranlarının tərkibində 8% - ə qədər bitişdirici agent –divinilbenzol olur. İonların şişmə dərəcəsi divinilbenzolun miqdarından, ionitin tərkibində olan hidrofil ionogen qrupların miqdarından və ionitin tərkibində olan əks ionun növündən asılıdır.

Sintetik ion mübadilə qətranları xarici görünüşcə müxtəlif ölçülü və formalı dənəvər maddədən ibarətdir. Əgər dənələr polimerləşmə reaksiyası nəticəsində alınarsa onda onların forması demək olar ki, şar şəklində, əgər dənələr polikondensasiya reaksiyası nəticəsində alınarsa o halda dənələr düzgün olmayan formada olur.

Yüklə 94,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə