MühaziRƏ 4 İon mübadiləsinin fiziki kimyəvi mahiyyəti, kationit və anionitlərin xarakteristikaları



Yüklə 94,29 Kb.
səhifə7/7
tarix31.12.2021
ölçüsü94,29 Kb.
#82269
1   2   3   4   5   6   7
Mühazirə 4

İon mübadilə sistemləri suların həll olmayan bərk hissəciklərdən, kimyəvi aktiv reagentlərdən qabaqcadan təmizlənməsini tələb edir.

İon mübadilə texnologiyası suların klassik duzsuzlaşdırılması prosesini təmin edir və təmizlənmiş suların alınmasında əlverişli və qənaətçil sistem hesab olunur.

İon mübadilə texnologiyasının tətbiqi xüsusi elektrik keçiriciliyi göstəriciləri aşağı olan suların alınmasına imkan verir. Lakin iondəyişmə prosesindən uzun müddət istifadə olunması öz-özünə mikroorqanizmlərin inkişaf etməsi probleminin meydana gəlməsinə səbəb ola bilər. Mikrob kontaminasiyasının (latınca kontaminatio “qarışma” deməkdir) azaldılması məqsədilə UB-lampalardan istifadə olunmalı, suyun paylaşdırıcı dövrədə daima resurkulyasiyası prosesinin həyata keçirilməsi, avadanlığın işində fasilələrin heç olmaması və ya fasilələrin mininmuma endirilməsi təmin olunmalıdır. Çünki, göstərilən üsulda ionmübadilə qətranlarından istifadə edildiyinə görə mikrobioloji təmizlik təmin olunmur, ona görə də təmiz suların alınmasında bu üsuldan istifadə olunması üçün onun sterilləşdirici (0,22 mkm) mikrofiltrləmə prosesi ilə birləşdirilməsi məqsədəuyğun hesab edilir.
Yüklə 94,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə