Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə29/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   80
Ali mekteb Pedaqoqikasi

4. Təlimdə nəzarət metodları. Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərindən biridir. Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar:
a) şifahi nəzarət metodları;
b) yazılı nəzarət metodları;
c) laborator və praktik nəzarət metodları;
ç) maşınlı nəzarət metodları;
d) özünənəzarət metodları.
Bu metodlarla yanaşı, müəllim gündəlik müşahidə yolu ilə tələbələrin təlimə münasibətini, fəallıq və səyini öyrənib nəzərə alır. Şifahi nəzarət metodları içərisində şifahi sorğu geniş yayılmışdır. Onun üç növü vardır: fərdi sorğu, frontal sorğu və intensiv. Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan da istifadə edilir. Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (ifadə, inşa, məsələ və misal həlli), test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış yoxlama metodları daxildir. Nəzərdən keçirilən metodlarla yanaşı hazırda təlim prosesində interaktiv təlim metodlarından da geniş istifadə edilir. Belə metodlara “əqli hücüm” (və ya “beyin həmləsi”), “Dəyirmi masa”, “insert” metodu, “bibo cədvəli” metodu, Venn diaqramı metodu, şaxələndirmə (klaster) metodu, ziqzaq (ekspert) metodu və b. daxildir. Təlim metodlarının seçilməsi və əlaqəli tətbiqi məsələsinə yaradıcı yanaşmaq lazımdır. Hər bir metod öz dominant funksiyasına uyğun olaraq bu və ya digər təlim vəzifəsini daha yaxşı yerinə yetirə bilər. Məsələn, az vaxtda daha çox informasiya vermək vəzifəsini müəllimin şərhi metodu ilə (müsahibə ilə yox) daha yaxşı həyata keçirmək olar. Bacarıq yaratmaq üçün isə çalışma metodu daha səmərəlidir. Təlim metodları əlaqəli şəkildə tətbiq olunmalıdır. Bütün şəraitlər üçün yararlı olan universal metod yoxdur. Bu mənada “Mənim öz iş metodum var” deyən müəllimlərə haqq qazandırmaq çətindir. Çünki təlimdə tək bir metoddan yox, metodlar kompleksindən istifadə edilir. Təlim metodları təlim vasitələri ilə sıx bağlıdır; metodlar vasitə zəminində seçilib tətbiq edilir. Təlimin vasitələrini üç qrupa bölmək olar:
a) tədris-əyani vəsaitlər;
b) tədris avadanlıqları;
c) təlimin texniki vasitələri.



Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə