Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlim metodları və onların təsnifatı



Yüklə 209,22 Kb.
səhifə26/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   80
Ali mekteb Pedaqoqikasi

3. Təlim metodları və onların təsnifatı
Təlim prosesini səmərəli qurmaq üçün müəllim təlim metodlarını yaxşı bilməli, yerinə görə onları düzgün seçib tətbiq etməlidir. Bu məsələdə müəllimin səhvi və ya laqeydliyi təlimin və mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir göstərir. Yanlış, qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyildir. “Metod” yunan sözü olub (“methodos”), nəyəsə nail olmaq yolu deməkdir. Pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan “üsul” termini də işlədilir. Təlim metodu dedikdə, təlim prosesində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün öyrədən və öyrənənlərin birgə fəaliyyətinin yolları başa düşülür. Metod öz təbiətinə görə mürəkkəb və çoxcəhətli analyışdır. Hər metod özündə müxtəlif priyomları (tərzləri) birləşdirir. Təlim metodları təlim prosesində çox böyük rol oynayır. O, təlimin qanunlarının, prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir:
qanun → prinsip → qayda metod → forma → nəticə məqsəd → məzmun → vasitə
Sxemdən göründüyü kimi, təlim prosesinin komponentləri içərisində metod mərkəzi yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında həlledici əhəmiyyətə malikdir. Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici, stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar. Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə yanaşı, digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir. Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara bölünür.
Təlim metodlarının təsnifatı. Təlim metodları çoxdur (100-dək). Onların təsnifatında alimlər arasında vahidlik yoxdur. Pedaqoji ədəbiyyatda təlim metodlarının müxtəlif təsnifatı irəli sürülmüşdür. Onların bir qismini nəzərdən keçirək:
- bilik mənbələrinə görə: söz, əyani və praktik metodlar;
- didaktik vəzifəyə görə: yeni biliyin verilməsi, bilik və bacarıqların möhkəmləndirilməsi, yoxlanması metodları;
- tələbələrin dərketmə fəaliyyətinə görə: izahlı-illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış və ya evristik, tədqiqatçılıq metodları;
- təlimin mərhələlərinə görə: yeni tədris materialının, əsasən, qavranmasına xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən metodlar; təlimdə müvəffəqiyyətə nəzarət metodları.
Təlimdə məqsədin bütün komponentləri şərtləndirməsi barədə qanundan göründüyü kimi, metod ilk növbədə məqsədə xidmət edir və onunla müəyyənləşir: “məqsəd, qanun kimi, fəaliyyətin metod və vasitələrini müəyyən edir” (K.Marks). Əsas didaktik məqsədlərə müvafiq olaraq təlim metodlarını aşağıdakı kimi təsnif etmək olar. Didaktik məqsədlər Təlim metodları
1. Təsəvvürlərin formalaşdırılması (qavrama)
2. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi və möhkəmləndirilməsi (anlama və möhkəmlətmə) metodları
3. Bacarıq və vərdişlərin formalaşdırılması (tətbiqetmə) metodları
4. Bilik, bacarıq və vərdişlərin yoxlanması (nəzarət)
Metodların belə təsnifatı idrakın bütün pillələrini, habelə təlim prosesini bütövlükdə əhatə etməyə imkan verir: I qrup metodlar hissi qavramanı, II qrup – məntiqi idrakı, III qrup – biliklərin praktikaya və çalışmalara tərbiqini, IV qrup – nəzarət və qiymətləndirməni təmin edir. Əlbəttə, bu təsnifat (eləcə də bütün təsnifatlar) şərtidir, çünki təlim prosesində bütün metodlar qarşılıqlı əlaqədə çıxış edir, bir-birini tamamlayır.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə