Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə25/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   80
Ali mekteb Pedaqoqikasi

Təhsil proqramı (kurikulum) təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri üzrə təhsiln son nəticələrini, məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Azərbaycanda o, rəsmi sənəd kimi 30 oktyabr 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulumu)” çərçivə sənədi kimi qəbul edilmişdir. Kurikulumun əsas komponentlərini məzmun standartları təşkil edir. Bu standartlar hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişləri (nəyi bilməli? nəyi bacarmalı?) özündə əks etdirir. Kurikulumda təhsilin məzmunu ilə yanaşı onun mənimsənilməsi texnologiyası da (təlimin vasitələri, metod və formaları, nəticələrin qiymətləndirilməsi) öz əksini tapır. Bununla da o, tədris proqramlarindan fərqlənir. Təhsil kurikulumları xaraktercə müxtəlif növlərdə olur: fənyönümlü, şəxsiyyətyönümlü, nəticəyönümlü və s. kurikulumlar.
Dərsliklər və dərs vəsaitləri. Dərslik – tədris proqramı əsasında və ona müvafiq tərtib edilən sənəddir: proqramda göstərilən mövzular dərslikdə açılır, elmi biliklər tələbələrin səviyyəsinə, təlim prinsiplərinə uyğun olaraq şərh edilir. Dərslik tərtibində iki cəhət diqqət mərkəzində durmalıdır: məqsədin qoyuluşu – tələbələrdə öyrənmə motivi yaradılması (I ünsür); elmi biliklərin məzmununun didaktik cəhətdən işlənməsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından dərsliyin dörd tipi ayırd edilir:
a) didaktik tip (hər iki ünsür nəzərə alınır);
b) doğmatik tip (I ünsür çatmır);
c) deklarativ tip (II ünsür çatmır);
ç) monoqrafik tip ( hər iki ünsür çatmır).
Bunlardan I tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yararsız dərslik tipi hesab olunur. Dərslik müəyyən tələblərə cavab verməlidir:
- proqrama uyğun olmalı, orada qoyulmuş məsələləri elmin son nailiyyətləri əsasında şərh etməlidir:
- təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrinin həllinə kömək göstərməlidir;
- tələbələrin müstəqil işi üçün istiqamət verməlidir;
- metodik cəhətdən tələbələrin anlama səviyyəsinə müvafiq tərtib edilməli, materialların mənimsənilməsinə kömək edən metodik aparata malik olmalıdır (suallar, tapşırıqlar, izahlar, nümunələr, əyanilik və s.);
- dərslik səhiyyə-gigiyenik tələblərə cavab verməlidir (şriftərin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr və s.)
Tədris proqramına tam uyğun tərtib edilən dərslikdən fərqli olaraq dərs vəsaitləri proqramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olunur. Dərslik və dərs vəsaitlərindən əlavə təlimdə elektron tədris materiallarından da istifadə edilir (videodisklər, videokasetlər və s.).


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə