Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi



Yüklə 209,22 Kb.
səhifə21/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   80
Ali mekteb Pedaqoqikasi

Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə tələbələrə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin etməyi nəzərdə tutur. Onun əsasında belə bir didaktik qanun durur: təlimdə bilik və bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək təkrar və tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır. Bu prinsipin həyata keçirilməsində müəyyən qaydalar gözlənilməlidir: - bilik və bacarıqların ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğunu təmin etmək (yeni material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər daha möhkəm yadda qalar); - möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini əlaqələndirmək (yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda biliklər tez unudulur); - öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və çalışmalara tətbiq etmək (bilik nə qədər çox tətbiq edilirsə, bir o qədər möhkəm yadda qalır); - biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə şüurluluq, təkrar və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə tətbiq etmək. Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri nəzərdən keçirdik.
Bu prinsiplər bütövlüklə tədris müəssisələrindəki təlim prosesi üçün səciyyəvidir. Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da digər prinsiplərə tənzimlənir. Ali məktəbdə təlimin spesifik prinsipləri kimi bunları qeyd etmək olar:
a) təlimin peşə yönümlülüyü;
b) təlimin elmi fəaliyyətdə əlaqələndirilməsi;
c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.
Həmin prinsipləri qısaca nəzərdən keçirək.
Təlimin peşəyönümlüyü prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini öyrənilən peşəyə istiqamətləndirməyi nəzərdə tutur və belə bir qanuna əsaslanır: ali məktəbdə təlim prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətləndirilirsə, peşəyönümü ideyası bütün iş formalarına, tədris olunan fənlərə nə qədər çox nüfuz edirsə, gənclərin bir mütəxəssis kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur. Bu prinsip müəyyən didaktik qaydalarla həyata keçirilir: - ayrı-ayrı fənlərin məzmunu və imkanları çərçivəsində müxtəlif vasitə və metodlardan istifadə etməklə peşəyönümü işini həyata keçirmək; - fənndaxili və fənlərarası əlaqələrdən peşəyönümü işində istifadə etmək; - ali məktəbdə, fakültədə peşəyönümü mühiti yaratmaq; - fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyönümü işini əlaqələndirmək.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə