Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə18/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   80
Ali mekteb Pedaqoqikasi

Elmilik prinsipi. Bu prinsip tələbləri elmi biliklərlə, elmi dünyagörünüşü ilə silahlandırmağı nəzərdə tutur. Təlimdə keçilən mövzular sübut və dəlillərlə elmi cəhətdən əsaslandırılmalı, nəzəri biliklər – anlayış və qanunlar onların aid olduğu həyati fakt və hadisələrlə əlaqələndirilməlidir. Əks halda nəzəri biliklər real hadisə və proseslərdən ayrı düşər, təlim formal xarakter daşıyar. Bu prinsipin tətbiqində aşağıdakı qaydalar gözlənilməlidir: - elmi anlayış və qanunların düzgün dərk olunmasına nail olmaq; - tələbələri elmi müşahidələrə, elmi problemlərin həllinə, fakt və hadisələrin ümumiləşdirilməsinə, yaradıcı axtarışlara geniş cəlb etmək; - elmin inkişafına uyğun olaraq təhsilin məzmununu (proqramları, dərslikləri, mühazirə materiallarını) müntəzəm olaraq təkmilləşdirmək; - elmdəki yeniliklərlə, mübahisələrlə, həll olunmamış məsələlərlə tələbələri vaxtaşırı tanış etmək; - tələbələri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub onların həllinə, elmi metodlara istiqamətləndirmək.
Sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip təlimdə elmin sistemini mühafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Elm biliklər sistemi deməkdir; belə sistem yoxdursa, elm də yoxdur. Sistemləşdirmə elmi biliklərə maraq yaratmağa, onları asanlıqla yada salmağa və tətbiq etməyə imkan verir. 50 Sistemlilik və ardıcıllıq prinsipi müəyyən qaydalarla həyata keçirilir: - elmi bilikləri ciddi sistemdə, məntiqi ardıcıllıqda şərh etmək və öyrətmək; - yeni bilik və bacarıqları əvvəlkilərə istinadən mənimsətmək; - tələbələri müəyyən elm sahəsində bilikləri sistemləşdirmə işinə cəlb etmək; - təkrar və çalışmaları müəyyən sistemdə aparmaq.
Əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, habelə konkret şeylərə və hadisələrə əsaslanaraq qurmağı nəzərdə tutur. Əyanilik idrak prosesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin qavranılmasından başlanır. Əyanilik konkretlə mücərrədin vəhdətini təmin edir, mücərrəd təfəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin yaradır, konkret faktların ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möhkəm mənimsənilməsinə kömək edir. Əyanilik prinsipinin tətbiqində müəyyən qaydaları gözləmək lazımdır: - təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək; - tələbələrin təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi üçün şərait yaratmaq (müşahidələr, faktların təhlili və müqayisəsi və s.); - əyaniliyin universallaşdırılmasına yol verməmək, təlimdə onu müəyyən ölçüdə (təsəvvür zəif olduqda) tətbiq etmək; - əyaniliyin müxtəlif növlərindən əlaqəli şəkildə istifadə etmək.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə