Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


V mühazirə Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları



Yüklə 209,22 Kb.
səhifə23/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   80
Ali mekteb Pedaqoqikasi

V mühazirə
Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları
Plan:
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər.
3. Təlim metodları və onların təsnifatı.
4. Təlim metodlarının səciyyəsi və tətbiqi.
5. Təlim texnologiyaları.

1.Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr
Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəxəssis və vətəndaş-şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssisəsində verilən bilik, bacarıq və vərdişlər sistemi başa düşülür. Mütəxəssis hazırlığının keyfiyyəti bu problemin həllindən çox asılıdır. Təhsilin məzmunu müəyyən amillərlə bağlıdır. Bu amillər sırasına cəmiyyətin tələbi, elmi-texniki tərəqqi, elmin müasir səviyyəsi, peşə-ixtisas profili, dövlət təhsil standartları və s. daxildir. Dövlət təhsil standartları müəyyən dövr üçün (5 ildən az olmayaraq) təhsilin məzmununa, maddi bazasına, müəllim və tələbələrin keyfiyyət göstəricilərinə verilən vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsində, akkreditasiya və attestasiyasında müfafiq dövlət təhsil standartları əsas götürülür. Təhsilin məzmunu mürəkkəb sistem olub, öz quruluşuna görə bir neçə komponentdən (ünsürdən) ibarətdir. Təhsilin məzmunun əsas komponentlərinə aşağıdakılar daxildir:
1) təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları haqqında biliklər;
2) intellektual və praktik bacarıq və vərdişlər sistemi;
3) yaradıcılıq təcrübəsi;
4) münasibətlər sistemi (tərbiyəlilik). Təhsilin məzmununun bu komponenti insanın ətraf aləmə, başqalarına, özünə qiymətləndirmə-emosional münasibətinin formalaşmasında ifadə olunur və onun inamının, ideallarının əsasını təşkil edir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə sıx bağlı olub, birlikdə ümumi didaktik məqsədin həyata keçirilməsini təmin edir. Bəs, təlimin (məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika tarixində (XVIII-XIX əsrlər) təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: maddi, formal və dialektik təhsil nəzəriyyələri.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə