Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə33/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   80
Ali mekteb Pedaqoqikasi

4. Oyun texnologiyaları
Təlim oyunları biliklərin möhkəmləndirilməsi və tətbiqində, tələbələrin zehni ikişafında, təlimə marağın artmasında, emosional mühit yaradılmasında yaxşı vasitə rolunu oynayır. Oyun belə bir ardıcıllıqla keçir:
Oyuna hazırlıq  Rol bölgüsü  Təlimat  Oyunun keçirilməsi  Oyunun müzakirəsi
Oyun – tapmacalar, oyun-yarışlar təlimdə gərginliyi götürmək, tələbələrin fəaliyyətini canlandırmaq məqsədi güdür. Məsələn, «Sözü, anlayışı tap» oyun-tapmacasında tələbələr verilmiş əlamətlərə görə müvafiq sözü, anlayışı tapırlar. Məsələn, «XVI əsrin əvvəli», «Təbriz», «Şah İsmayıl» sözlərinə görə vərəqin arxasında yazılmış sözü, ifadəni («Səfəvilər dövləti») tapmaqla bağlı müəllim tarixçi tələbələrlə oyun-tapmaca keçirir. Göstərilən oyun metod və priyomlarından yerinə görə – didaktik məqsəd və vəzifədən, mövzunun xüsusiyyətindən asılı olaraq istifadə edilir.
Oyunun müvəffəqiyyəti iştirakçıların malik olduğu müvafiq bacarıq və vərdişlər sistemindən asılı olur. Pedaqoji model didaktik (öyrədici) və tərbiyəedici məqsədlərin reallaşdırılmasına xidmət edir.

Oyun modelinin bütün elementlərinin əsasına qoyulan konflikt və ziddiyyətlər oyunun gedişini təsbit edir. Ssenarinin əsas elementi oyun prosesinin xarakterini və dinamikasını müəyyən edən hadisələrin generalizasiyası, başqa sözlə, ümumiləşdirilməsidir. Oyunin qaydaları sadə variantda modelləşdirilmiş real proses və hadisələrin xüsusiyyətlərini əks etdirir. Oyun qaydaları (reqlamentin gözlənilməsi; diskussiya xarakterli suallar, informasiyaların aktiv formalarda təqdim edilməsi və s.) oyunun işgüzar kontekstini reallaşdırmağa xidmət edir. Qiymətləndirmə sistemi qəbul edilmiş qərarlara nəzarəti, özünənəzarəti, oyun- iştirakçılarının fəaliyyətini və fərdi keyfiyyətlərini qiymətləndirməyi, iştirakçı qrupların işinin rasional gedişini təmin etməyə xidmət edir. Oyun faktik nəticələrini şərtləndirən səbəblərin təhlili və nəticələrin ümumiləşdirilməsi ilə başa çatır.



5. İnkişafetdirici təlim texnologiyaları
Ali təhsilin müasir inkişaf səviyyəsində təlim texnologiyaları məzmunu, xüsusisyyətləri və metodikalarının özünəməxsusluğu ilə diqqəti cəlb edir. L.V.Zankov. D.B.Elkonin. V. V.Davıdov, Q.S.Altşuller, Q.K.Selevko, İ.P.İvanov və başqaları inkişafetdirici təlim texnologiyalarının hazırlanmasında uğurlu nəticələr əldə etmişlər. İnkişafetdirici təlim nə deməkdir? Onun fərqləndirici xüsusiyyətləri hansılardır? Üstünlükləri nədədir? İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni fəal növü başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı- illüstrativ təlim tipindən fərqli olaraq, şəxsiyyətin qısa zaman kəsiyində inkişafını, başqa sözlə, fiziki və psixi parametrlərinin sadədən-mürəkkəbə doğru irəliləməsini nəzərdə tutur. Yaxşı təşkil olunmuş ənənəvi təlim, söz yox ki, təhsilalanın inkişafı üçün müvafiq şərait yaradır. Lakin tədqiqatlar göstərir ki, ənənəvi təlim təhsilalanların, intellektual inkişafını və digər psixi proses və keyfiyyətlərinin yüksək inkişaf səviyyəsini təmin edə bilmir. Deməli, şəxsiyyətin tam inkişafını təmin etmək məqsədilə inkişafetdirici ləlimdən istifadə etmək lazımdır. Müasir dövrdə inkişafetdirici təlim texnologiyası yaratmaq üçün didaktika elmi kifayət qədər imkanlara malikdirmi? Müasir dövrdə psixologiya, pedaqogika və didaktika inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün kifayət qədər fundamental imkanlara malikdir. Və bu istiqamətdə dəyərli nəzəri və eksperimental tədqiqatlar aparılmışdır. Mükəmməl inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün təfəkkür proseslərinin mexanizmini dərindən dərk elmək lazımdır. İnkişafetdirici təlim didaktikasının müasir inkişaf səviyyəsində onun aşağıdakı xarakteristikasını vermək olar:
• Təlim-inkişafetdirici xarakterə malik olmalıdır.
• İnkişafetdirici talim öz məqsəd və vəzifələrinə, iştirakçıların (öyrədən və öyrənənlərin) fəaliyyətinin xarakterinə görə ənənəvi təlim texnologiyalardan prinsipial surətdə fərqlənir.
• Təlim yalnız o halda produktiv təfəkkürün inkişafını təmin edir ki. öyrənənin bütün idrak prosesləri aktiv fəaliyyətə cəlb edilmiş olsun.
• İnkişafetdirici təlim təkcə güclü və orta səviyyəli tələbələrin deyil, zəiflərin də yaradıcılıq potensialını nəzərə çarpacaq dərəcədə artırır.
Təlim prosesi necə təşkil olunmalıdır ki, inkişafı təmin edə bilsin? Cavab birmənalıdır: şəxsi səy və müstəqil axtarıcılıq qabiliyyəti olmadan insanın inkişafı mümkün deyil. İnkişaf müxtəlif fəaliyyət növlərində aktiv surətdə iştirak etməklə, bacarıq və qabiliyyətlərə yiyələnmək prosesində baş verir. Təhsilalananın təfəkkürünü və digər psixi proseslərini inkişaf etdirmək məqsədilə təlimi necə təşkil etməli? Cavab yenə birmənalıdır: təlim prosesində öyrənənin müstəqil və yaradıcı fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır. Bu məqsədlə təhsilalanlar qarşısında problemlər qoyulmalı, onlar (təhsilalanlar) müstəqil axtarıcılığa, tədqiqatçılığa cəlb edilməlidir. Lakin bu işdə müvəffəqiyyət qazanmaq üçün öyrənənin idrak bacarıqlarını, təfəkkür proseslərini inkişaf etdirmək lazımdır. Çünki bunlarsız yeni problemlərin müstəqil həlli mümkün deyil. Öyrənənin fəaliyyətinin belə təşkili öyrədənin də fəaliyyət xarakterinin dəyişməsini tələb edir. İnkişafetdirici təlimi təşkil etmək üçün öyrədənin-müəllimin fəaliyyətinə yeni elementlər daxil edilməlidir.
İnkişafcldirici lolimin strukturu necə olmalıdır? İnkişafetdirici təlimin səmərəli təşkilinin şərtləri hansılardır? İnkişafetdirici təlimin birinci əsas şərti təhsilalanların müvafiq bilik ehtiyatına malik olmasıdır. Bunsuz qarşıya çıxan problemləri həll etmək mümkün deyil. Belə bir həqiqətlə razılaşmaq lazımdır ki. insan ona məlum olmayan sferada problem həll edə bilməz. İkinci əsas şərt, öyrənənin idrak imkanları və bacarıqlarıdır. İnkişafetdirici təlimin elmi-tədqiqat metodikasına əsaslandığını nəzərə alsaq, onda məlum olar ki. təhsilalanı müstəqil axtarıcılıq fəaliyyətilə bağlı idrak bacarıqları ilə silahlandırmaq lazımdır. Bu bacarıqları belə qruplaşdırmaq olar:
• yeni problemi dərk etmək bacarığı;
• problemin həlli üçün zəruri olan materialı (.sənədlər, faktlar, məlumatlar) təhlil elmək, müxtəlif mövqelərlə tanış olmaq, müqayisə elmək bacarığı;
• problemin həllinin strategiya və taktikasının hazırlanması bacarığı (axtarıcılıq fəaliyyətinin planının tərtibi, hipotezin irəli sürülməsi, müxtəlif mənbələr üzərində iş, faktlar arasında əlaqələri tapmaq, mövcud bilikləri yeni situasiyaya tətbiq etmək və s.; • ümumelmi və konkret elm sahəsi ilə bağlı biliklərə malik olmaq və onlardan problemin həllinin optimal yolunu tapmaq məqsədilə istifadə etmək bacarığı.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə