Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə35/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108690
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   80
Ali mekteb Pedaqoqikasi

VII Mühazirə
Ali məktəbdə təlimin təşkili formaları. Təlimdə nəzarət və qiymətləndirmə

Plan:
1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı.


2. Mühazirə və ona verilən tələblər.
3. Praktik məşgələlər.
4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı.
5. Tədris və istehsalat təcrübəsi.
6. Kurs və buraxılış işləri. Məsləhətlər.
7. Təlimdə nəzarət və qiymətləndirmə


  1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı

Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsədi, məzmunu və metodları onun təşkili forması ilə həyata keçirilir. Təlimin təşkili forması dedikdə, təlim prosesinin zahiri tərəfi, təlim subyektlərinin (müəllim və tələbələrin) müəyyən qaydada və rejimdə cərəyan edən birgə fəaliyyətlərinin zahiri ifadəsi başa düşülür. Təlim formalarının təsnifatı müxtəlif amillərə əsasən aparılır. Tələbələrin tərkibinə və sayına görə fərdi, cüt, qrup və kollektiv formalar ayırd edilir. Təlim işinin məqsəd və vəzifəsinə görə təlim formaları üç qrupa bölünür:
1) nəzəri məşğələ formaları (mühazirə, seminar məşğələsi, tələbə müstəqil işləri, tələbə fərdi işləri, məsləhətlər və s.);
2) praktik məşğələ formaları (laborator və praktik işlər, kurs və buraxılış işləri, istehsalat və pedoqoji təcrübələr və s.);
3) nəzarət formaları (yoxlama işləri, kollokvium, zaçot (məqbul) və imtahanlar, kurs və buraxılış işlərinin müdafiəsi və s.).
Bu formaların hər biri müəyyən vəzifəni yerinə yetirir. Ali məktəbdə tətbiq olunan təlimin əsas təşkili formalarını nəzərdən keçirək.
2.Mühazirə və ona verilən tələblər
Mühazirə-leksiya (latınca lectio “oxu” deməkdir) təlim materialının müəllim tərəfindən sistemli, ardıcıl şərhi deməkdir. O, ali məktəbdə ənənəvi təlim forması olub, mühüm əhəmiyyət kəsb edir: az vaxtda daha çox elmi informasiya verməyə imkan yaradır. Mühazirə bir neçə vəzifəni yerinə yetirir:
a) tələbələri elmi biliklərlə silahlandırmaq;
b) elmə maraq oyatmaq;
c) elmi təfəkkurü, elmi dünyagörüşü formalaşdırmaq;
ç) tələbələri müstəqil işə istiqamətləndirmək;
d) tələbələrin ideya-mənəvi, istetik tərbiyəsi işinə kömək göstərmək.
Bu vəzifələrin yerinə yetirilməsi üçün mühazirənin müxtəlif tiplərindən istifadə edilir. Mühazirələr müxtəlif məntiqi əsaslara görə tiplərə bölünür. Mühazirə tipləri: 1.Təlim prosesindəki yeri və roluna görə mühazirənin aşağıdakı tipləri fərqləndirilir: giriş, cari, icmal, epizodik və yekun mühazirələr.
2. Mühazirələr xarakterinə görə də bir neçə tipdə olur: sistemli, problemli, qarışıq mühazirələr.
3. Pedaqoji ədəbiyyatda mühazirələrin təşkili qaydasına görə müxtəlif tipləri nəzərdən keçirilir: mühazirə-diskussiya (mühazirə tələbələrin sualları əsasında, onlarla diskussiya şəraitində keçirilir), ikilikdə mühazirə (müəllim digər mütəxəssislə və ya ekspertlə birlikdə dialoq, diskussiya, polemika əsasında, tələbələri də dialoqa cəlb etməklə mövzunu şərh edir), mühazirə-press konfrans (mühazirə müəyyən mövzu üzrə tələbənin sualları üzərində qurulur), vizual mühazirə (mühazirə təlimin texniki vasitələrinin köməyi ilə əvvəldən hazırlanmış material əsasında keçirilir) və s.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə