Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Bilik ələkeçirmənin praktiki metodları



Yüklə 31,18 Kb.
səhifə13/13
tarix17.05.2022
ölçüsü31,18 Kb.
#87201
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Bilik mühəndisliyi-Konspekt

Bilik ələkeçirmənin praktiki metodları

Metodların təsnifatı - kommunikativ metodlar, tekstoloji metodlar.

Kommunikativ metodlar 2 qrupa bölünür: passiv və aktiv metodlar

Passiv metodlara müşahidə, söhbətin protokolu və mühazirə aiddir. Bu metodlarda mühəndis aparıcı rolu ekspertə verir, özü ekspertin mühazirələrini protokollaşdırır. Passiv metodlardan biri olan müşahidə ekspertin bilavasitə yanında həyata keçirilir. Bu metodda mühəndis xahiş edir ki, ekspert elədiklərini izah etsin.

Söhbətin protokolunun təhlili metodu tətbiq edilərkən ekspertdən nəticəyə necə gəldiyini şərh etmək xahiş edilir.

Biliklərin ötürülməsinin ən qədim üsullarından biri mühazirədir. Burada əsas məsələ mühazirəni dinləmək, lazımi qeydlər aparmaqdır. Mühazirə 5-10 dəqiqə fasilə ilə 80-90 dəqiqədən çox olmamalıdır. Ekspert kursu 2-5 mühazirədən çox olmamalıdır.

Aktiv metodlarda iştirak edən ekspertlərin sayından asılı olaraq bu metodları qrupşəkilli fərdi metodlara bölürlər. Aktiv metodlarda mühəndis ekspertlə oyun oynamaqla, dialoq aparmaqla, dəyirmi masa arxasında söhbət aparmaqla ondan bilik alır. Oyun metodları hal-hazırda sosiologiyada, iqtisadiyyatda, menecmentdə, pedaqogikada, rəhbər, müəllim, həkim və digər mütəxəssislər hazırlanmasında geniş tətbiq edilir.

Qrupşəkilli metodlara: “beyin hücumu”, dəyirmi masa və rol oynamaqla qurulan rollu oyunlar aiddir. Fərdi metodlara: anketləşdirmə, müsahibə, dialoq ekspert oyunları aiddir. Hal-hazırda aktiv fərdi metodlar geniş yayılmışdır.



Anketləşdirmədə mühəndis anket hazırlayıb müxtəlif ekspertlərə paylayır, sonra verilən cavabları qruplaşdıraraq nəticəyə gəlir.

Müsahibə mühəndislə ekspert arasında mümkün olan ünsiyyətin spesifik formasıdır.

Dialoq zamanı vacib məsələlərdən biri sual vermək mədəniyyətidir. Sual anlaşıqlı, lakonik, ardıcıl olmalıdır.

Dəyirmi masa metodu bir-neçə ekspertin iştirakı ilə aparılan bilik ələkeçirmə metodudur. Əvvəlcə müəyyən ardıcıllıqla fikirlər dinlənilir, sonra diskussiya başlanır.

Beyin hücumu metodu azad və yaradıcı düşüncənin fəallaşdırılmasının geniş yayılmış metodudur. İştirakçılara icazə verilir ki, seçilmiş mövzuya aid istənilən formalı ideya irəli sürsünlər.

Ekspert oyunları dedikdə, başqa fəaliyyət növünü yenidən yaradan, təqlid edən fəaliyyət növü nəzərdə tutulur.

Tekstoloji metodlara: ədəbiyyatın təhlili, dərsliyin təhlili və sənədlərin təhlili aiddir.

Real situasiyaların oyunlar şəklində modelləşdirilməsi praktikada geniş tətbiq edilir. Bunlara aiddir:

Ekspertlə fərdi oyunlar, Qrupda rol ifa etməklə icra edilən oyunlar, Trenajor oyunları



Kompüterli ekspert oyunları
Yüklə 31,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə