abonent ilə əlaqə yaradılır. Səs siqnalının paketlər kommutasiyası vasitəsi ilə ötürülməsi
ilk dəfə olaraq 1993-cü ildə həyata keçmişdir. İP telefoniya İP protokolları vasitəsi ilə
abonentlərə telefon danışıqlarının ötürülməsi xidmətidir. İP telefoniya vasitəsi ilə səs
siqnallarını, danışıqları xüsusi fayl kimi yadda saxlamaq, onların həcmini sığmaq və s.
əməliyyatları içra etməyə imkan verir.
Sosial şəbəkələr
İnformasiya texnologiyalarının inkişafı isə insanlar arasındakı sosiallaşmanı və
yaxınlaşmanı daha da artırdı. Lakin mütəxəssislər sosial şəbəkələrin insan həyatındakı
rolunu bir mənalı şəkildə qiymətləndirmirlər. Bəziləri bu fenomeni müsbət
qiymətləndirdikləri halda, bəziləri də onun mənfi tərəflərini qabardırlar.
Facebook
Facebook istifadəçisi olmaq üçün www.facebook.com saytında qeydiyyatdan
keçmək lazımdır. Pulsuz olan bu sosial şəbəkədə qeydiyyat üçün minimum yaş həddi 13-
dür. Facebook istifadəçiləri aşağıdakı imkanlardan yararlanmaq hüququna malikdirlər:
- Profil, qrup və səhifələrin təşkil edilməsi;
- Status, şəkil, video və faylların paylaşılması;
- Facebook və digər kənar tətbiqlərin istifadəsi;
- Facebook səhifəsi, sayt və s. xidmətlərin (pullu) reklamı.
Twitter
Twitter, çox sadə xidmət təklif edən və sürətlə böyüyən sosial şəbəkədir.
Siz www.twitter.com saytında
qeydiyyatdan keçirsiniz və və Twitter hesabına
yiyələnirsiniz. Bu hesab vasitəsilə şəbəkənizə daxil olan şəxslərə topdan ismarışlar
göndərə və qəbul edə bilərsiniz. Burada şəbəkəni genişləndirmək olar. Bunun üçün sosial
şəbəkədə olan şəxsləri Sizə qoşulmağa dəvət etməli və həmçinin onlara qoşulmaq üçün Siz
dəvət göndərməlisiniz. Bundan başqa ayrı-ayrı şəxslərin Tweet-lərini izləmək
istəmədiyiniz zaman bunu dayandıra da bilərsiniz.
LinkedIn
LinkedIn, biznes platforması üçün nəzərdə tutulmuş sosial şəbəkədir. Bu sosial
şəbəkə iş axtaranlar, satış potensialını artırmaq istəyənlər və biznes əlaqələrini
genişləndirmək istəyənlər üçün əvəzsiz online bir vasitədir. Digər sosial şəbəkələrdən
fərqli olaraq LinkedIn dostlar qazanmaq və paylaşımlar etmək funksiyalarına
köklənməyib.
LinkedIn
sosial
biznes
şəbəkəsindən
istifadə
etmək www.linkedin.com saytında qeydiyyatdan keçmək və profil düzəltmək lazımdır.
Daha sonra isə Siz özünüz haqda informasiyaları (təhsil və işlə bağlı) mütəmadi olaraq
yerləşdirməli və yeniləməlisiniz. Bundan başqa həmçinin həmkarlar və səlahiyyətli
şəxslərdən əldə etdiyiniz tövsiyyələri də burada yerləşdirə bilərsiniz.
Hazırda LinkedIn şəbəkəsinin 75 milyon qeydiyyatlı istifadəçisi vardır.
Ədəbiyyat
1.Abbasov Ə.M., Əliquliyev R.M., Ağayev F.T. Web səhifələrin yaradılması
“Elm” 2002
2. Александр Левин, Работы на компьютере Питер,2004
3.Abbasov Ə.M., Əlizadə M., Seyidzadə E., Salmanova M. “İnformatika və
kompyuterləşmənin əsasları”, “MSV NƏŞR”, Bakı 2006
KitabYurdu.az
19
4. Sosial şəbəkələr Əliquliyev R.M., Y.N.İmamverdiyev, F.C.Abdullayeva Bakı,
“İnformasiya Texnologiyaları”, 2010
AMEA-
nın İnformasiya Texnologiyaları İnstitutu,
sektor müdiri İradə Ələkbərova
VİKİPEDİYA VƏ ONUN İMKANLARI
Wiki texnologiyaları haqqında ümumi məlumat
İnternetin əsasını qoyarkən mütəxəssislər “qlobal biliklər bazası” və ya
“kollektiv bilik” əldə etmək arzusunda idilər. Lakin bunun əvəzinə bu gün
İnternet qlobal xaosa çevrilmişdir. Odur ki, on-line rejimində istifadəçinin
lazım olan informasiya əldə etməsi və operativ dəyişdirməsi bu gün virtual
məkanda ən aktual problemdir. Bu problemi həll etmək üçün mütəxəssislər
şəbəkədə yeni-yeni layihələr, texnologiyalar yaratmaqdadırlar: çat, veb-form,
bloq. Bu texnologiyalar informasiya mübadiləsi aparmağa imkan versə də,
onlardan heç biri ilə mükəmməl sayt yaratmaq mümkün deyildir. Yeni
texnologialardan biri olan Viki texnologiyaları isə bu problemlərin öhdəsindən
üğürla gəlməkdədir.
“Viki texnologiyaları” dedikdə “sürətli düzəliş texnologiyaları” başa düşülür. Bəzən
Viki texnologiyalarını “canlı sənədlər texnologiyaları” da adlandırırlar.
Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə amerikalı proqramçı Vord Kenninqem
tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa veb-brauzerdən redaktə olunması
üçün nəzərdə tutulmuşdur. Viki layihələrinin yaradılması və idarə olunması üçün proqram
mexanizmi kimi CMS MediaWiki (http://www.mediawiki.org) sistemi (hazır proqramı)
istifadə olunur.
Viki texnologiyaları ilə idarə olunan ən populyar virtual ensiklopediyalar
Viki texnologiyaları vasitəsi ilə veb-səhifələrin istifadəçilər tərəfindən yaradılması və
dəyişdirilməsi imkanları müxtəlif on-line ensiklopediyaların yaradılması üçün çox
uyğundur. İnternetdə Viki texnologiyaları ilə idarə olunan müxtəlif ensiklopediyalar
mövcuddur (Cəd. 1.).
Layihələr
Xüsusiyyətləri
KitabYurdu.az
20
1. Wikipedia
https://wikipedia.org/
Azad on-lıne ensiklopediya
2. Absurdopediya
http://www.absurdopedia.wiki
a.com
«Ensiklopediya Absurd» – məqalələrdəki
informasiyalar təhrif olunmuş, parodiyalar
şəklindədirlər.
3. Everything2
http://everything2.com/
İnsan biliyinin bütün sahələrindən informasiyanı
toplayan veb-sayt və on-line cəmiyyətdir.
4.
Vikibilik
http://www.wikiznanie.ru
BSD (Berkeley Software Distribution) lisenziya ilə
işləyən on-line ensiklopediyadır. Ensiklopediya rus
dilindədir.
5.
Scholarpedia
http://www.scholarpedia.org
Ensiklopediyaya yalnız elmi məqalələrin daxil
edilməsinə icazə verilir.
6.
Encarta
http://encarta.msn.com
Kompüterin multimediya komponentlərindən istifadə
edən ilk elektron ensiklopediyadır.
7. Citizendium
http://www.en.citizendium.org
İstifadəçilər tərəfindən daxil edilmiş məqalələr
mütəxəssislər tərəfindən yoxlanılır.
8. Open Encyclopedia
Project
http://www.open-site.org
İstifadəçilər arasında “Open-Site” adlanan bu
ensiklopediya könüllülər tərəfindən zənginləşdirilir.
9.
İntellipediya
http://www.odni.gov
Viki texnologiyaları əsasında işləyən, lakin qapalı
ensiklopediyadır. ABŞ-nın 16 xüsusi xidmət
orqanlarını birləşdirir.
10.
WikiTravel
http://wikitravel.org
Turizmə aid azad virtual ensiklopediya.
11.
WikiaMapia
http://wikimapia.org
Viki texnologiyaları ilə Google Maps-in
informasiyasını birləşdirən layihə
Cədvəl 1. Viki texnologiyaları ilə işləyən ən populyar ensiklopediyalar
Vikipediyanın imkanları haqqında
İnternetdə Viki texnologiyaları ilə işləyən ən nəhəng layihə Vikipediya – azad on-
lıne ensiklopediyasıdır.
Vikipediya (ingiliscə, Wikipedia) – ümumi İnternet vasitəsilə azad yayımlanan virtual
ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyalarının tətbiq edilməsi
nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Vikipediya kollektiv beyindir.
Vikipediya həm də sosial şəbəkə, biliklər bazası, ilkin informasiya mənbəyidir.
Layihənin ümumi domen adi: wikipedia.org
“Wiki” havay dilində “nə qədər mümkünsə daha tez” mənasını verir. Məhz Havay
adalarında yerli sakinlər aeroportdan şəhərə gedən avtobusları belə adlandırırlar. Viki
texnologiyaları əsasında qurulan virtual ensiklopediya bir axtarış sistemi kimi
istifadəçilərin sorğuları əsasında tez bir zamanda informasiya xidməti göstərmək
məqsədini daşıyır.
KitabYurdu.az
21
Dostları ilə paylaş: |