6.3. İnternetdə ünvanlaşdırma
Internetdə xəbərlərin ötürülməsi paketlərin komutasiyası vasitəsi ilə həyata keçir.
Xəbər paket adlanan porsiyalara bölünür. Hər bir paketdə 4 kbaytdan artıq olmayan
informasiya ötürülür. Internetin ayrı-ayrı hissələri marşuritizatorlarla biri digəri ilə əlaqə
yaradır. Marşrutizatorlar paketlərin haraya göndərilməsi haqda qərar qəbul edirlər. Yerli
alt stansiya onu digər altstansiyaya göndərir. Bu əməliyyat xəbərin ünvana çatana qədər
davam edir.
Səbəkələr arası IP (İnternet Protokol) protokolu ünvanlaşdırmaya “cavabdehdir” və
şəbəkədə paketlərin hərəkətini təyin edir. Şəbəkədə IP protokulundan əlavə TCP
(Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) istifadə
edilir. İP protokolu verilənlərin yalnız ötürülməsini təyin edir. Bütün prosesi isə TCP
protokolu idarə edir. TCP protokolu xəbərləri porsiyalara bölür. Hər bir porsiya müəyyən
ardıcıllıqla yerləşdirilməsi və tam informasiyanın qəbul edilməsi üçün yoxlanılır.
Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün
ardıcıllıqla yerləşdirilir. TCP/IP İnternetin baza protokoludur.
Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. İnternetdə 3 tip
ünvandan istifadə edilir:
Lokal ünvanlar (şəbəkə adapterin ünvanı),
IP (Internet protocol) ünvan
İşarə domen adlar DNS (Domain Name System).
Lokal ünvanlar (şəbəkə adapterin ünvanı) qlobal şəbəkə olan alt şəbəkə çərçivəsində
verilənlərin ünvana çatdırılması üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar
adlanır. .
Lokal ünvanlar şəbəkə adapteri istehsalçıları tərəfindən təyin edilir. Bütün mövcud
lokal şəbəkə texnologiyalarında MAC ünvanlar 6 baytlıq formata malik olur. МАС –
ünvan şəbəkədə hər bir kompyuterin unikal ünvanıdır.Məsələn,
11-AO-17-3D-bc-01.
İnternet şəbəkəsinə qoşulmuş hər bir kompyuter unikal ünvana malikdir. INTERNET-
də verilənlərin ötürülməsi üçün rəqəm İP və işarə tipli ünvanlardan istifadə edilir. Şəbəkə
səviyyəsində paketlər İP ünvanlar vasitəsi ilə ötürülür.Bu ünvanlar okted adlanan dörd
baytdan ibarət olurlar. Məsələn, 104.24.74.190. Belə yazı IP ünvan adlanır. İP ünvanda
minimal və maksimal ədədlər 0 və 255 təşkil edir.
IP ünvanlar administrator tərəfindən təyin edilir. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2-ci
hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi Internet mərkəzinin
(Internet Network Informasion Center InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan
marşrutizatora kompyuterin hansı şəbəkəyə aid olduğunu göstərir.
Rəqəm ünvanı kompyuterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında
çox zaman işarə tipli ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompyuterlərə
adlar mənsub edilir. INTERNET-də kompyuterlərin ünvanı Domen Name System (DNS)
adlanan adların domen sistemindən istifadə olunur. DNS- İnternetdə işləmə prosesində
KitabYurdu.az
13
istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompyuterə müraciət edərkən qovşağın rəqəm
ünvanlarını yadda saxlamaq lazım gəlmir.
Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə
ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. Domen adları
DNS serverdə saxlanılır.
İşarə ünvanları daha asan yadda qalır. DNS ünvanın əsas hissəsi birinci səviyyəli
domen adlanıb coğrafi zona və ya sahə üzrə klassifikasiya olunur.
com - kommersiya təşkilatları
edu- təhsil müəssisələri
mil- hərbi müəssisələr
gov- dövlət təşkilatları
net - şəbəkə agentlikləri və ya provayderlər
int - beynəlxalq təşkilatlar
org - qeyri kommersiya təşkilatları
Digər ölkələrdə 1-ci səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur.
Məs: az-Azərbaycan
tr-Türkiyə
de-Almaniya
ru-Rusiya
ch-Isveçrə
uk- Böyük Briyaniya
fr-Fransa
ca-Kanada
6.4. Kliyent server texnologiyası
Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı müəyyən resurs (servis,
xidmət) imkanlarını ayıran və ondan istifadə edən tərəflər iştirak edir. Resurslardan
istifadə edən kliyent, resursları təmin edən tərəf isə server adlanır. Ümumiyyətlə, öz
resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompyuter ilə bu
resursları istismar edən istifadəçi kompyuter arasında informasiyaları ötürmə mexanizmi
kliyent-server sistemi adlanır. Resurs kimi aparat təminatı (printer, modem, skaner, disk
qurğusu və s.), proqram, fayl, məlumat, informasiya və ya hətta kompyuterdə ola bilər.
Bunlara fayl-server, çap serveri, verilənlər bazası serveri, Veb server və s. aid etmək olar.
Veb server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsusi proqram yazılmış kompyuter
nəzərdə tutulur. Ona başqa sözlə http-server də deyilir. Server kliyent kompyuter
sorğusuna cavab olaraq lazımi Veb-səhifəni İnternetdən gətirir. İnternet şəbəkələrində
daha çox istifadə edilən serverlər Microsoft İnternet İnformation Server (Windows
əməliyyat sistemi əsasında işləyən), SQL-server (SQL dilində verilənlər bazasında
sorğuların emalı proqramı), Apache –(UNİX əməliyyat sistemi əsasında işləyən) server
proqramlarını misal göstərmək olar.
KitabYurdu.az
14
Dostları ilə paylaş: |