6.5. İnternetin xidmətləri
Elektron poçt (e-mail). Hazırda e-mail , ən geniş yayilmış rabitə xidmətidir .
Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu vasitəsilə
Internetdə informasiya göndərilir və əldə edilir. Elektron poçtundan faylların, mətnlərin
ötürülməsi üçün istifadə olunur. Internetin xidmətləri arasında elektron poçtu ilə əlaqə
yaratmaq ən ucuz başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi off-line
rejimində işləyir. O, poçt müştəri – proqramının köməyi ilə məktubun mətnini
formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra
istifadəçi on-line rejiminə keçir, daha dəqiq desək poçt-serveri ilə əlaqə yaradır və
məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat
serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompyuterində öz ünvanına baxmaqla
onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır. Poçt
serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil olmuş məlumatların
göndərilməsini təşkil edir. Outlook Express populyar elektron poçt müştəri
proqramlarından istifadə olunur.
İstifadəçi @ qovşaq kompyuteri, altdomen, I səviyyəli domen. (elm@iit.ab.az)
İstifadəçi - bu istifadəçinin adıdır. Məsələn, elm@ - kommersiya işarəsi istifadəçinin
adını qovşaq kompyuterin adından ayırır. Ünvanın 2-ci hissəsi (@ işarəsindən sonra)
istifadəçinin Internetə qoşulduğu kompyuterin ünvanını göstərir. Kompyuter ünvanı bir-
birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.
Elektron məktubun qəbul edimiş formatı başlıq və məlumatdan ibarət olur:
From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı
To (hara): məktub göndərilən şəxsin ünvanı
Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı
Subject: məktubun mövzusu
Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur)
Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı
Son zamanlara qədər uzaq məsafədə əlaqə kimi, əsasən, elektron məktublar təşkil
edirdi. E-mail vasitəsi ilə şəkillər, fotoşəkillər, audio və video yazılardan istifadə edərək
informasiya mübadiləsi etmək olar. Yixarıda qeyd olunan informasiya fraqmentini
göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri birləşdirən
fayl məktub ilə eyni zamanda göndərilir.
World Wide Web. WWW- World Wide Web- ümumdünya hörümçək toru adlanır.
Bu İnternetdə xidmətin informasiya sistemidir. Son zamanlar WWW və onun proqram
təminatı İnternet universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir.
● Web-sayt – Web-serverdə
verilənlər bölməsi olub, hər hansı təşkilat və
şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli
çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə
onun müxtəlif səhifələrinə baxmaq olar.
Web-serverə müraciət edərək istənilən sahifəni tapmaq və onu ekrana çıxarmaqdır.
Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə üsul axtarılan resursun ünvanını
göstərməkdir. İnformasiyanı internetdə saxlamaq üçün URL (Uniform Recource Locator)-
KitabYurdu.az
15
universal ünvanlarından istifadə edilir. URL- ünvanı iki hissədən ibarətdir: 1-ci (sol) hissə
istifadə olunan protokolu göstərir; 2-ci (sağ) hissə şəbəkənin (uyğun serverin adı) hansı
yerində resursların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır. Web
hostinq Web saytların saxlandığı yerdir.
Məsələn,
http://serverin adı/yol/fayl;
Ünvanlarda sol tərəfində http: //- W W W-də
http://WWW müraciəti göstərir. Bu
Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu kimi oxunur.
Bu tip əlaqələri istənilən W W W serverə müraciət edərkən göstərmək lazımdır.
Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Web
İnternet xidmətlərindən biridir. İnternetdə ilk xidmətlərindən fərqli olaraq Web özündə
mətn, görüntü, səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa
efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. WWW İnternetin əsas xidmətlərindən
biridir. Monitorun seçilmiş sahəsində mausun düyməsini basmaqla bir sənəddən və ya
kompyuterdən digərinə keçməyə imkan verir.WWW-nin proqram təminatından istifadə
edərək kompyuterlərin manitorunda mətnlər, qrafiki təsvirlər, video-audio informasiya
meydana çıxır. Web-İnternetin geniş resurslarına, şəkil, musiqi kliplərinə və filmlərə
müraciəti təmin edir.Web digər sistemlərdən fərqi olaraq iki xüsusiyyətə malikdir.Bu
multimediya hiper-müraciətinin interaktiv vasitəsidir. Başqa sözlə desək, «multimediyanın
interaktiv vasitəsi» - Web sistemi sənədlərə, qrafiklərə, fotoşəkillərə, audio və video
yazılara və s.müxtəlif resurslara müraciəti təmin edərək, onları kompyuterə , stereo səs
gücləndiricilərinə çıxmasını təmin edir.
World Wide Web (Dünyəvi Hörümçək toru) sözü haradan meydana
gəlmişdir . World Wide (dünyəvi) - Web kompyuterlər Internetə qoşularaq bütün
dünyanı təmir edir. Web - ( hörümçək toru) kimi bu kompyuterlərdə informasiyanı
birləşdirir.
Web - qlobal multimediya
kommunikasiya sistemi olaraq, informasiyanın ötürülüməsinin
yeni üsuludur.
Hipermətn - hipermüraciətləri istifadə edən elektron sənəddir.
Щипермятн bир-бири иля ялагяляндирилмиш мятнляр блокундан ибарятdir.
İstənilən növ sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn ola bilər.
Hipermətnlərdə hər hansı bir söz ilə digər bir infomsiya mənbəyi arasında əlaqə
(hipermüraciət) yaradıla bilər .
Hipermüraciyət mətndə izahı tələb oluna bilən sözlər
olurlar. Onlar elektron sənəddə seçilirlər (diqər rənqlə, qalın şriftlə və s.). İstifadəçi
kursoru həmin sözün üzəri ilə yerləşdirdikdə kursor əl formasına çevrilir. Bu zaman
mausun sol düyməsini basdıqda istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar
informasiya əldə edir.
Hipermediya - hipermətnin geniş imkanlı formasıdır. Hipermediya
sənədi qrafika , foto, audio və video yazılar ilə canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs
tarixi abidə, elmi əsər və s. haqqında Web səhifə yaratdıqda onun istifadə etdiyi qrafika,
şəkil , musiqi həmin sənədi daha effektiv edir . Web-in geniş proqram təminatı imkan verir
ki, hipermediya sənədi digər kompyuterlərdə qorunaraq, müxtəlif müəlliflər tərəfindən
yaradılmış sənədə myraciəti təşkil etsin. Məsələn, müəllif hipermətnlə məqalə yaradır. Bu
zaman həmin məqaləyə, digər mənbələrdən müraciət edilir. Həmin müraciət vasitəsilə
müxtəlif ölkələrdə yerləşən kompyuterdəki hipermətnlər arasında əlaqə yaralıdır.
Axtarış sistemləri vasitəsi ilə İnternetdə istifadəçiyə lazım olan informasiyanı əldə etmək
olar. . İlk internet axtarış saytı
Aliweb adlanıb.
Yandex, Rambler, Google, AltaVista,
Toema, WiseNut, Euroseek, Yahoo və s. axtarış sistemlərini misal göstərmək olar.
KitabYurdu.az
16