informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü
də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya
texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin
yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb
etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq informasiya və ya
elektron iqtisadiyyatı adını almaqla yanaşı bir çox iqtisadi problemlər də yaratmışdır.
Bununla yanaşı iqtisadiyyat özü də informatikaya təsir etmiş, onu öyrənmiş, ona iqtisadi
obyekt kimi baxmışdır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə
informatikanın və ya İKT-nin iqtisadiyyatı bölməsinin üzərinə düşmüşdür
.
Son illərdə isə informatika və ya İKT demək olar ki, cəmiyyətin və elmin bütün
sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi
informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri
informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika,
bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi
informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi
sahələr əmələ gəlmiş və inkişaf etmişdir.
Bununla yanaşı əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə
tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana
çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan
yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o
cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş
tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaratmışdır. Bütün
bunların nəticəsidir ki, yeni elmi islahatlar cərcivəsində multidistiplinal yanaşmaya və
fənnlərarası elmi-tədqiqat işlərinə daha çox diqqət ayrılmağa başlanmışdır.
1.9. İnformatikanin, hesablama texnikasi və İKT-nin təşəkkül tarixi
Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə
müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci -
kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü -
mikroprosessorların, fərdi kompüterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır.
Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı
(aqrar), 2) sənaye dövrlərindən keçərək 3)informasiya mərhələsinə daxil olmuşdur. Ona
görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir.
İnformatikanın çox da qədim olmayan tarixi özünün tərkib hissəsi olan kompüterlərin
yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram
vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə
uyğundur.
İnformatikanın bir elm sahəsi kimi formalaşması mərhələləri də kompüter
texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə
informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi
istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali
məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa
başlanılmışdır.
Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz
həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və
Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında
KitabYurdu.az
9
olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və
avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.
1980-ci illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması
AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i
yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində - ADU-da, ADİU-da, ADNA-
da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır.
Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq
həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir.
2002-ci ildə AMEA-nın elmi mərkəzi bazasında AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı
problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan böyük tələbatdan
irəli gəlmişdir. İnstitutda informasiya texnologiyalarının ən aktual problemləri tədqiq
edilir, onların Azərbaycan şəraitində istifadəsi imkanlarını öyrənilir, həmçinin yüksək
ixtisaslı kadr hazırlığı həyata keçirilir. İKT bazarının inkişaf perspektivləri, İC-in və
biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir. Web
texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin
informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində
məqsədyönlü işlər aparılır.
2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə
Dünya Sammitində (İCDS - WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT
Nazirliyinin yaradılması, 2005-ci ildə “Elektron Azərbaycan” Dövlət Proqramının
işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində
(WSIS) iştirak, təhsil, pensiya, vergi, gömrük və s. kimi sahələrdə bir çox iri İKT
layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin,
forumların, konfransların keçirilməsi, Elmin inkişaf strategiyası üzrə işlər, İKT-in tətbiqi
sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların
aparılması, ölkədə kosmik sənayenin yaradılması, “Azerspace-1” telekommunikasiya
peykinin orbitə çıxarılması TASİM layihəsinin reallaşdırılmasıyla bağlı işlər, 2013-cü ildə
“YT-park”ın yaradılması, 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
yaradılması ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə
informatika və İKT elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini
göstərir.
Firudin Ağayev
t.f.d. AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri
INTERNET
(Mühazirə 6)
6.1.
Internetin əsasları
6.2.
İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri
6.3.
İnternetdə ünvanlaşdırma
6.4.
Kliyent-server texnologiyası
KitabYurdu.az
10
Dostları ilə paylaş: |