Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü
birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək,
informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan
Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində
maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər
şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması,
məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
İnformasiya əldə etmək Qanunun məqsədləri üçün istifadə olunan və informatika
elmində də tez-tez rast gəlinən əsas anlayışlar bu qanun çərçivəsində aşağıdakı mənaları
ifadə edir:
informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı
olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar,
rəylər, bilgilər, xəbərlər və ya
digər xarakterli məlumatlar;
şəxsi və ailə həyatına dair məlumat (fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya
dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər
barədə faktlar, rəylər, bilgilər;
informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin
etmək üçün
göstərilən fəaliyyət;
informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün dövlət
orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi
şəxslər və
fiziki şəxslər;
informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və
ya şifahi müraciət;
informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi
informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında
yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə,
mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi
tədbirlərdə bildirilməsi.
İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır:
informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin
edilməsi;
dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən
məhkəmə yolu ilə
müdafiəsi;
informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin
məsuliyyət daşıması;
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri
olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin
nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə,
səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə
müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Sənədləşdirilmiş informasiya haqqında. Maddi daşıyıcıda mətn, səs və ya təsvir
formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya
mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub
KitabYurdu.az
5
olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş
informasiya (sənəd) hesab olunur.
İnformasiya ehtiyatlarının yaradılması. Dövlət orqanları və bələdiyyələr ictimai
informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar. Müvafiq icra
hakimiyyəti orqanları onların tabeliyində olan dövlət orqanlarının İnternet informasiya
ehtiyatları formalaşdırmalarına şərait yaratmalıdırlar.
İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. İnternet informasiya ehtiyatlarına
verilən tələblər:
İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;
köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları İnternet
informasiya ehtiyatlarında
yerləşdirməkdən imtina edirlər;
İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.
İnformasiya sahibi İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai
informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaratmalıdırlar.
1.5.İnformasiya prosesləri və onların avtomatlaşdırılması. İnformatika elmi
inkişaf etdikcə onun müxtəlif sahələrdə tətbiqi intensiv xarakter aldı. Nəticədə
fundamental informatikanın yeni bölümləri formalaşdı. Bunlardan biri də informasiya
proseslərinin avtomatlaşdırılmasına imkan yaradan İKT-dir. İKT-in yaranması və inkşafı
nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o,
simli və
ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir
kompüterlərdə istifadə olunan daşıyıcılarlda - flaş disklərdə və digər qurğularıda
saxlanılır.
İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli
deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə
olunur. Avtomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya istifadəçilərə
adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn,
cədvəl, qrafik və s. şəklində çatdırılır.
İnformasiya proseslərinin aftomatlaşdırılmasının ümumi sxemi 1-ci şəkildə
verilmişdir.
İdarəetmə
obyekti
(istifadəçi)
İnformasiyanın toplanması
prosesinin həyata
keçirilməsi
İnformasiyanın
saxlanması,
axtarışı, emalı
Nəticələrin alınması
İnformasiyanın ötürülməsi
və ya verilməsi
informasiyanın
ötürülməsi
mərhələsi
KitabYurdu.az
6